Aparıcı Zaur Kamal yenidən efirə qayıdacağı ilə bağlı paylaşım edib.
Globalinfo.az xəbər verir ki, studiyadan bir görüntü paylaşan aparıcı fotoya “Gözünüz aydın olsun, mayın 4-ü” sözlərini əlavə edib.
Məsələ ilə bağlı ARB TV-dən münasibət gecikməyib. Kanalın direktor müavini Vüsalə Vəliyeva bu barədə açıqlama yayıb.
“Zaur Kamalın açıqlaması və özünün etdiyi paylaşım yanlışlıqla olub. Zaur Kamal, ümumiyyətlə, efirdə olmayacaq. ARB-də yeni layihələr gözlənilir. Ola bilər ki, həmin studiyalardan istifadə edilsin”, – deyə, o qeyd edib.
Qeyd edək ki, Zaur Kamal daha sonra həmin paylaşımı instaqram hesabından silib.









