Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib .....                     “Əsas problemimiz pulsuzluqdur” .....                     Azərbaycan Avropa Şurasının .....                     "Atam anamın başqa kişidən olan uşağına soyadını verdi" .....                     Bakıda məşhur biznes mərkəzində .....                     Saxlanılan icra başçısı Ramiz Mehdiyevə BİƏT EDİRMİŞ... .....                     SOCAR və ya digər yerli şirkətlər LUKOIL-un infrastrukturunu alarsa... .....                     Hacı Qurban borca düşdü, tenderlərdə iştirakdan çıxarıldı .....                     Saxlanılan icra başçısı bu yüksək vəzifəli məmurun dayısıdır .....                     Kərə yağı MÜƏMMASI .....                     Ədliyyə Nazirliyi AVP-nin qurultayında baş verənlərə niyə reaksiya vermir? .....                     Azərbaycanlı rejissor aktrisanı təhqir edib, ölümlə hədələyib? .....                     “O insanlarla görüşməmişəm” .....                     Vüqar Məmmədov həbs edildi .....                     Keçmişindən danışan aparıcı KÖVRƏLDİ .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Ağdamda bir kəndi yer üzündən silirlər: SAKİNLƏR ETİRAZA QALXDI... .....                     Jurnalist AYNA-nın radar “surpriz”ini ortaya çıxardı .....                     İcra başçısı ilə münasibətim yaxşı olub .....                     Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapılıb .....                     Ukrayna savaşında sionizm izi: Ukrayna niyə Ukraynasızlaşdırılır? .....                     Ermənilərin Qarabağa qayıdışı ilə bağlı açıqlama .....                     Saxlanılan icra başçısının qızı hakimdir .....                     KTN sisteminin ANASINI AĞLADIBLAR... .....                     Azərbaycan mis tullantılarını Türkiyəyə 7 000, Gürcüstan isə 8 400 dollara satıb .....                     “Bakı və İrəvana təhdid eyni yerdəndir” .....                     Saxlanılan icra başçısı İslam Rzayev kimdir? .....                     Ermənistan yeni qırıcılar ALIR .....                     Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib .....                     Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir: Başçı saxlanılıb .....                     Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü .....                     Samirə Kazımovaya yüksək vəzifə verildi .....                     12 illik təhsil sisteminə nə zaman keçirik? .....                     Ramiz Mehdiyev və Kəmaləddin Heydərov cütlüyünün “Dubay əməliyyatı” .....                     Pezeşkiandan Xankəndi açıqlaması, .....                     “Prior Credit BOKT”un vəzifəli şəxsi cərimə edilib .....                     “Mənə haqsızlıq etdilər, susdum, məni ağlatdılar...” .....                     Vergi güzəştlərinin ləğvi özəl sektoru ixtisarlara və “qara mühasibatlığa” aparır .....                     ABŞ öz “düzəlişinə" düzəliş etdi, AŞ PA yola gəlmir .....                     Azərbaycanla sülh regionumuz üçün tarixi bir dəyişiklikdir .....                 

Vergi güzəştlərinin ləğvi özəl sektoru ixtisarlara və “qara mühasibatlığa” aparır - FAKT BUDUR!
Tarix: Bu gün, 10:35 | Çap et

Gələn ildən Azərbaycanda özəl sektorda əməkhaqqı gəlirlərinin vergiyə cəlb olunması planlaşdırılır. Hökumət elan edib ki, bu dəyişiklik ölkədə əmək bazarının “kölgədən çıxarılması”, sosial ədalətin gücləndirilməsi və dövlət gəlirlərinin artırılması məqsədi daşıyır.

Xatırladaq ki, ölkədə 1 yanvar 2019-cu il tarixindən etibarən qeyri-neft-qaz və dövlət sektorundan kənar fəaliyyət göstərən əməkçilərin maaşları üzrə gəlir vergisinə güzəştlər tətbiq edilmişdi. Həmin dövrdə bu sektor üzrə maaşı aylıq 8 000 manata qədər olan işçilər üçün gəlir vergisi tutulmurdu.

Eyni zamanda, neft-qaz sektoru və dövlət sektorunda əmək fəaliyyəti göstərən işçilər üçün isə fərqli vergi məzənnələri mövcuddur: aylıq 2 500 manata qədər olan maaşlarda 14 %, 2 500 manatdan yuxarı hissədə isə 25 % gəlir vergisi tətbiq edilir. Hökumət elan etmişdi ki, bu güzəştli rejim qeyri-neft sektorunda əmək bazarının stimullaşdırılması, rəsmi maaşların qeydiyyatının artırılması və vergi bazasının genişləndirilməsi məqsədilə tətbiq edilir.

Maliyyə Nazirliyinin gələn ilin dövlət büdcəsi layihəsi ilə bağlı açıqlamasından məlum olur ki, vergi güzəştlərinin 7 illik müddəti 31 dekabr 2025-ci il tarixində bitir. Nəticədə, 1 yanvar 2026-cı il tarixindən qeyri-neft-qaz və dövlət sektorundan kənar fəaliyyət göstərən işçilərin maaşları üzrə gəlir vergisi tətbiq olunacaq.

Vergi məzənnələri aşağıdakı kimi planlaşdırılır:

Aylıq maaşı 2 500 manata qədər olanlar üçün: 3% vergi.

Aylıq maaşı 2 500–8 000 manat olanlar üçün: 75 AZN + həmin 2 500 manatdan yuxarı hissənin 10%-i.

Aylıq maaşı 8 000 manatdan çox olanlar üçün: 625 AZN + 14% yuxarı hissədən.

Gələcək illərdə də mərhələli artımlar planlaşdırılır; məsələn, 2027-ci ildə 2 500 manata qədər gəlir üçün vergi 5%-ə qalxa bilər.

Hökumət elan edib ki, bu addımı ilə qeyri-neft sektorunda vergi bazasını genişləndirməyi, büdcə gəlirlərini artırmağı, əmək bazarında şəffaflığı təmin etməyi hədəfləyir.

Beləliklə, güzəştin sona çatması ilə gəlir vergisinin tətbiq sahəsi genişlənəcək, dövlət büdcəsinə əlavə daxilolmalar təmin ediləcək.

Şübhəsiz ki, 2026-cı ildən özəl sektorda maaşların vergiyə cəlb olunması, həm işçilər, həm də işəgötürənlər üçün önəmli dəyişikliklər deməkdir. İşçilərin xalis maaşı azalacaq, işəgötürənlərin büdcəsi isə əlavə xərclərlə üzləşəcək.

Yeni qaydalar özəl şirkətlərin maliyyə yükünü əhəmiyyətli dərəcədə artıracaq. Ekspertlərin hesablamalarına görə, 2026-cı ildən sonra özəl sektorun maaş fondu üzrə xərcləri orta hesabla 4–14% arasında artacaq. Bu artımın miqdarı şirkətin hansı ssenarini seçəcəyindən - yəni vergiləri yalnız əməkdaşın maaşından çıxması, yoxsa işəgötürən tərəfindən kompensasiya olunmasından asılı olacaq.

“AzPolitika-ya daxil olan məlumata görə, topdan, pərakəndə satışla məşğul olan bəzi iri vergi ödəyiciləri üçüncü yolu - ixtisarları seçə bilər. Bu barədə bir sıra şirkətlərdə müzakirələr gedir.

Xatırladaq ki, hazırda özəl sektorda işəgötürənlərin sosial sığorta ödənişlərinin bir hissəsi dövlət tərəfindən subsidiyalaşdırılır. 2026-cı ildən bu subsidiyanın azaldılması nəzərdə tutulur.

Qanunvericiliyə əsasən, işəgötürənlər əməkhaqqı fondunun 22%-i həcmində sosial sığorta haqqı ödəməlidirlər. Dövlətin subsidiyası azaldıqca, şirkətlər bu öhdəliyin daha böyük hissəsini öz büdcələrindən qarşılamaq məcburiyyətində qalacaqlar. 2026-cı il üçün ilkin proqnozlara görə, işəgötürənlər bu məbləğin 20%-ni artıq öz vəsaiti hesabına ödəyəcək. Bu isə maaş fondu üzrə təxminən 4,4% əlavə maliyyə yükü deməkdir.

Güzəştlərin ləğvinin şirkətlərə konkret təsirlərinə gəlincə, əgər şirkət yalnız sosial sığorta subsidiyasının azalmasını nəzərə alarsa, əməkhaqqı fondu üzrə xərclər 4,4% artacaq. İxtisara getməyən şirkətlərin işçilərin xalis maaşını dəyişməzsə, əlavə vergi yükünü daha da artıracaq.

Məsələn:

2,000 manat maaş alan işçiyə görə şirkətin əlavə aylıq ödənişi təxminən 148 manat olacaq (artım 7,4%).

5,000 manat maaş üçün bu göstərici 545 manat təşkil edəcək (artım 10,9%).

10,000 manat maaş alan əməkdaş üçün isə əlavə xərc 1,345 manat olacaq (artım 13,4%).

Beləliklə, özəl şirkətlər üçün ümumi əməkhaqqı fondunda iki rəqəmli artım qaçılmaz görünür.

Bundan başqa vergi sistemindəki dəyişikliklər yalnız maliyyə baxımından deyil, həm də inzibati proseslərdə çətinliklər yaradacaq. Ekspertlərə görə, şirkətlər yeni qaydalara uyğun olaraq, mühasibat və HR proqram təminatını yeniləməli, vergi bəyannamələri və hesabat formalarını dəyişdirməli, əməkdaşlara izahat və təlimlər keçirməli, yeni audit və məsləhət xidmətlərinə müraciət etməli olacaqlar.

Ekspertlər hesab edir ki, bu texniki və məsləhət xərcləri illik əməkhaqqı fondunun 0,5%-dək hissəsini təşkil edə bilər.

İşçilərin xalis gəlirinin azalması əmək bazarında yeni gərginlik yarada bilər. Xüsusən yüksək ixtisaslı kadrlar “xalis maaş” əsasında müqayisə aparacaq və bəzi şirkətlər onları saxlamaq üçün maaş artımına gedə bilər. Bu da öz növbəsində əmək bazarında qiymətlərin qalxmasına səbəb olacaq.

Eyni zamanda, bəzi işəgötürənlər vergi yükündən yayınmaq üçün əmək müqavilələrini azaldılmış göstəricilərlə rəsmiləşdirə, ya da qeyri-rəsmi ödənişlərə üstünlük verə bilər. Bu isə kölgə iqtisadiyyatına dönüş riskini artırır.

Yekun olaraq qeyd edək ki, gələn ildən özəl sektorda maaşların vergiyə cəlb edilməsi, şirkətlərin rentabelliyinə, qiymət siyasətinə və investisiya qərarlarına birbaşa təsir göstərəcək.

İqtisadçılar hesab edirlər ki, hökumət bu keçidi mərhələli şəkildə və subsidiyaların tədrici azaldılması ilə həyata keçirməlidir. Əks halda, xərclərin kəskin artması bir çox kiçik və orta müəssisələrin fəaliyyətini çətinləşdirə bilər.

“AzPolitika.info”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib - Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə
Bu gün, 13:13
“Əsas problemimiz pulsuzluqdur”
Bu gün, 13:02
Azərbaycan Avropa Şurasının daha bir toplantısına qatılıb
Bu gün, 12:59
"Atam anamın başqa kişidən olan uşağına soyadını verdi" - Səidə Dadaşova
Bu gün, 12:58
Bakıda məşhur biznes mərkəzində ÖLÜM
Bu gün, 12:55
Saxlanılan icra başçısı Ramiz Mehdiyevə BİƏT EDİRMİŞ... - İLGİNC
Bu gün, 12:49
SOCAR və ya digər yerli şirkətlər LUKOIL-un infrastrukturunu alarsa... - Gürcüstanda fəaliyyət imkanı yarana bilər
Bu gün, 12:47
Hacı Qurban borca düşdü, tenderlərdə iştirakdan çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 12:45
Saxlanılan icra başçısı bu yüksək vəzifəli məmurun dayısıdır - FOTO
Bu gün, 12:38
Kərə yağı MÜƏMMASI – Niyə xarici ölkələrə 10, daxili bazarda 20 manata SATILIR?
Bu gün, 12:33
Ədliyyə Nazirliyi AVP-nin qurultayında baş verənlərə niyə reaksiya vermir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:31
Azərbaycanlı rejissor aktrisanı təhqir edib, ölümlə hədələyib? - “Məni o həddə özü çatdırdı”
Bu gün, 12:29
“O insanlarla görüşməmişəm” - Əli Həsənov haqqında çıxan xəbərdən DANIŞDI
Bu gün, 12:27
Vüqar Məmmədov həbs edildi - kompüter və bəzi sənədlər götürülüb
Bu gün, 12:22
Keçmişindən danışan aparıcı KÖVRƏLDİ - “Quru çörək yemişəm, amma...”
Bu gün, 12:20
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:17
Ağdamda bir kəndi yer üzündən silirlər: SAKİNLƏR ETİRAZA QALXDI... - Çullu sakinləri ÇULSUZ BURAXILIR...
Bu gün, 12:15
Jurnalist AYNA-nın radar “surpriz”ini ortaya çıxardı – Bu yolda diqqətli olun!
Bu gün, 12:11
İcra başçısı ilə münasibətim yaxşı olub - Balakənin DEPUTATI
Bu gün, 12:09
Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapılıb - TƏFƏRRÜAT
Bu gün, 12:02
Ukrayna savaşında sionizm izi: Ukrayna niyə Ukraynasızlaşdırılır? - İNCƏLƏMƏ
Bu gün, 12:01
Ermənilərin Qarabağa qayıdışı ilə bağlı açıqlama - KİV
Bu gün, 11:57
Saxlanılan icra başçısının qızı hakimdir - Foto
Bu gün, 11:56
KTN sisteminin ANASINI AĞLADIBLAR... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 11:52
Azərbaycan mis tullantılarını Türkiyəyə 7 000, Gürcüstan isə 8 400 dollara satıb
Bu gün, 11:50
“Bakı və İrəvana təhdid eyni yerdəndir” - Paşinyandan şok açıqlama
Bu gün, 11:46
Saxlanılan icra başçısı İslam Rzayev kimdir? - DOSYE
Bu gün, 11:45
Ermənistan yeni qırıcılar ALIR - 3 milyardlıq RAZILAŞMA
Bu gün, 11:44
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib - BUNA GÖRƏ...
Bu gün, 11:41
Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir: Başçı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:39
Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü
Bu gün, 11:05
Samirə Kazımovaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:04
12 illik təhsil sisteminə nə zaman keçirik? - Şagirdlər üçün zərurət
Bu gün, 11:02
Ramiz Mehdiyev və Kəmaləddin Heydərov cütlüyünün “Dubay əməliyyatı” - BU NƏDİ BELƏ?
Bu gün, 10:55
Pezeşkiandan Xankəndi açıqlaması, Azərbaycan dili vədi
Bu gün, 10:49
“Prior Credit BOKT”un vəzifəli şəxsi cərimə edilib
Bu gün, 10:47
“Mənə haqsızlıq etdilər, susdum, məni ağlatdılar...” - Vəkil Şəfiqə Nağıyeva
Bu gün, 10:38
Vergi güzəştlərinin ləğvi özəl sektoru ixtisarlara və “qara mühasibatlığa” aparır - FAKT BUDUR!
Bu gün, 10:35
ABŞ öz “düzəlişinə" düzəliş etdi, AŞ PA yola gəlmir - Bakının tələbi
Bu gün, 10:30
Azərbaycanla sülh regionumuz üçün tarixi bir dəyişiklikdir - Paşinyan
Bu gün, 10:27
Stubb və Tokayevin masasında Azərbaycan məsələsi... - ŞƏRH
Bu gün, 10:23
Əhməd Vəliyev hardan gəlib... HARA GEDİR?.. - İLGİNC FAKTLAR
Bu gün, 10:08
TOTAL ETİRAZLAR: Mehdiyevin ehtiyat enmə zolağı... - AKTUAL
Bu gün, 10:01
Rusiya məhkəməsi Rövşən Əsgərovla bağlı QƏRAR VERDİ
Bu gün, 09:57
Ermənistanın silahlanması... - Azərbaycanla sülh müqaviləsi gündəminə zərbə vura bilər
Bu gün, 09:55
Qazinin 3100 manatlıq borcunu silməyən “Bank of Baku” məhkəmə iclaslarına GƏLMİR - TƏFƏRRÜAT
Bu gün, 09:39
Paşinyan döyüş qabağı meydanı təmizləyir - İNCƏLƏMƏ
Bu gün, 09:31
Mehdiyevin siyahısında erməni qarışığı olanlar üstünlük təşkil edə bilər - İLGİNC
Bu gün, 09:30
“Sahil-S İnşaat” MTK-nın sakinləri deputatdan KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Bu gün, 09:27
Restoranda qadının xoşagəlməz ifadələri oğlunun döyülməsi ilə nəticələndi – HÖKM
Bu gün, 09:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru