İstanbul Universiteti İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun magistr dərəcəsini və diplomunu ləğv edib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.
Qərara səbəb olaraq “bakalavr təhsili” tələbini yerinə yetirməməsi və tələbə statusu üçün “şərtlərdə çatışmazlıq” olması göstərilib.