İnternet xidmətləri sahəsində fəaliyyət göstərən “Azfibernet LTD” MMC, rəqibi “Uninet” MMC-dən şikayətçi olub.
"DİA-AZ" xəbər verir ki, daxil olmuş şikayət əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələ ilə bağlı araşdırmaya start verib. Şikayətdə “Uninet” MMC-nin xidmətlərini təqdim edərkən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar rəqabət qanunvericiliyini pozduğu iddia edilir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırma davam edir, rəqabət qanunvericiliyinin mümkün pozulma halları dəyərləndirilir və yekun qərar ictimaiyyətə açıqlanacaq.