Rusiyada “Nə? Harada? Nə vaxt?” intellektual yarışmasının tanınmış oyunçusu Rövşən Əsgərov “xarici agent” qanunvericiliyinin tələblərini pozduğuna görə cərimələnib.
Musavat.com xəbər verir ki, məhkəmə icraçıları Əsgərovdan 40 min rubl (təxminən 850 manat) məbləğində cəriməni geri alıblar.
Rəsmi məlumata görə, o, hələ də ümumi məbləği 90 min rubl (təxminən 1910 manat) olan iki cəriməni ödəməyib. Bu borclarla bağlı icra işləri başlanıb.
Məhkəmə keçmiş eksperti xarici agent hesabatlarını təqdim etmədiyinə və müvafiq şəxsiyyət vəsiqəsinə malik olmadığına görə cərimələyib.











