Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı .....                     Paşinyan Fransada Makronla görüşüb .....                     Vidadi İsayevin Ramiz Mehdiyev gizlini ifşa olunur: icra başçısı təşvişdə .....                     İşğalçı Rusiyanın dəstəklədiyi bu layihənin bizə nə faydası ola bilər?.. .....                     İran Ermənistana yeni səfir təyin edib .....                     Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı .....                     "Vətəndaş qəbullarında icra başçısından şikayətlər eşidirdim" .....                     Yeni dalğa 25 ildən artıq işləyən direktorlara da gəlib çatacaq .....                     İcra başçılarının başı dərddə… .....                     Erməni müdafiə naziri hərbi hissəyə niyə getdi... .....                     Neftçinin ailəsi bu halda minimum təminatdan da məhrum olur... .....                     Pakistan ilk dəfə ABŞ-dən neft alıb .....                     Ramiz Mehdiyevlə bağlı olay açıqlama .....                     Bu məmur vəzifədən azad oluna bilər .....                     Azərbaycan adından Ermənistanda BÖYÜK FIRILDAQÇILIQ .....                     Tramp Cinpinə Azərbaycanla bağlı nə deyib? .....                     Paşinyan Rusiyanın təzyiqləri altında manevr edir .....                     Rusiya Xəzər üzərindən Ermənistana birbaşa rabitə xətti qurmaq istəyir .....                     Birgünlük turistlər yeyib-içməyə nə qədər pul xərcləyiblər? .....                     Nazirlik bu şirkətdən 4,4 milyon manata nə aldı? .....                     Qabil, Tural, Məhəmməd Bakıya gətirilir .....                     Saleh Səmədovun bir qardaşı həbs olundu, digəri isə... .....                     Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib .....                     “Ramiz Mehdiyev Rəsul Quliyevi hakimiyyətə gətirmək istəyirdi” .....                     Gültəkin Hacıbəyli ölkədən qaçıb? .....                     Dilarə Kazımova “Chicago” müziklində .....                     Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı .....                     Gültəkin Hacıbəyli ölkədən qaçdı .....                     Bəzi məmurların xəyanət yoluna düşdüyü hallarla qarşılaşırıq .....                     Ermənistan Kiprə hərbi attaşe təyin edəcək .....                     Azərbaycanlı milyarderin şirkətindən xəbər var .....                     Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib .....                     “Əsas problemimiz pulsuzluqdur” .....                     Azərbaycan Avropa Şurasının .....                     "Atam anamın başqa kişidən olan uşağına soyadını verdi" .....                     Bakıda məşhur biznes mərkəzində .....                     Saxlanılan icra başçısı Ramiz Mehdiyevə BİƏT EDİRMİŞ... .....                     SOCAR və ya digər yerli şirkətlər LUKOIL-un infrastrukturunu alarsa... .....                     Hacı Qurban borca düşdü, tenderlərdə iştirakdan çıxarıldı .....                     Saxlanılan icra başçısı bu yüksək vəzifəli məmurun dayısıdır .....                 

12 illik təhsil sisteminə nə zaman keçirik? - Şagirdlər üçün zərurət
Tarix: Bu gün, 11:02 | Çap et

12 illik təhsil sisteminə keçid illərdir müzakirə olunur. Uzun müddət danışıqlar aparılsa da, onun üçün nə qanun qəbul edilib, nə də mövcud qanunvericilikdə dəyişikliklər aparılıb. Dünyanın bir çox inkişaf etmiş və inkişafda olan ölkələrində də bu sistemdən istifadə olunur. Adətən I-IV, V-IX, X-XII siniflər olmaqla, bölünür. Ali məktəbə hazırlaşanlar, məhz 10-cu sinifdən etibarən seçdikləri ixtisas qrupu üzrə təhsil alırlar.

Bu sistemin müzakirəsinin əsas səbəblərindən biri də, qeyri-iş günləri, bayramlar, eləcə də dərs saatların 45 dəqiqə olması mövzuların sıxışdırılaraq keçilməsinə, dərsin tam qavranılmamasına səbəb olmasıdır.

Azərbaycan niyə hələ də, bu sistemə keçmir?Bunun üçün nə çatışmır?

Milli Məclisin elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, məsələnin Parlamentdə müzakirəsi üçün nazirlik tərəfindən qanun daxil olmalıdır:

“12 illik təhsil sisteminə keçid məsələsi davamlı müzakirə olunur. Dünyanın əksər ölkələrində məhz bu sistem mövcuddur. Azərbaycanda təhsilin inkişafı ilə bağlı strategiyada da, nəzərdə tutulub. Bu dəyişikliyi etmək üçün ilk növbədə “Təhsil haqqında” Qanuna əlavələr və düzəlişlər edilməsinə ehtiyac var. Amma ondan öncə Elm və Təhsil Nazirliyi bu məsələdə təşəbbüs irəli sürməlidir. Parlamentə belə bir qanun daxil olduqdan sonra müzakirə oluna bilər.

Vaxt itkisi

12 illik təhsil sistemi ilə bağlı mənfi yanaşmalar da var. Onun uzun müddətli və vaxt itkisi olduğu da bildirilir. Xüsusən 12 illik sistemə keçən ölkərdə aparılır bu müzakirələr.

Azərbaycan ailələrinin bu məsələyə nə qədər hazır olduqları da, əsas məsələdir. Lakin fikrincə, beynəlxalq standartlara cavab vermək üçün bu addımı atmalıyıq”,-deyə deputat fikrini yekunlaşdırıb.

Bəs görəsən, bu sistemin şagirdlər üçün hansı əsas faydaları ola bilər?

Təhsil eksperti Kamran Əsədov bildirib ki, 12 illik təhsil modelinə keçid boşluqları aradan qaldırmaq, tədrisin məzmununu və tempini balanslaşdırmaq məqsədi daşıyır:

“Təhsil sisteminin keyfiyyəti yalnız tədrisin məzmunu ilə deyil, onun təşkilati quruluşu ilə də müəyyən olunur. Azərbaycanın mövcud 11 illik ümumi təhsil modeli uzun illər ərzində bir sıra islahatlarla yenilənməsinə baxmayaraq, zamanın tələbləri və beynəlxalq standartlar fonunda bəzi struktur boşluqlar yaradır. Dərs planlarının yüklənməsi, mövzuların sıx keçilməsi, qeyri-iş və bayram günlərinin çoxluğu nəticəsində tədris prosesində fasilələrin yaranması şagirdlərin bilikləri tam mənimsəməsinə mane olur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ümumi təhsil müəssisələrində dərs ilinin faktiki müddəti 167 gün olub, halbuki OECD ölkələrində bu göstərici orta hesabla 190–195 gün təşkil edir. Bu, o deməkdir ki, Azərbaycan şagirdi il ərzində 25–30 gün az təhsil alır, bu da biliklərin sistemli şəkildə formalaşmasını zəiflədir.

“Təhsil haqqında” Qanunun 11-ci maddəsinə görə, ümumi təhsil dövlətin müəyyən etdiyi pillələr üzrə həyata keçirilir və hər bir pillə şagirdin intellektual, mənəvi və sosial inkişafını təmin etməlidir. Lakin 11 illik sistemdə bu inkişaf mərhələlərinin bir-birini tam izləməsi çətinləşir, xüsusilə də orta və yuxarı siniflərdə tədris proqramlarının sıxlığı şagirdin təfəkkür və bacarıq səviyyəsinə uyğunlaşmır. Elm və Təhsil Nazirliyinin son illərdə apardığı araşdırmalarda da göstərilir ki, şagirdlər arasında dərs proqramının çoxluğu və vaxt azlığı səbəbindən fənlərə qarşı motivasiya azalır. Bu, xüsusilə VIII–XI siniflərdə özünü daha çox göstərir.

12 illik təhsil modelinə keçid məhz bu boşluğu aradan qaldırmaq, tədrisin məzmununu və tempini balanslaşdırmaq məqsədi daşıyır. Bu modelin tətbiqi təkcə bir il əlavə dərs deyil, bütün kurikulumun və fənn ardıcıllığının yenidən qurulması deməkdir. Müsbət tərəfi ondadır ki, təhsil mərhələləri daha sabit, sistemli və yaş dövrünə uyğun şəkildə bölünəcək. İbtidai təhsil mərhələsində əsas bacarıqların möhkəmləndirilməsi, orta mərhələdə praktik biliklərin dərinləşdirilməsi, yuxarı mərhələdə isə təmayülləşmənin genişləndirilməsi üçün əlavə bir il həm pedaqoji, həm psixoloji baxımdan zəruridir. Bu, “Təhsil haqqında” Qanunun 14.3-cü maddəsində göstərilən “şagirdin ixtisaslaşmaya hazırlığı” prinsipinin real icrasına imkan verəcək.

Dünya təcrübəsi

Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrin əksəriyyəti 12 illik təhsil modelini tətbiq edir. Məsələn, Avropa İttifaqına üzv ölkələrin 90 faizində, Asiyanın qabaqcıl dövlətləri olan Yaponiya, Cənubi Koreya və Sinqapurda təhsil 12 illikdir. Türkiyədə 2012-ci ildən tətbiq olunan “4+4+4” sistemi nəticəsində ümumi təhsilin müddəti 12 ilə çatdırılıb və bu modelin tətbiqindən sonra PISA göstəricilərində 2015-ci illə müqayisədə 2022-də 11 bal artım qeydə alınıb. Azərbaycanın 11 illik sistemində PISA 2022 nəticələri üzrə orta bal 389 təşkil etdiyi halda, 12 illik model tətbiq edən ölkələrin ortalaması 450-dən yuxarıdır. Bu fakt strukturun öyrənməyə təsirinin birbaşa sübutudur”.

12 illik sistemin tətbiqi maliyyə, infrastruktur və kadr baxımından müəyyən çətinliklər yaradacaq

“12 illik sistemin tətbiqi maliyyə, infrastruktur və kadr baxımından müəyyən çətinliklər yarada bilər. Hal-hazırda ölkədə 4400-dən çox ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və onların hamısında əlavə sinif səviyyəsinin yaradılması üçün həm fiziki şərait, həm də əlavə müəllim resursu tələb olunur. Bununla belə, Elm və Təhsil Nazirliyinin 2025–2030-cu illəri əhatə edən “Təhsil inkişafı üzrə strateji plan”ında bu keçidin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Nazirlik artıq yeni tipli məktəblərdə, xüsusilə təmayül liseylərində 12 illik modelin pilot tətbiqini sınaqdan keçirməklə bu prosesin real mexanizmini formalaşdırır. Bu planlı və elmi əsaslı yanaşma sistemli islahat mədəniyyətinin nümunəsidir.

12 illik sistemə keçid həmçinin dərs yükünün bərabər paylanmasına, mövzuların daha dərin mənimsənilməsinə və şagirdlərin psixoloji rahatlığının təmin edilməsinə kömək edəcək. Məsələn, hazırkı 45 dəqiqəlik dərs formatı və sıx cədvəllər nəticəsində bir çox müəllimlər proqramı vaxtında çatdırmaq üçün yalnız məlumat ötürür, tətbiq və təhlil mərhələsinə kifayət qədər vaxt ayıra bilmir. 12 illik sistem isə müəllimlərə fənn məzmununu mərhələli şəkildə öyrətmək imkanı verəcək, bu da şagirdin düşünmə və analiz bacarığını gücləndirəcək.

12 illik təhsil sistemində oxumuş məzunlarının göstəriciləri yüksəkdir

Beynəlxalq müqayisələr göstərir ki, 12 illik təhsil modelinə malik ölkələrdə məktəbi bitirənlərin ali təhsilə qəbul göstəricisi daha yüksəkdir. OECD məlumatına görə, 11 illik sistemli ölkələrdə məktəbi bitirənlərin 54 faizi ali təhsilə davam edir, 12 illik sistemdə isə bu göstərici 72 faizdir. Azərbaycan üçün bu keçid həm də insan kapitalının keyfiyyətinə, əmək bazarına çıxan gənclərin bilik və bacarıq səviyyəsinə birbaşa təsir göstərəcək.

Hesab edirəm ki, 12 illik təhsil modelinə keçid Azərbaycanın təhsil sistemini beynəlxalq standartlara yaxınlaşdıracaq, kurikulumun məzmununu optimallaşdıracaq, müəllim və şagird üçün öyrənmə prosesini daha rahat və məqsədyönlü edəcək. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar – struktur islahatlarının mərhələli həyata keçirilməsi, təmayül və pilot məktəblərdə yeni modelin sınaqdan keçirilməsi, təhsil proqramlarının yenidən tərtibi – strateji və uzaqgörən yanaşmadır. Bu modelin tətbiqi nəticəsində təhsil prosesi zamanla deyil, keyfiyyətlə ölçüləcək, dərs öyrənmənin deyil, inkişafın mərkəzinə çevriləcək. Azərbaycanın gələcək təhsil mühiti daha çevik, dərin və beynəlxalq səviyyədə rəqabətədavamlı olacaq”,-deyə K.Əsədov fikrini yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı - İLGİNC FAKTLAR
Bu gün, 16:46
Paşinyan Fransada Makronla görüşüb
Bu gün, 16:31
Vidadi İsayevin Ramiz Mehdiyev gizlini ifşa olunur: icra başçısı təşvişdə GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 16:30
İşğalçı Rusiyanın dəstəklədiyi bu layihənin bizə nə faydası ola bilər?..
Bu gün, 16:27
İran Ermənistana yeni səfir təyin edib
Bu gün, 16:25
Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı - “Ramiz Mehdiyevin işi ilə əlaqəsi…”
Bu gün, 16:23
"Vətəndaş qəbullarında icra başçısından şikayətlər eşidirdim" - deputat
Bu gün, 16:19
Yeni dalğa 25 ildən artıq işləyən direktorlara da gəlib çatacaq - XƏBƏRDARLIQ
Bu gün, 16:15
İcra başçılarının başı dərddə… - İDDİA
Bu gün, 16:11
Erməni müdafiə naziri hərbi hissəyə niyə getdi... - KİV
Bu gün, 16:09
Neftçinin ailəsi bu halda minimum təminatdan da məhrum olur... - DİQQƏT!
Bu gün, 16:04
Pakistan ilk dəfə ABŞ-dən neft alıb
Bu gün, 15:59
Ramiz Mehdiyevlə bağlı olay açıqlama - “Əli Kərimlinin ondan sifariş alması... ”
Bu gün, 15:57
Bu məmur vəzifədən azad oluna bilər - Eldar Əzizov tapşırıq verdi
Bu gün, 15:54
Azərbaycan adından Ermənistanda BÖYÜK FIRILDAQÇILIQ - "Milyonlarla dollar..."
Bu gün, 15:53
Tramp Cinpinə Azərbaycanla bağlı nə deyib? – Zəngəzurda inanılmaz razılaşma
Bu gün, 15:40
Paşinyan Rusiyanın təzyiqləri altında manevr edir
Bu gün, 15:35
Rusiya Xəzər üzərindən Ermənistana birbaşa rabitə xətti qurmaq istəyir
Bu gün, 15:31
Birgünlük turistlər yeyib-içməyə nə qədər pul xərcləyiblər?
Bu gün, 15:29
Nazirlik bu şirkətdən 4,4 milyon manata nə aldı? - TENDER NƏTİCƏSİ
Bu gün, 15:24
Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
Bu gün, 15:21
Saleh Səmədovun bir qardaşı həbs olundu, digəri isə... - DETALLAR
Bu gün, 15:19
Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib - SƏRƏNCAM
Bu gün, 15:17
“Ramiz Mehdiyev Rəsul Quliyevi hakimiyyətə gətirmək istəyirdi”
Bu gün, 15:14
Gültəkin Hacıbəyli ölkədən qaçıb? - Özü AÇIQLADI
Bu gün, 15:12
Dilarə Kazımova “Chicago” müziklində
Bu gün, 15:05
Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı – SEPARATÇI KÜRDLƏRLƏ ƏLAQƏ İDDİASI
Bu gün, 15:03
Gültəkin Hacıbəyli ölkədən qaçdı
Bu gün, 15:02
Bəzi məmurların xəyanət yoluna düşdüyü hallarla qarşılaşırıq - Eldar Əzizov
Bu gün, 14:59
Ermənistan Kiprə hərbi attaşe təyin edəcək - KİV
Bu gün, 13:45
Azərbaycanlı milyarderin şirkətindən xəbər var
Bu gün, 13:16
Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib - Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə
Bu gün, 13:13
“Əsas problemimiz pulsuzluqdur”
Bu gün, 13:02
Azərbaycan Avropa Şurasının daha bir toplantısına qatılıb
Bu gün, 12:59
"Atam anamın başqa kişidən olan uşağına soyadını verdi" - Səidə Dadaşova
Bu gün, 12:58
Bakıda məşhur biznes mərkəzində ÖLÜM
Bu gün, 12:55
Saxlanılan icra başçısı Ramiz Mehdiyevə BİƏT EDİRMİŞ... - İLGİNC
Bu gün, 12:49
SOCAR və ya digər yerli şirkətlər LUKOIL-un infrastrukturunu alarsa... - Gürcüstanda fəaliyyət imkanı yarana bilər
Bu gün, 12:47
Hacı Qurban borca düşdü, tenderlərdə iştirakdan çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 12:45
Saxlanılan icra başçısı bu yüksək vəzifəli məmurun dayısıdır - FOTO
Bu gün, 12:38
Kərə yağı MÜƏMMASI – Niyə xarici ölkələrə 10, daxili bazarda 20 manata SATILIR?
Bu gün, 12:33
Ədliyyə Nazirliyi AVP-nin qurultayında baş verənlərə niyə reaksiya vermir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:31
Azərbaycanlı rejissor aktrisanı təhqir edib, ölümlə hədələyib? - “Məni o həddə özü çatdırdı”
Bu gün, 12:29
“O insanlarla görüşməmişəm” - Əli Həsənov haqqında çıxan xəbərdən DANIŞDI
Bu gün, 12:27
Vüqar Məmmədov həbs edildi - kompüter və bəzi sənədlər götürülüb
Bu gün, 12:22
Keçmişindən danışan aparıcı KÖVRƏLDİ - “Quru çörək yemişəm, amma...”
Bu gün, 12:20
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:17
Ağdamda bir kəndi yer üzündən silirlər: SAKİNLƏR ETİRAZA QALXDI... - Çullu sakinləri ÇULSUZ BURAXILIR...
Bu gün, 12:15
Jurnalist AYNA-nın radar “surpriz”ini ortaya çıxardı – Bu yolda diqqətli olun!
Bu gün, 12:11
İcra başçısı ilə münasibətim yaxşı olub - Balakənin DEPUTATI
Bu gün, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru