Vaşinqton və London “gizli seçki” keçiriblər? .....                     “PetMall” baytarlıq klinikasından şikayət .....                     Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? .....                     Tiktoker "Roşka" intihara cəhd edib .....                     “Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub .....                     Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil .....                     "Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et" .....                     Rusiya benzin ixracına qadağa qoydu: .....                     Rusiyada şovinizm yüksək həddə çatıb .....                     İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb .....                     Bağça müdiri 2300 manat rüşvət aldı .....                     "Moskva İrana arxalanır" .....                     Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı .....                     Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin .....                     "Aqrarkredit" BOKT-a sözçü təyin olunub .....                     Universitetlərin ilkin adlarını saxlamaq lazım idi .....                     Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir .....                     Allahverdi Yolçuyev yenə corab satacaq? .....                     Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı .....                     3 ildən bir forma dəyişməsi: .....                     Sülhü “baltalayan” əllər: .....                     İranda mühüm iclas: Azərbaycanla münasibətlər... .....                     Fransanın “qətnamə oyunu”: .....                     Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb .....                     Bakıda ağlasığmaz RESTORAN HESABI... .....                     Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi .....                     MİDA-nın mənfəəti 3 dəfə azalıb .....                     UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb .....                     Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... .....                     Prokuror etiraz etdi, iş geri qaytarıldı .....                     Tarixi pisliyə imza atanların yeni məkri .....                     SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? .....                     Ağ rəng qara ləkə götürməz.. .....                     İsrailin yeni səfiri bu gün Bakıya gələcək .....                     Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar .....                     Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR .....                     Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu .....                     İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: .....                     Kremlin səssizliyinin pərdəarxası .....                     Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib .....                 

Anti-Azərbaycan şəbəkənin Avropadan total hücumu - NƏ ETMƏLİ?
Tarix: Bu gün, 08:57 | Çap et

Ötən həftəsonu Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi irəli sürülüb. “Yeni Müsavat” yazır ki, qətnamə layihəsində rəsmi Parisi və Avropa İttifaqını Azərbaycan üzərinə təzyiqi artırmağa çağırış edilir. Qətnamənin müəllifləri Fransa Milli Assambleyasındakı Sağ Respublikaçılar fraksiyasının rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, eləcə də həmin dostluq qrupunun sədr müavini Aleksandr Martendir.

Qətnamə layihəsində qeyd olunur ki, Fransa - Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi - regionda sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə tarixi və siyasi dəstək verməlidir. Bu kontekstdə, demokratiya, insan haqları, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan Fransa-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanmasının vacibliyi vurğulanır.

Qətnamə layihəsində Azərbaycan tərəfindən saxlanılan erməni hərbi əsirlərin və digər şəxslərin (əslində terrorçuların-red.) dərhal azad olunması tələbi irəli sürülür. Həmçinin Azərbaycanda bu şəxslər üzərində keçirilən məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir. Sənəddə Azərbaycan dövləti ilə bağlı əsassız iftira da irəli sürülüb.

“Belə görünür ki, Azərbaycanla Ermənistan arasında xüsusən Əbu-Dabi görüşündən sonra sülh gündəliyinin irəliləməsi müəyyən qüvvələrin maraqlarına heç bir halda cavab vermir. Onlar vəziyyəti yenidən gərginləşdirmək və sülh gündəliyinə xələl gətirmək xəttini seçiblər. İndiki məqamda Fransa Milli Assambleyasında irəli sürülmüş bu lüzumsuz qətnamə cəhdi də bu davranışın növbəti bariz nümunəsidir”. Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanatında belə deyilir.

Ölkəmizə qarşı atılan bu kimi addımlarda bir-biri ilə əlaqəli olan vahid bir şəbəkənin fəaliyyəti özünü aydın şəkildə büruzə verir. Müəyyən qüvvələrin maraqlarını reallaşdırmağa çalışan həmin şəbəkənin ayrı-ayrı ünsürləri İsveçrə, Belçika və Fransa parlamentlərində, eləcə də ABŞ Konqresində müxtəlif təxribatlar ortaya ataraq regiondakı sülh gündəliyini pozmağa çalışırlar.

Maraqlıdır ki, bu proses, Azərbaycana qarşı birtərəfli və qərəzli qətnamələr Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə və Fransaya səfərindən dərhal sonraya təsadüf edir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, istər ABŞ Konqresində, istərsə Fransa Milli Assambeleyasında irəli sürülən qanun layihələri, qətnamələr Vardanyan və digərlərinin xərclədiyi pulun əvəzidir: “Onlar özləri də gözəl bilirlər ki, hərbi canilərin azad edilməsi mümkün deyil və Azərbaycana təzyiq göstərməklə nəticə əldə oluna bilməz. Avropa ölkələrində separatçıların hansı aqibətlə üzləşdiyini özləri də bilirlər. Hazırda məhkəmə prosesi kifayət qədər açıq keçirilir və sübutlar təqdim olunur. Ona görə də erməni pullarının qarşılığı olaraq xidmət göstərirlər, çağırışlar səsləndirirlər. Azərbaycan qanunvericiliyi əsasında həmin şəxslərə hökm oxunacaq. Odur ki, bu qətnamə layihələrindən narahat olmağa dəyməz”.

A.Əlizadə qeyd etdi ki, Azərbaycan dost və düşmənini tanımaqdadır: “Erməni separatizminin başında dayananlardan Köçəryan, Sərkisyan hələ azadlıqda gəzir, onlar da mühakimə olunmalıdırlar. Bu məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Həbsdə olanlarla bağlı məsələ aydındır və cəzalarını alacaqlar, yerdə qalan hərbi cinayətkarların cəzalandırılması üçün də addımlar atılmalıdır”.

Azad Vətən Partiyasının sədri Akif Nağı prosesin bir mərkəzdən idarə olunduğu qənaətindədir: “Planlı şəkildə həyata keçirilən prosesdir. Bununla da qondarma ittihamlarla Azərbaycana qarşı çıxış edirlər. Əsas siqnal da ABŞ Konqresindən gəldi. Bir tərəfdən Tramp administrasiyası Azərbaycanla xoş münasibətdə olduğunu göstərir, digər tərəfdən isə konqresmenlər təşəbbüslərlə çıxış edirlər. Belə təəssürat yaranır ki, Amerika hakimiyyətində müxtəlif istiqamətli fikirlər mövcuddur. Amma təbii ki, bu, belə deyil. Bu, razılaşdırılmış bir xətdir. Biz dəfələrlə görmüşük ki, ABŞ prezidentləri Konqresin və ya Senatın qəbul etdiyi qərarları guya müstəqil şəkildə verilmiş qərarlar kimi təqdim edir, bunları demokratiyanın göstəricisi kimi dəyərləndirirlər. Halbuki orada vahid və razılaşdırılmış bir siyasət mövcuddur”.

Partiya sədri qeyd etdi ki, Azərbaycanın uğurları görünür, bu da həmin qüvvələri qane etmir: “Azərbaycanın regiondakı gücü ilə hesablaşmaq məcburiyyətində qalırlar. Eyni zamanda, Azərbaycanın mövqeyinə zərbə vurmağa çalışırlar. O zaman ermənilər çox müəmmalı şəkildə regionu tərk etdilər, onlara heç bir təzyiq göstərilmədi. Həmin vaxt da biz bildirirdik ki, xaricdə müəyyən mərkəzlər var və onlar ermənilərin çıxışlarını təşkil edirlər, sonradan isə Azərbaycana qarşı istifadə edəcəklər. İndi də bu proses davam etdirilir. Əsas məqsəd Azərbaycanın nüfuzuna zərbə vurmaq, regionda mövqeyini zəiflətmək və təsir imkanlarını azaltmaqdır. Məqsəd məhz budur”.

A.Nağı dedi ki, Fransa da, təbii olaraq, anti-Azərbaycan mövqeyində dayanır, təəccüb doğurmur: “Fransa bu cür məqamlardan istifadə etməyi özünə borc bilir və fürsət düşən kimi də istifadə etməyə çalışır. Azərbaycan bunu nəzərə almalı və mövqeyini qəti şəkildə ortaya qoymalıdır. Bu xətt belə də davam etdirilməlidir. Bu gün Bakıda hərbi canilər üzərində məhkəmə prosesi gedir. Prosesin gedişində dəhşətli faktlar üzə çıxır. Ancaq dünya kar və kor vəziyyətində qalır. Ortaya çıxan faciələri görmək istəmirlər, əvəzində görünməyən, mövcud olmayan hadisələri şişirdib problemə çevirməyə çalışırlar. Azərbaycan səbirli şəkildə sübutlarını təqdim etməlidir. Bir istiqamət bundan ibarət olmalıdır. Geri qayıtmaq istəyən ermənilər məsələsində isə mənim mövqeyim budur: onların böyük əksəriyyəti törətdikləri cinayətlərə görə orada yaşamaq haqqını itiriblər”.

Bununla belə AVP sədri qeyd etdi ki, Azərbaycan humanist dövlətdir: “Buna baxmayaraq, əgər onlar Azərbaycanın qanunlarını tanıyarlarsa, müəyyən şərtlər daxilində geri qayıda bilərlər. Amma onlar özlərindən yeni qaydalar çıxarmasınlar. Onlar üçün niyə hansısa güzəştlər olmalıdır? Onlar üçün xüsusi təhlükəsizlik təminatı nəzərdə tutulmamalıdır. Hesab edirəm ki, Azərbaycan qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq prosesini daim gündəmdə saxlamalıdır. Necə olur ki, Qarabağdan çıxan 15-20 min erməninin hüquqlarını qorumağa çalışırlar, amma 300 min azərbaycanlının doğma torpaqlarına qayıtmaq istəyini görmək istəmirlər? Bu səbəbdən Azərbaycan öz mövqeyini qəti şəkildə ortaya qoymalıdır və heç bir halda geri çəkilmək olmaz”.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam etdirilir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqton və London “gizli seçki” keçiriblər? - KİV
Bu gün, 18:03
“PetMall” baytarlıq klinikasından şikayət – “İtimi öldürdülər…”
Bu gün, 18:01
Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? – İrəvan da razılaşır, lakin…
Bu gün, 17:57
Tiktoker "Roşka" intihara cəhd edib - TƏFƏRRÜAT
Bu gün, 17:45
“Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub - İRNA
Bu gün, 17:38
Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil - ÇÜNKİ...
Bu gün, 17:36
"Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et"
Bu gün, 17:31
Rusiya benzin ixracına qadağa qoydu: - Azərbaycanda benzin BAHALAŞACAQ?
Bu gün, 17:18
Rusiyada şovinizm yüksək həddə çatıb - İsazadə
Bu gün, 17:09
İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb - İRNA
Bu gün, 17:07
Bağça müdiri 2300 manat rüşvət aldı - Məhkəmə HÖKM OXUDU
Bu gün, 17:05
"Moskva İrana arxalanır" - Yermak
Bu gün, 17:00
Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı – Bu ölkələr birləşir
Bu gün, 16:58
Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin - İlham İsmayıl
Bu gün, 16:45
"Aqrarkredit" BOKT-a sözçü təyin olunub - DOSYE
Bu gün, 16:43
Universitetlərin ilkin adlarını saxlamaq lazım idi - Firudin Cəlilov
Bu gün, 16:40
Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir - DETALLAR
Bu gün, 16:37
Allahverdi Yolçuyev yenə corab satacaq? - “Elə sevinmişdim, elə bildim ki, həll olunub, amma...”
Bu gün, 16:28
Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı SƏRSƏM İDDİA
Bu gün, 16:24
3 ildən bir forma dəyişməsi: - Zərurət, yoxsa gəlir mənbəyi?
Bu gün, 16:22
Sülhü “baltalayan” əllər: - Biri Fransada, digəri ABŞ-də
Bu gün, 16:19
İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
Bu gün, 16:03
Fransanın “qətnamə oyunu”: - Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir
Bu gün, 16:01
Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb
Bu gün, 15:56
Bakıda ağlasığmaz RESTORAN HESABI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:53
Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi - DETALLAR
Bu gün, 15:44
MİDA-nın mənfəəti 3 dəfə azalıb - TƏFƏRRÜAT
Bu gün, 15:38
UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Bu gün, 15:35
Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... - ÖZÜ NƏ DEYİR...
Bu gün, 15:33
Prokuror etiraz etdi, iş geri qaytarıldı - Müstəntiq və vəkil həbsxanaya getməyibmiş
Bu gün, 15:19
Tarixi pisliyə imza atanların yeni məkri – Tehran və Moskva bizdən nə istəyir?
Bu gün, 15:12
SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? - Rəhman Pənahlı Baş prokurora üz tutub (SƏNƏDLƏR)
Bu gün, 14:59
Ağ rəng qara ləkə götürməz.. - REAKSİYA
Bu gün, 14:13
İsrailin yeni səfiri bu gün Bakıya gələcək
Bu gün, 13:39
Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar - FOTO
Bu gün, 13:37
Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR - BU DA FAKT!
Bu gün, 13:30
Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu - FOTO
Bu gün, 13:18
İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: - Yalnız bir istəyi var
Bu gün, 13:13
Kremlin səssizliyinin pərdəarxası – Putinin Bakı ilə bağlı fikirləri ifşa edildi
Bu gün, 13:07
Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib - 4 aylıq həbs...
Bu gün, 13:05
Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir - belə deyirlər...
Bu gün, 13:02
"Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" - Solovyov yenə nifrət püskürdü
Bu gün, 12:40
Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi - FOTO
Bu gün, 12:19
“Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir” - tanınmış diktor
Bu gün, 12:16
Fermerlərin AQTA KABUSU... - Putin kimdir ki...
Bu gün, 12:09
Gəncədə ŞÜBHƏLİ TENDER-MENDER... - Tikinti şirkəti zibil də daşıyacaq... təki büdcə puluna "qonsun"...
Bu gün, 12:05
Jurnalistə ağır itki üz verib
Bu gün, 12:00
İsrafetmədə təqsirləndirilən məktəb direktoru cinayət məsuliyyətindən azad edilib
Bu gün, 11:56
Paşinyan hücuma hazırlaşır: - Sürprizlər olacaq
Bu gün, 11:54
Aşıq Fəzail TƏNQİD ETDİ: - “Populyarlıq sənətkarlıq deyil”
Bu gün, 11:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru