Uzun illər Səməd Səmədovun duet ortağı kimi tanınan müğənni Sevda Əliqızı pandemiya dövründə şirniyyat bişirib satırmış.
Pravda.az xəbər verir ki, müğənni bu barədə “Bir gün” verilişində açıqlama verib.
“Düşündüm ki, pandemiya vaxtıdır, toy da yox. Qazancımız toydandır. Şirniyyat bişirib satmaq məndə alındı. Mənə lağ edənlər həyatda heç nəyə nail ola bilməyənlərdir. Əllərindən heç nə gəlmir. Sənətçi kimi pul qazana bilməsəm, heç vaxt ac qalmaram. Bürclərə çox inanıram. Xərçəng bürcüyəm. Xərçəngin əlindən hər şey gəlir, heç vaxt pulsuz qala bilməz, çox qonaqpərvərdir… Xərçəng qadınların 90 faizi həyatda heç vaxt xoşbəxt olmur. Kaş müğənni olmazdım. Yaxınların elə bilirlər ki, müğənninin başından pul-para aşır, mütləq hamıya əl uzatmalıdır. Çox qazanan adam onsuz da kömək edəcək. Bunu başa düşmürlər. Elə deyirlər ki, ver, ver… Bitəndən sonra da “ver” deyirlər. Yoxdur. Əvvəlki kimi toylara getmirəm. Çox təəssüf ki, bu günümü düşünmürdüm. Düşünsəydim, başqa bir sənətə yiyələnərdim. Yaş altmışdan o yana keçdisə, səhnədən yavaş-yavaş uzaqlaşmaq lazımdır”, - o bildirib.