Bir neçə vaxtdır çalışıram həqiqətləri çatdırım. Ola bilər ki, arada xırda səhvlərim olub, lazım olanda buna görə üzrxahlıq etmişəm. Gələk əsas məsələyə.
Deməli, futbolun içində təriqət tipli yapılanmalar var. Bunu çoxları bilir, amma açıq yazmır. Mən isə detallı şəkildə yazmağa çalışacam.
Altay Həsənov və Balababa Rzayev futbolun inkişafı üçün Azərbaycanda “Zirə” adlı klub qurdular. Bu klubu qurandan sonra Qurban Qurbanov və Rəşad Sadıqovu klubun inkişafı üçün məsləhətə çağırdılar. Həmin vaxt Rəşad Sadıqov futbolçu idi, Qurban Qurbanov isə Qarabağın baş məşqçisi.
“Zirə” klubunda Rəşad Sadıqovun müəyyən səlahiyyətlərı formalaşdıqdan sonra ilk olaraq Bəhrəm Şahquliyevi məşqçi gətirdi. Ardınca Adil Şükürov, sonra Ayxan Abbasov və sonda futbolu buraxandan sonra Rəşad Sadıqov baş məşqçi kimi gətirildi.
Bu dörd məşqçinin ortaq cəhəti nədir? Eyni təriqətdə olmaları. Hətta məşqçilikdə ciddi potensialı olmayan və qardaşı Sumqayıt məscidində imam olan Adil Şükürovun əvvəl Zirədə, sonra isə Səbaildə işləməsi də bunun sübutudur.
Dostlar, mən heç bir təriqətə qarşı deyiləm. Amma məsələ burasındadır ki, Qurban Qurbanov və ətrafının özlərinə yaxın olan insanları önə çəkməsi barədə fikirlər var. Bu, çoxları tərəfindən fakt kimi qəbul olunur və bunu tam inkar edən də azdır.
Mən bu məsələləri yazıb bunları bitirəcəm, mən bitirməsəm özləri özlərini bitirəcək. Bu da olmasa Dövlət bunları özü bitirəcək…
Emil Cəfərov - "DİA-AZ"










