Ramiz Mehdiyev və Kəmaləddin Heydərov cütlüyünün “Dubay əməliyyatı” .....                     Pezeşkiandan Xankəndi açıqlaması, .....                     “Prior Credit BOKT”un vəzifəli şəxsi cərimə edilib .....                     “Mənə haqsızlıq etdilər, susdum, məni ağlatdılar...” .....                     Vergi güzəştlərinin ləğvi özəl sektoru ixtisarlara və “qara mühasibatlığa” aparır .....                     ABŞ öz “düzəlişinə" düzəliş etdi, AŞ PA yola gəlmir .....                     Azərbaycanla sülh regionumuz üçün tarixi bir dəyişiklikdir .....                     Stubb və Tokayevin masasında Azərbaycan məsələsi... .....                     Əhməd Vəliyev hardan gəlib... HARA GEDİR?.. .....                     TOTAL ETİRAZLAR: Mehdiyevin ehtiyat enmə zolağı... .....                     Rusiya məhkəməsi Rövşən Əsgərovla bağlı .....                     Ermənistanın silahlanması... .....                     Qazinin 3100 manatlıq borcunu silməyən “Bank of Baku” məhkəmə iclaslarına GƏLMİR .....                     Paşinyan döyüş qabağı meydanı təmizləyir .....                     Mehdiyevin siyahısında erməni qarışığı olanlar üstünlük təşkil edə bilər .....                     “Sahil-S İnşaat” MTK-nın sakinləri deputatdan KÖMƏK İSTƏDİ .....                     Restoranda qadının xoşagəlməz ifadələri oğlunun döyülməsi ilə nəticələndi .....                     “Ramiz Mehdiyev bunu akademiklərlə birlikdə edib” .....                     Moskva narahatdır, "Tramp yolu" Rusiyanın təsirini sıfıra endirə bilər .....                     "Nəsimi Holding" MTK LƏĞV OLUNUR .....                     C5+1 formatı və Tokayevin Trampdan Bakı ilə bağlı xahişi... .....                     Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi .....                     Bakı İrəvana bunu da güzəşt edə bilər .....                     Tramp ABŞ və Çin arasında fantastik münasibətlərin olacağına inandığını deyib .....                     İxtisara düşən SOCAR işçiləri üçün MÜHÜM BİLGİ .....                     'Baku Electronics' müştərilərə OĞURLUQ MAL SATIR? .....                     Pasiyentdən əməliyyat üçün belə pul alınır .....                     “FARMATEK” MMC-nin vergi borcu üzə çıxıb .....                     AYNA rəsmən BAŞINI İTİRİB... .....                     Mehdiyevin şirkətlərinə ƏL QOYULDU .....                     "İstintaq özü müəyyənləşdirəcək ki, Ramiz Mehdiyev kimlərlə işləyib" .....                     “Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında! .....                     Bu deputat Ramiz Mehdiyevə sadiq qaldı: Əleyhinə danışmaqdan imtina etdi .....                     "Mənim ağlım yerindədir" .....                     Paşinyanın tranzit xəritəsi: Reallıq, yoxsa siyasi jest? .....                     İndiki parlamentdə Ramiz Mehdiyevə yaxın olmayan deputat yoxdur .....                     ABŞ Çinə güc nümayiş etdirmək üçün HIMARS-dan istifadə edə bilər .....                     Pul göndərmək çətinləşəcək .....                     Rusiya-Azərbaycan münasibətlərində əvvəlki gərginlik aradan qalxıb? .....                     Dövlət Agentliyi bu şirkətlərə 3 milyondan çox pul ödədi .....                 

Bakı İrəvana bunu da güzəşt edə bilər - Ermənistana kim gedəcək?
Tarix: Bu gün, 08:53 | Çap et

"3+3 formatında toplantı ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Onun sözlərinə görə, 3+3 formatında nazirlərin iclasının hansı ölkədə keçirilməsi barədə Azərbaycanla müzakirə aparılır.

“İndi vəziyyət dəyişib və Ermənistanla Azərbaycan arasında kövrək bir sülh yaranıb”.

Bunu isə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.

“Bu sülhün davamlı olması üçün hər şey edilməlidir. Kommunikasiyaların açılması və "Tramp yolu" layihəsinin həyata keçirilməsi təkcə Ermənistanı deyil, həm də Orta Asiyanı AB-yə yaxınlaşdıracaq. Bu, regionda təhlükəsizliyin dəyərli bir qarantıdır", - Xandanyan əlavə edib.

Sülhün davamlı olması üçünsə qarşılıqlı etimad tədbirləri də davamlı olmalıdır...

Qeyd edək ki, 3 +3 formatında daha öncəki iclaslar Moskva, Tehran və İstanbulda keçirilib. İndi də sıra ya Bakıya, ya da İrəvana çatıb.

Bəs seçim nə olacaq, Bakı İrəvana güzəştə gedəcəkmi və toplantı İrəvanda olacaqsa, Azərbaycanı kim təmsil edə bilər?

Deputat Hikmət Babaoğlunun fikricə, Azərbaycan və qardaş Türkiyənin irəli sürdüyü 3+3 formatı 8 avqust 2025-ci ildə Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra yenidən aktuallaşıb: “Bu bir daha onu göstərir ki, ideya nə qədər səmərəli, nə qədər effektivdir, regional əməkdaşlıq nə qədər funksional bir platforma yarada bilər. Bu günlərdə isə 3+3 formatının növbəti tədbirinin keçirilməsi haqqında informasiyalar dolaşır. Mənə belə gəlir ki, əvvəlki görüşlərdə olduğu kimi 3+2 formatında keçirilə bilər. Çünki Gürcüstanın mövqeyi hələ də dəyişməyib. Görünür ki, biz qonşu dövlətin mövqeyinin dəyişməsi üçün bir müddət də gözləməli olacağıq”.

Görüşün Azərbaycanda, yoxsa Ermənistanda və hansı səviyyədə keçirilməsi məsələsinə gəldikdə Hikmət Babaoğli xatırlatdı ki, 3+3 formatı müxtəlif səviyyədə təmsilçiliklə keçirilir: “Bəzən baş nazirlər səviyyəsində, bəzən baş nazirlərin müavinləri, bəzən xarici işlər nazirləri səviyyəsində baş tutur. Mümkündür ki, qarşıdakı dövrdə 3+3 formatında görüş dövlət başçıları səviyyəsində keçirilsin. Mənə belə gəlir ki, görüş növbəti ildə Ermənistanda keçirilə bilər. Gələn il Ermənistanda seçkilər keçiriləcək, eyni zamanda Ermənistan seçicisində sülh inancını daha da qüvvətləndirmək, sülh tərəfdarlarını motivasiya etmək üçün 3+3 formatında tədbirin Ermənistanda keçirilməsi mümkün ola bilər. Təbii ki, bu bir ehtimaldır. Tədbir Azərbaycanda da keçirilə bilər, Bakı buna hər zaman hazırdır və Ermənistandan da təmsilçilər iştirak edə bilərlər. Tədbirin Bakıda, yoxsa İrəvanda keçirilməsi əsasən Azərbaycanla Ermənistan arasında razılaşmadan asılı olacaq”.

Deputat Arzuxan Əlizadə isə bildirdi ki, 3+3 formatı Azərbaycanın təklifi ilə formalaşmış bir platformadır və indiyə qədər bu platformada üç görüş keçirilib: “Bu görüşlərdə Gürcüstan təmsil olunmur. Digər beş ölkədən üçündə görüşlər baş tutsa da hələ ki Azərbaycanda və Ermənistanda keçirilməyib. Növbəti görüşün Bakıda və İrəvanda keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə danışıqlar aparılır. Bununla bağlı Ermənistan XİN rəhbəri açıqlama verib. Növbəti görüşün harada keçirilməsinin elə bir prinsipial əhəmiyyəti yoxdur. Əsas məsələ odur ki, Azərbaycanın təklifi ilə formalaşmış tərkibdə Gürcüstan istisna olmaqla, görüşlər reallaşıb və daha birinin keçirilməsi gündəmdədir. Gürcüstanın da növbəti görüşdə iştirakı müsbət olardı. Bu formatda görüşlər regionda dayanıqlı sülhə yönəlmiş əməkdaşlıq formatının reallaşmasıdır. Azərbaycan regiondakı reallıqları dəyişib və mövcud reallıqlar çərçivəsində 3+3 formatı da təklif olunub və tərəflər onu qəbul edib. Hələlik Gürcüstan Rusiya ilə əlaqədar problem üzündən iştirak etmir. Ancaq bu o demək deyil ki, Tiflis formatı qəbul etmir”.

Deputat vurğuladı ki, növbəti görüşün İrəvanda keçiriləcəyi ehtimalı var: “Azərbaycan, hesab edirəm ki, bununla bağlı prinsipial mövqe tutmayacaq, görüşün Ermənistan paytaxtında keçiriləcəyinə müsbət yanaşacaq. Görüşdə ya baş nazirin müavininin, ya da xarici işlər nazirinin, yaxud da xarici işlər nazirinin müavinlərindən birinin Azərbaycanı təmsil edəcəyi gözlənilir. Mən daha çox ehtimal edirəm ki, baş nazirin müavini Şahin Mustafayev İrəvan görüşündə Azərbaycanı təmsil edəcək. Şahin Mustafayev Ermənistanla delimitasiya və demarkasiya danışıqlarında da Azərbaycan hökumətini təmsil edir. İrəvandan sonra görüş Bakıda və Tiflisdə keçiriləcək. Əsas məsələ regionda davamlı sülhə, sabitliyə, əməkdaşlığa nail olunmasıdır. Bu, Azərbaycanın dövlət və milli maraqlarına xidmət eləyən məsələ olduğu üçün Bakı görüşün hansı ölkədə keçirilməsinə prinsipial məsələ kimi baxmır”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyev və Kəmaləddin Heydərov cütlüyünün “Dubay əməliyyatı” - BU NƏDİ BELƏ?
Bu gün, 10:55
Pezeşkiandan Xankəndi açıqlaması, Azərbaycan dili vədi
Bu gün, 10:49
“Prior Credit BOKT”un vəzifəli şəxsi cərimə edilib
Bu gün, 10:47
“Mənə haqsızlıq etdilər, susdum, məni ağlatdılar...” - Vəkil Şəfiqə Nağıyeva
Bu gün, 10:38
Vergi güzəştlərinin ləğvi özəl sektoru ixtisarlara və “qara mühasibatlığa” aparır - FAKT BUDUR!
Bu gün, 10:35
ABŞ öz “düzəlişinə" düzəliş etdi, AŞ PA yola gəlmir - Bakının tələbi
Bu gün, 10:30
Azərbaycanla sülh regionumuz üçün tarixi bir dəyişiklikdir - Paşinyan
Bu gün, 10:27
Stubb və Tokayevin masasında Azərbaycan məsələsi... - ŞƏRH
Bu gün, 10:23
Əhməd Vəliyev hardan gəlib... HARA GEDİR?.. - İLGİNC FAKTLAR
Bu gün, 10:08
TOTAL ETİRAZLAR: Mehdiyevin ehtiyat enmə zolağı... - AKTUAL
Bu gün, 10:01
Rusiya məhkəməsi Rövşən Əsgərovla bağlı QƏRAR VERDİ
Bu gün, 09:57
Ermənistanın silahlanması... - Azərbaycanla sülh müqaviləsi gündəminə zərbə vura bilər
Bu gün, 09:55
Qazinin 3100 manatlıq borcunu silməyən “Bank of Baku” məhkəmə iclaslarına GƏLMİR - TƏFƏRRÜAT
Bu gün, 09:39
Paşinyan döyüş qabağı meydanı təmizləyir - İNCƏLƏMƏ
Bu gün, 09:31
Mehdiyevin siyahısında erməni qarışığı olanlar üstünlük təşkil edə bilər - İLGİNC
Bu gün, 09:30
“Sahil-S İnşaat” MTK-nın sakinləri deputatdan KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Bu gün, 09:27
Restoranda qadının xoşagəlməz ifadələri oğlunun döyülməsi ilə nəticələndi – HÖKM
Bu gün, 09:22
“Ramiz Mehdiyev bunu akademiklərlə birlikdə edib” - Professor AMEA-dakı araşdırmadan danışdı
Bu gün, 09:18
Moskva narahatdır, "Tramp yolu" Rusiyanın təsirini sıfıra endirə bilər - ONA GÖRƏ DƏ...
Bu gün, 09:11
"Nəsimi Holding" MTK LƏĞV OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 09:08
C5+1 formatı və Tokayevin Trampdan Bakı ilə bağlı xahişi... - GƏLİŞMƏ
Bu gün, 09:06
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi - FOTO
Bu gün, 09:04
Bakı İrəvana bunu da güzəşt edə bilər - Ermənistana kim gedəcək?
Bu gün, 08:53
Tramp ABŞ və Çin arasında fantastik münasibətlərin olacağına inandığını deyib
Bu gün, 07:52
İxtisara düşən SOCAR işçiləri üçün MÜHÜM BİLGİ - DİQQƏT
Bu gün, 07:49
'Baku Electronics' müştərilərə OĞURLUQ MAL SATIR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:33
Pasiyentdən əməliyyat üçün belə pul alınır - VİDEOFAKT
Bu gün, 07:16
“FARMATEK” MMC-nin vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 07:10
AYNA rəsmən BAŞINI İTİRİB... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:06
Mehdiyevin şirkətlərinə ƏL QOYULDU - İLGİNC
Bu gün, 07:02
"İstintaq özü müəyyənləşdirəcək ki, Ramiz Mehdiyev kimlərlə işləyib" - Aydın Mirzəzadə də BOYNUNDAN ATDI
Bu gün, 06:58
“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında!
Bu gün, 06:55
Bu deputat Ramiz Mehdiyevə sadiq qaldı: Əleyhinə danışmaqdan imtina etdi - SUSUR...
Bu gün, 06:40
"Mənim ağlım yerindədir" - Aqil Abbasdan REAKSİYA
Bu gün, 06:37
Paşinyanın tranzit xəritəsi: Reallıq, yoxsa siyasi jest? - ARAŞDIRMA
Bu gün, 06:34
İndiki parlamentdə Ramiz Mehdiyevə yaxın olmayan deputat yoxdur - FAKT BUDUR!
Bu gün, 06:21
ABŞ Çinə güc nümayiş etdirmək üçün HIMARS-dan istifadə edə bilər - “CBS News”
Bu gün, 06:18
Pul göndərmək çətinləşəcək - “Rusiyada yaşayan azərbaycanlılara...”
Dünən, 18:03
Rusiya-Azərbaycan münasibətlərində əvvəlki gərginlik aradan qalxıb? - NƏ BAŞ VERDİ Kİ...
Dünən, 18:02
Dövlət Agentliyi bu şirkətlərə 3 milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 18:01
Hegemonların müttəfiqləri uğrunda döyüşü və: mürəkkəb oyun qaydaları - İNCƏLƏMƏ
Dünən, 18:00
İcra nümayəndəsi 17 yaşlı gəlinin ölümündən danışdı - “Toyda iştirak etməmişəm”
Dünən, 17:59
İcra hakimiyyəti Çuxuryurdda 101 hektarlıq istirahət kompleksinin tikintisinə icazə verdi
Dünən, 17:57
Qardaşını öldürən zabit HAKİM QARŞISINDA
Dünən, 17:55
AYİB Azərbaycanda "yaşıl iqtisadiyyat"ın maliyyələşdirilməsinə 100 mln. dollar ayıra bilər
Dünən, 17:53
Tamilla Əliyeva İŞ BAŞINDADIR... - AÇIQLAMA
Dünən, 17:51
“İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…” - TƏFƏRRÜAT
Dünən, 17:49
Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR/DETALLAR
Dünən, 17:44
Nazirlik "New Med"i plandankənar yoxladı - Pozuntular aşkarlandı
Dünən, 17:42
Qarabağ qazisinin kassasiya hüququna qeyri-prosessual qadağa qoyulub - AXI NİYƏ?
Dünən, 17:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru