"Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                 

Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Tarix: Bu gün, 04:20 | Çap et

Son vaxtlar ölkədə məktəblilər arasında baş verən zorakılıq, xəsarət yetirmə halları davamlı xarakter alıb.

Bugünlərdə baş verən, bir şagirdin digərinin üzərinə spirt tökərək xəsarət yetirməsi ilə nəticələnən hadisə bunlardan biridir.

Xatırladaq ki, bir neçə müddət bundan öncə “İdrak” liseyində şagird müəlliminə odlu silahla ağır xəsarət yetirmişdi. Digər bir hadisə isə dünən Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli məktəbdə qeydə alınıb.

Belə ki, 11-ci sinif şagirdlərindən biri digərini bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları gəlib, hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, son vaxtlar şagirdlərin törətdiyi belə aqressiv davranışlarla bağlı bir neçə fakt qeydə alınıb.

Şagirdlər tərəfindən zorakılıq halları artır...

Ümumiyyətlə, məktəblilər tərəfindən törədilən belə zorakılıq halları son illər yalnız Azərbaycanda deyil, bir sıra ölkələrdə özünü göstərir.

Belə ki, bugünlərdə Türkiyənin Kahramanmaraş əyalətinin Onikişubat rayonundakı Ayser Çalık Orta Məktəbində 14 yaşlı şagirdi İsa Aras Mersinli özü ilə gətirdiyi tapança 10 nəfəri (səkkiz şagird və bir müəllim) öldürüb, 13 nəfəri isə yaralamışdı.

Məktəblilər tərəfindən törədilən belə hadisələrin səbəblərini isə mütəxəssislər müxtəlif amillərlə izah edirlər. Bunların sırasında məhz məktəblilərin sosial şəbəkələrdə zorakılıq hallarının yer aldğı videoları izləməsi üstünlük təşkil edir.

Bu problemin qarşısını almaq üçün bəzi ölkələr məktəb yaşlı şagirdlərin sosial şəbəkələrdən istifadəsinə qadağa gətirilməsinə üstünlük verirlər.

Bugünlərdə Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilən tənzimləmə ilə 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışına məhdudiyyətlər qoyulub. Bu kontekstdə platformalar yaş yoxlama sistemləri qurmağa və uşaqların inkişafı üçün uyğun olmayan məzmuna girişin qarşısını almağa məcbur olacaqlar.

15 yaşdan yuxarı istifadəçilər üçün yaşa uyğun, təcrid olunmuş xidmətlər tələb olunacaq. Yeni tənzimləmənin Rəsmi Qəzetdə dərc olunması və tezliklə qüvvəyə minməsi gözlənilir. "YouTube Türkiyə" yeni tənzimləmədən sonra 15 yaşdan kiçiklərə məxsus hesabları bağlamalı ola biləcəyini açıqlayıb.

Türkiyənin Kastamonu Universiteti Təhsil Fakültəsinin Süni İntellekt Tədqiqatları Koordinatoru, professor Selman Tunay Kamer bu tənzimləmənin "qadağan deyil, qoruma mexanizmi" hesab edilməli olduğunu söyləyib. Təhsil sosiologiyası üzrə mütəxəssis Kamer, uşaqların nevroloji inkişafının, xüsusən də yeniyetməlik dövründə hələ tamamlandığı bildirib:

"Elmi tədqiqatlar göstərir ki, risk götürmə və qərar qəbul etmə kimi proseslər 16 yaş ətrafında yetkinləşir. Buna görə də, yaş məhdudiyyətləri təsadüfi deyil, elmi məlumatlara əsaslanır".

Tətbiq olunacaq qaydanın onların sərbətliyi ilə bağlı müzakirələrə də səbəb olduğunu bildirən Kamer deyib:

"Əlbəttə ki, bu, bir məhdudiyyətdir. Lakin əsas məqsəd uşaqları rəqəmsal mühitdə laqeydlikdən və istismardan qorumaqdır".

Kamerin sözlərinə görə, tənzimləmənin uğuru əsasən platformaların məsuliyyət daşımasından asılıdır.

Q qeyd edib ki, yaşın yoxlanılması və məzmunun süzgəcdən keçirilməsi texniki cəhətdən çətin deyil:

"Əsl məsələ bu sistemlərin faktiki tətbiqi və monitorinqidir".Əks halda şirkətlərə bu mövzuda sanksiyalar tətbiq edilməli olduğunu iddia edib.

Kamer həmçinin təkcə valideyn nəzarətinin kifayət etməyəcəyini bildirib:

"Bu gün ailələrin uşaqları ilə rəqəmsal ünsiyyətdə ciddi çatışmazlıqları var. Buna görə də məsuliyyəti tamamilə valideynlərə həvalə etmək düzgün deyil".

Hansı ölkələr qadağa tətbiq edib?

Qeyd edək ki, Türkiyə uşaqlara sosial media qadağası tətbiq edən yeganə ölkə deyil.Avstraliya dünyada oxşar qadağanı tətbiq edən ilk ölkə olub. Avstraliya hökuməti 2025-ci ilin dekabr ayına qədər 16 yaşdan kiçik uşaqlar üçün "TikTok", "Instagram", "Snapchat", "X" və "Facebook" kimi sosial media platformalarına girişi bloklayıb. "Messenger Kids", "WhatsApp", "Google Classroom" və "YouTube Kids" platformaları qadağadan çıxarılıb.

Məsuliyyəti sosial media şirkətlərinə həvalə edən Avstraliya hökuməti qaydalara əməl etməyən şirkətlərə təxminən 50 milyon dollara qədər cərimə tətbiq edə bilər. Avstraliya qanunu digər ölkələrdə müzakirələri sürətləndirib.

Avropa Parlamenti 26 noyabr 2025-ci ildə qəbul etdiyi qərarla Avropa Birliyi boyunca sosial media, video paylaşma platformaları və süni intellekt tətbiqləri üçün 16 yaş məhdudiyyətinin tətbiqini dəstəkləyib.

Malayziya da 2025-ci ilin dekabr ayında 16 yaşdan kiçik uşaqlar üçün oxşar tədbirin tətbiqi planlarını açıqlayıb.

Böyük Britaniyada sosial medianın uşaqlarda yaratdığı asılılıqla bağlı davam edən müzakirələr də davam edir. Böyük Britaniyanın Baş naziri Keir Starmer 28 martda "Sunday Mirror" qəzetinə verdiyi müsahibədə sosial media şirkətlərinin uşaqları daha uzun müddət platformalarında saxlamağı hədəflədiyini bildirib.

O, bunun üçün heç bir əsas görmədiyini bildirib:

"Buna görə də düşünürəm ki, hərəkətə keçməliyik".

Böyük Britaniya hökuməti sosial mediaya məhdudiyyətlər qoyulub-qoyulmaması ilə bağlı mütəxəssislərlə məsləhətləşir. 22 apreldə İcmalar Palatasında keçirilən səsvermədə millət vəkilləri 16 yaşdan kiçiklər üçün sosial media istifadəsinin qadağan edilməsi təklifini üçüncü dəfə rədd ediblər.

Bəzi tədqiqatlar göstərir ki, Avstraliyada qadağaya baxmayaraq, uşaqların böyük bir hissəsi sosial media platformalarından istifadə etməyə davam edir. Molly Rose Fondu və YouthInsight tərəfindən 12-15 yaş arası 1050 uşaq arasında aparılan sorğuya görə, qadağa qüvvəyə minməzdən əvvəl hesabı olan uşaqların 61%-i hələ də ən azı bir sosial media hesabına çıxış əldə edib.

Azərbaycanda bu problemin həlli yolları varmı?

Qeyd edək ki, Azərbaycanda son vaxtlar məktəblərdə baş verən hadisələr, zorakılıq əməlləri bu sahədə müvafiq tədbirlərin görülməsini zəruri edir. Bu istiqamətdə atılan addımlardan biri kimi bugünlərdə ölkə başçısı tərəfindən “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Həmçinin qeyd edilib ki, sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə tədbirlər görsün.

Ümid edək ki, müvafiq qurumlar sərəncamdan irəli gələn tapşırıqları tezliklə həll edəcək və uşaqların qorunması istiqamətdə yeni qaydaların tətbiqinə şərait yaradacaqlar. Əks halda problem daha da qorxulu hal ala bilər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru