Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana işgüzar səfər edib.
Qeyd edək ki, hazırda Qəbələdə Prezident İlham Əliyev ilə Volodimir Zelenski arasında təkbətək görüş keçirilir.
Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsinin başlandığı 24 fevral 2022-ci ildən bəri ilk səfər olduğu üçün əlamətdar hadisədir:
“İki ölkə prezidenti bu müddətdə beynəlxalq tədbirlərdə dəfələrlə görüşsə də, ilk dəfədir ki, Ukrayna Prezidenti Azərbaycan səfər edir. Ukrayna və Azərbaycan Sovet İttifaqı dağıldıqdan sonra bir-birini dəstəkləyib.
Azərbaycan Ukraynanın suverinliyinin gücləndirilməsinə önəmli dəstək verib. Rusiyanın cinayətkar müharibəsi başlayandan bəri Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövülüyünü birməanlı dəstəkləyib. Ciddi humanitar dəstək verib.
Prezidentlərin Qələbədə tək-bək görüşü iki ölkə arasında müansibətlərin inkişafına təkan verəcək. Qənaətimcə, bu görüşün əsas nəticələri bir müddətdən sonra məlum olacaq. Bir məsələ tam aydındır ki, Azərbaycan və Ukrayna tale qardaşlarıdır. Birinin güclənməsi, digərini gücləndirir. Birinin zəifləməsi digərini zəiflədir.
Prezidentlərin Qəbələ görüşünün nəticələri də bu məntiqi çərçivəsində olacaq. Bu görüşdə diplomatik, siyasi, iqtisadi aspektlərlə yanaşı heç şübhəsiz, başqa sahələrdə də əməkdaşlıq müzakirə olunacaq, qərarlar qəbəl ediləcək. Ancaq çox güman ki, biz onlar haqqında bir müddətdən sonra xəbər tutacağıq”.









