“AccessBank” QSC-də yeni təyinat olub.
Banker.az xəbər verir ki, Roma Əliyev “AccessBank”da Ödəniş kartları biznesi departamentinə rəhbər təyin edilib.
O, 2021-ci ilin mart ayından bu təyinata qədər “Expressbank”ın Ödəniş sistemlərinin idarə edilməsi departamentinin direktoru olub.
2015-ci ilin sentyabrından 2021-ci ilin mart ayına kimi Bank “BTB”də Əməliyyatlar departamentinin direktoru vəzifəsində çalışıb.