“106 min ödəmişəm, yaşamağa evim yoxdur” .....                     "Zaura pul verib efirə çıxım, it kimi mahnı oxutdursunlar?" .....                     Keçmiş direktorun "prava" dələduzluğu .....                     Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib .....                     "Rusiyada çox qorxur və imperiya ambisiyalarını cilovlaya bilmirlər" .....                     "Onları məndən qabaq qəbiristanlığa göndərməyin" .....                     Müəllim yox, dərslik çatışmır: Rus məktəbləri pullu olmalıdır .....                     Makrondan vaxtuzatma oyunları: .....                     Rusiya türk ölkəsinə qarşı da eyni addımı atdı .....                     Ermənistan Rusiyaya xəbərdarlıq etdi .....                     ABŞ-ın Azərbaycan və Ermənistana bağlı planı... .....                     “Expressbank”dan “AccessBank”a transfer .....                     Peterburqda azərbaycanlı iş adamını evinə basqın edib saxladılar .....                     Məhkəmə zalında dəhşətli SPİD etirafı .....                     Rusdilli məktəblərin bağlanması gündəmdə .....                     Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb .....                     Rusiyadan daha bir RƏZALƏT .....                     "İş tapa bilmirəm, ər çörəyi yeyirəm" .....                     Azər Qasımlının məhkəməsindən .....                     Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır? .....                     Paşinyandan GÖZLƏNİLMƏZ ADDIM .....                     Kəbirə Məmmədova klinikasını satdı .....                     Əməkdar artist xəstəxanadan evə buraxıldı .....                     Daha bir ölkədə AZƏRBAYCANLI OVU DAVAM EDİR .....                     Media haqqında qanuna daha bir .....                     Rus bölmələrini bağlayın, Çin bölmələri açın! .....                     Güzəştə getsək, Rusiya daha ağır şərtlərlə üstümüzə gələcək .....                     Paşinyan sülhdən, keşişlər müharibədən danışır .....                     "Bu tur şirkətinə inanıb, aldanmayın..." .....                     İrəvanda XÜSUSİ ƏMƏLİYYAT .....                     Rusiyanın ölkəmizdə 10 minlərlə agenti var .....                     MDB elə, KTMT belə, sırada Aİİ-dir .....                     “Sputnik işi”ndə saxlanılan FTX agenti İqor Kartavıxla bağlı SENSASİON DETALLAR .....                     Rus dilli təhsillə bağlı nazirliyin adından bildirişlər paylanılır .....                     İlham Süleymanov vəzifəsindən azad edildi .....                     Dənizkənarı Bulvar İdarəsinin tenderi ləğv edildi .....                     Azərbaycan təyyarənin vurulması ilə bağlı sübutları necə ələ keçirib? .....                     “Azərpoçt”un əməkdaşı “PostEurope” təşkilatının Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilib .....                     Dəhşətli müharibə başlayır: Rusiya bu ölkələrə hücum edəcək .....                     Yekaterinburqda azərbaycanlı qardaşları öldürənlərlə bağlı .....                 

İşarəni dənizdən gözləyənlər: Yoldaş Məmişovun səsi niyə çıxmır? - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 07:37 | Çap et

İyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlıların evinə basqın edərək 5 nəfəri işgəncə ilə qətlə yetirməsi, onlarla insanı ölümcül hala salması, repressiyalara məruz qoyması xalqımızı Şimaldan əsən üfunətli küləyin qarşısında bir yumruq kimi birləşdirdi. Toplum olaraq çəkici bir zindana vurduq, barmaqlarımız bir hədəfə tuşlandı, canini öz adı ilə çağırdıq.

Dövlətimiz hadisəyə çox operativ reaksiya verdi. Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx XİN-ə çağırıldı. Ona açıq etiraz bildirildi. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iyunun sonuna planlaşdırılan Azərbaycana səfəri ləğv edildi. Rusiyanın ölkəmizdə planlaşdırılan bütün mədəni tədbirlərinin keçirilməsi təxirə salındı. Əlbəttə ki, səbəb Yekaterinburqda azərbaycanlılara qarşı vəhşiliyə yol verilməsidir. Dövlətimiz bu məsələyə nə qədər həssas və operativ yanaşırsa, bir o qədər də səbrlə və müdrikcəsinə addımlar atır.

Bəs Rusiyadakı Azərbaycan diasporu nə işlə məşğuldur?

Rusiyada 5 soydaşımız polis tərəfindən döyülərək öldürülür, onların ailə üzvləri, qohumları, yaxınları döyülür, həbs edilir, amma diasporumuzdan səs çıxmır,tükləri tərpənmir. Məsələn, azərbaycanlı milyarder, Rusiyanın “Konrad” Şirkətlər Qrupunun prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovun Yekaterinburqda baş verənlərlə bağlı etirazına, açıqlamasına rast gələn olubmu?

Adı daha çox Rusiyada azərbaycanlı iş adamlarınını sıxışdırılmasında hallanan Məmişovun dəbədəbəli həyat tərzi sürməsini onun şəxsi işi saymaq olardı, amma adamın adının qarşısında “Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri” vəzifəsinin yazılması bizə onun fəaliyyət(sizliy)i üzərindən sükutla keçməyə imkan vermir. Üstəlik, adam Azərbaycanın dövlət rəhbərliyi tərəfindən 1996-cı ildə “Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordenlə və “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı və 2006-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib. Bu medallar ona qara qaşına-gözünə, puluna görə verilməyib. Ona görə verilib ki, Azərbaycan dövlətinin ondan gözləntiləri olub, ona etibar edib. İnanmışıq ki, yoldaş Məmişov dar gündə, kritik məqamlarda azərbaycanlıları müdafiə edəcək, dövlətimizi dəstəkləyəcək. Amma təəssüf… Məmişov bu dəfə ona olan inamı, etimadı yerlə bir etdi.

Biz yoldaş Məmişov və Rusiyadakı digər diaspor sədrlərindən cəsarətli, Rusiya hakimiyyətini yıxıb-sürüyən kəskin açıqlamalar gözləmirik. Bilirik ki, onların əksəriyyəti alverlə məşğuldurlar və biznes maraqlarını, pulu hər şeydən üstün tuturlar. Biz də istəməzdik ki, onların bazarına əl qoyulsun, gəlirlərindən olsunlar… Amma ən azından belə həssas məqamlarda barışdırıcı mövqe sərgiləyə, çiyinlərini qətlə yetirilən soydaşlarımızın tabutu altına qoya, həbs edilənləri vəkillə təmin edə bilərdilər. İndiki halda bunların heç birini görmürük. Gördüyümüz və bildiyimiz odur ki, milyonçu və milyarder diaspor rəhbərlərimiz əyləncələrindən geri qalmırlar. Ola bilsin ki, Yekaterinburqda baş verənlər, jurnalistlərin zəngləri, elə bizim bu yazımız yayın ləzzətini yüksək səviyyədə çıxaran diaspor rəhbəri üçün ürəkbulandırıcıdır. Məmişov bizi onun istirahər hüququnu pozmaqda da ittiham edə bilər.

Təsəvvür edin, Azərbaycandakı rus icmasının nümayəndələri, Rusiyadakı bəzi ziyalılar Yeketerinburq şəhərində azərbaycanlılara qarşı yol verilən qəddarlığı pisləyən açıqlamalar, bəyanatlar verirlər, amma bizim diaspor nümayəndələrinin səsi-səmiri çıxmır. Hətta bəziləri öldürülən, işgəncələrə məruz qalan, həbs edilən azərbaycanlıları günahlandırırlar. Məsələn, Vidadi Mustafayev adlı diaspor nümayəndəsi deyir: «Biz daim Sverdlovsk vilayətində azərbaycanlılar tərəfindən inteqrasiya və tərbiyə işinin uğursuz olduğunu deyirik. Hamı hər şeyi bilirdi: kimin öldürdüyünü, nə vaxt öldürdüyünü. Saxlanılanların sayı bunu göstərir. Amma diaspor hüquq-mühafizə orqanlarına kömək etmək və sistemli iş aparmaq əvəzinə bütün bu illər ərzində cinayətkarları qoruyurdu”.

Azərbaycan 34 ildir ki, Sovet Rusiyasının müstəmləkəsi altında yaşamaqdan azad olub, müstəqil dövlət qurmuşuq, böyük zəfərlərə imza atmışıq, ərazi bütövlüyünü təmin etmişik. Amma təəssüf ki, içimizdə hələ də sovet dövrünün xiffətini çəkən, Rusiyanın boyunduruğu altına girmək istəyən əliheydər qarayevlər, həmid, ayuna sultanovlar, çingiz ildırımlar var. İstəməzdik ki, yoldaş Məmişov da onlardan biri olsun! Bəlkə hazırda “See breez”də dincələn Məmişov işarəni dənizdən gözləyir?

Vətəninfo.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Bu gün, 16:15
"Zaura pul verib efirə çıxım, it kimi mahnı oxutdursunlar?"
Bu gün, 16:11
Keçmiş direktorun "prava" dələduzluğu - TƏFƏRRÜAT
Bu gün, 16:07
Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
Bu gün, 16:03
"Rusiyada çox qorxur və imperiya ambisiyalarını cilovlaya bilmirlər"
Bu gün, 15:58
"Onları məndən qabaq qəbiristanlığa göndərməyin"
Bu gün, 15:36
Müəllim yox, dərslik çatışmır: Rus məktəbləri pullu olmalıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:28
Makrondan vaxtuzatma oyunları: - Avropanın müharibəni dayandırmağa siyasi gücü yoxdur
Bu gün, 15:26
Rusiya türk ölkəsinə qarşı da eyni addımı atdı – Azərbaycandan cavab gəldi
Bu gün, 15:17
Ermənistan Rusiyaya xəbərdarlıq etdi
Bu gün, 15:11
ABŞ-ın Azərbaycan və Ermənistana bağlı planı...
Bu gün, 15:09
“Expressbank”dan “AccessBank”a transfer - BUNDAN SONRA...
Bu gün, 15:08
Peterburqda azərbaycanlı iş adamını evinə basqın edib saxladılar - VİDEO
Bu gün, 14:57
Məhkəmə zalında dəhşətli SPİD etirafı – Bakıda kuryer tanış olduğu qadınları ölümcül xəstəliyə yoluxdururmuş
Bu gün, 14:51
Rusdilli məktəblərin bağlanması gündəmdə - "Ciddi dövlət nəzarəti olmalıdır"
Bu gün, 14:47
Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb
Bu gün, 14:44
Rusiyadan daha bir RƏZALƏT - Azərbaycanlı ailə deportasiya edildi
Bu gün, 13:15
"İş tapa bilmirəm, ər çörəyi yeyirəm"
Bu gün, 13:12
Azər Qasımlının məhkəməsindən YENİ XƏBƏR
Bu gün, 13:06
Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır? - Bahəddin Həzi yazır...
Bu gün, 13:02
Paşinyandan GÖZLƏNİLMƏZ ADDIM – Gürcüstan ssenarisi Ermənistanda da REALLAŞACAQ?
Bu gün, 12:56
Kəbirə Məmmədova klinikasını satdı
Bu gün, 12:52
Əməkdar artist xəstəxanadan evə buraxıldı
Bu gün, 12:42
Daha bir ölkədə AZƏRBAYCANLI OVU DAVAM EDİR - Rejissorumuz həbs olundu
Bu gün, 12:36
Media haqqında qanuna daha bir ƏLAVƏ
Bu gün, 12:34
Rus bölmələrini bağlayın, Çin bölmələri açın! - Çağırış
Bu gün, 12:23
Güzəştə getsək, Rusiya daha ağır şərtlərlə üstümüzə gələcək - Cəlaloğlu
Bu gün, 12:20
Paşinyan sülhdən, keşişlər müharibədən danışır - NƏ BAŞ VERİR?
Bu gün, 12:14
"Bu tur şirkətinə inanıb, aldanmayın..." - ÇAĞIRIŞ
Bu gün, 12:09
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
Bu gün, 12:03
Rusiyanın ölkəmizdə 10 minlərlə agenti var - Firudin Ağasıoğludan ŞOK İDDİA
Bu gün, 11:59
MDB elə, KTMT belə, sırada Aİİ-dir – Rusiyanın dominant olduğu birliklər çöküşdədir
Bu gün, 11:57
“Sputnik işi”ndə saxlanılan FTX agenti İqor Kartavıxla bağlı SENSASİON DETALLAR – FOTO
Bu gün, 11:46
Rus dilli təhsillə bağlı nazirliyin adından bildirişlər paylanılır - SAXTADIRMI?
Bu gün, 11:42
İlham Süleymanov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:39
Dənizkənarı Bulvar İdarəsinin tenderi ləğv edildi
Bu gün, 11:27
Azərbaycan təyyarənin vurulması ilə bağlı sübutları necə ələ keçirib? - Sabiq nazir şok detalları AÇIQLADI
Bu gün, 11:25
“Azərpoçt”un əməkdaşı “PostEurope” təşkilatının Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 11:23
Dəhşətli müharibə başlayır: Rusiya bu ölkələrə hücum edəcək - Səngərlər qazılır
Bu gün, 11:21
Yekaterinburqda azərbaycanlı qardaşları öldürənlərlə bağlı YENİ FAKTLAR
Bu gün, 11:17
Siyasi intriqalarla məşğul olanlar işdən çıxarılacaq və mühakimə olunacaq - Paşinyan
Bu gün, 11:13
Zaxarovanın KEFLİ AÇIQLAMALARI... - Barı bir dəfə ayıq olsaydı...
Bu gün, 11:10
Bəylər Eyyubovun vəzifədən getməsi… – Sabiq nazir hər şeyi açdı
Bu gün, 11:05
Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:02
Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb - İLGİNC FAKTLAR
Bu gün, 11:00
Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir
Bu gün, 10:50
İlham Əliyev ƏN DOĞRUSUNU EDİR... - BU FAKTDIR!
Bu gün, 10:48
Keçmiş arvadı və qayınanasını bıçaqlayan şəxsə hökm oxundu
Bu gün, 10:40
Naxçıvan səhiyyəsində BÖHRANLI DURUM: adi iynə-dərman belə tapılmır... - Buna görə, ağır xəstələri belə evə buraxırlar...
Bu gün, 10:37
Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur
Bu gün, 10:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru