"Əgər mənimlə nəyəsə görə dostluq edirsə, eləməsin" .....                     Hədəfdə Araz Ağalarovdur: Proses başladı .....                     ABŞ Zəngəzur dəhlizinə nəzarəti amerikalı şirkətə həvalə olunmasını təklif edir .....                     “Efirlərə avaraları dəvət edirlər” .....                     Azərbaycan Rusiyadan 1,7 milyardlıq mal almasa: .....                     İranın hava sahəsi qismən bağlandı .....                     Rusiyanın Zaxarovanın dili ilə burcutmaqlığı... .....                     Texnoloji yeniliklərin verdiyi imkanlar medianı silaha çevirib .....                     Yekaterinburqda saxlanılan azərbaycanlıların nədə “ittiham” olunduqları açıqlandı .....                     Bəylər Eyyubovu əvəz edən Fərid Əsgərovla bağlı maraqlı faktlar .....                     Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... .....                     Moskva-Bakı xəttində gərginlik və: ağıllarını itrimişlərin hücum çağırışları .....                     “Rabitəbank”da yeni təyinat .....                     Hacı İbrahimin şirkətlərindən biri borca düşdü, .....                     Rus dili bölməsinin ləğvi bu müddətə qədər tamamilə başa çata bilər .....                     Rusiyanın UKRAYNA BƏHANƏSİ... .....                     Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşıittiham irəli sürüldü .....                     AZAL-ın təyyarəsi ilə bağlı vəziyyətin təhrif edilməsi cəhdləri qəbuledilməzdir .....                     Faciəvi şəkildə ölən Könül qazi xanımı imiş .....                     Rusiyanın Azərbaycan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb .....                     Ofislərində 2 milyon manat aşkarlanan kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb .....                     Səhiyyəyə ayrılmış 2,5 milyonluq satınalma dayandırıldı .....                     Gəncə şəhər stadionu yenidən qurulur .....                     Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi .....                     “106 min ödəmişəm, yaşamağa evim yoxdur” .....                     "Zaura pul verib efirə çıxım, it kimi mahnı oxutdursunlar?" .....                     Keçmiş direktorun "prava" dələduzluğu .....                     Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib .....                     "Rusiyada çox qorxur və imperiya ambisiyalarını cilovlaya bilmirlər" .....                     "Onları məndən qabaq qəbiristanlığa göndərməyin" .....                     Müəllim yox, dərslik çatışmır: Rus məktəbləri pullu olmalıdır .....                     Makrondan vaxtuzatma oyunları: .....                     Rusiya türk ölkəsinə qarşı da eyni addımı atdı .....                     Ermənistan Rusiyaya xəbərdarlıq etdi .....                     ABŞ-ın Azərbaycan və Ermənistana bağlı planı... .....                     “Expressbank”dan “AccessBank”a transfer .....                     Peterburqda azərbaycanlı iş adamını evinə basqın edib saxladılar .....                     Məhkəmə zalında dəhşətli SPİD etirafı .....                     Rusdilli məktəblərin bağlanması gündəmdə .....                     Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb .....                 

Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır? - Bahəddin Həzi yazır...
Tarix: Dünən, 13:02 | Çap et

Son aylarda, xüsusilə də, son günlərdə baş verənlər haqqında əslində çox deyəcək bir şey də yoxdur. Sanki hər şey deyilib. Deyilənlərdən biri də budur: Azərbaycan Rusiyadan uzaqlaşır.

Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini, Azərbaycana qarşı nifrəti ilə xüsusi seçilən Konstantin Zatulin deyir ki, Azərbaycan heç vaxt Rusiyanın müttəfiqi olmayıb, Azərbaycan Rusiyadan uzaqlaşır və sair.

Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır?

Əlbəttə, Zatulin bizə düşmən münasibət bəsləsə də, dediklərində həqiqət payı var. Belə ki, Azərbaycan prezidenti Türk dünyası ilə əlaqələri prioritet elan edib. Azərbaycan Türkiyə ilə daha da yaxınlaşıb. Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb. Türkiyə faktik olaraq Azərbaycanın təhlükəsizliyinə təminat verən ölkəyə çevrilib. Həm də bu, NATO-da ABŞ-dan sonra ikinci ən böyük ordu gücü olan dövlətdir. Hər halda NATO-da ilk beş dövlətdən biridir.

Azərbaycan Rusiyaya qarşı heç nə etməyib; Moskvanın maraqlarına toxunan hər hansı bir formatda, proyektdə yer almayıb. Azərbaycan Gürcüstandan və Ermənistandan fərqli olaraq, Avropa İttifaqına can atmır, hətta assosiativ üzvlüyə də getmir. Azərbaycan öz ərazisindən qonşularına, o cümlədən, Rusiyaya qarşı istifadə olunmasına yol vermir. Azərbaycan öz ərazisində heç bir xarici dövlətin, hətta Türkiyənin belə hərbi bazasını yerləşdirməyib və belə bir fikri də yoxdur. Azərbaycan NATO-ya üzv olmaq niyyətində deyil, bu, Azərbayxana heç lazım da deyil. Azərbaycan Xəzər hövzəsinə Xəzəryanı olmayan ölkələrin donanmasını gətirməyib və buna ehtiyac da, imkan da yoxdur. Azərbaycan Rusiyaya qarşı Qərbin sanksiyalarına da qoşulmayıb. Azərbaycan Rusiya ilə müttəfiqlik birgə fəaliyyətinə dair bəyannamə imzalayıb. Azərbaycanda yüzlərlə Rusiya şirkəti işləyir, çoxlu sayda irili-xırdalı birgə iqtisadi layihələr var. Azərbaycanda rus məktəbləri var, rus icmasına qarşı heç bir diskriminasiya əlamətləri də yoxdur. İqtisadi-ticarət əlaqələri müsbət dinamika içindədir. İnsani, humanitar əlaqələr də öz yerində.

Beləliklə, Azərbaycan Rusiya üçün hər hansı bir təhlükə törətmir, maneə yaratmır. Bu halda niyə Rusiya Azərbaycana qarşı qeyri-dost münasibəti göstərir? Niyə hesab edilir ki, Azərbaycan Rusiyadan uzaqlaşır?

Doğrudan da, ən azı son altı ayın hadisələri göstərir ki, Azərbaycan Rusiyadan uzaqlaşır. Çünki Rusiya özü Azərbaycanı özündən uzaqlaşdırır.

2024-cü il dekabrın 25-də AZAL-a məxsus təyyarə Rusiyanın səmasında vurulanda və ondan sonrakı dönəmdə münasibətlər nəzərəçarpacaq dərəcədə soyudu. Rusiya tərəfi məsuliyyətdən yayınmağa, günahkarların cəzalandırılmasından boyum qaçırmağa çalışdıqca, hətta dolayısı ilə Azərbaycanın özünü gahlandırdıqca, əlbəttə, rəsmi Bakı Moskvadan uzaqlaşacaqdı, burda qəribə nə var?! Yaxud Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Qarabağı "mübahisəli ərazi" adlandıranda, təbii ki, bu, iki ölkəni bir-birindən uzaqlaşdıracaqdı. Nəhayət Rusiyada yaşayan, Rusiya və ya Azərbaycan vətəndaşları olmalarından asılı olmayaraq, etnik əlamətə görə Azərbaycanlılara qarşı xüsusi qəddarlıqla hücum edilir, adamlar ölümcül döyülür, qətlə yetirilir, əsassız ittihamlarla həbsə aılır. Bunlar, sizcə, Azərbaycanı Rusiyaya yaxınlaşdıra bilər, yoxsa uzaqlaşdırar? Cavab aydındır.

Ümumiyyətlə, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi bir yerdən, bir nöqtədən sonra, təbii olaraq, dost, müttəfiq ölkələri Moskvadan soyudur, uzaqlaşdırır. Hətta Belorus belə bu uzanan və qəddarlaşan hərbi əməliyyatlardan yorğunluq, məyusluq mərhələsinə daxil olub. Ruiya əvvəlki cazibəsini itirib və xüsusilə, ötən ilin avqustundan Ukrayna müharibədəki müqavimətinin bir qismini Rusiya ərazisinə daşıdıqdan sonra, illah da Ukraynanın "Hörümçək toru" əməliyyatından sonra məlum oldu ki, Rusiyanın heç özünə faydası qalmayıb, o da olsun başqalarına xeyir verməsi. Rusiya onun üçün əlverişli məqamlarda Ukrayna müharibəsini dayandırmalı və sülhə getməli idi. Bu fürsətləri buraxdı və irəli - daha dərin bataqlığa doğru hırəkətini davam etdi. Beləliklə, Ukraynanı əldə etmək istərkən, bütün postsovet məkanını, demək olar, itirdi. Qərbin Ukrayna strategiyasının da bir hədəfi məhz postsovet məkanını Rusiyanın təsirindən qoparmaq idi. Rusiya düşmən seçdiyi Ukraynaya - öz qardaşına ağır zərbələr endirdikcə, dostlarını da itirməli idi və itirdi də. Çünki təcavüzkarın yanında boy göstərmək asan iş deyil. Konkret olaraq, Azərbaycanı götürək: özü onillərlə hərbi təcavüzə məruz qalmış ölkə Rusiya-Ukrayna müharibəsində təxavüzkar tərəfin yanında necə axıra qədər dayana bilər. İndi həmin təcavüzkar dövlət - Rusiya MDB, Avrasiya İqtisadi İtyifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan dövlətlərdən umur ki, ona sifətini təmizləyib, Ukrayna bataqlığından çıxmağa kömək etsinlər. Nə imiş?! Azərbaycan, məsələn, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini Rusiya əraziləri kimi tanımalı imiş. Azərbaycan, təbii ki, buna getmədi və getməz. Bax, bu üzdən demişəm ki, Ukrayna müharibəsi dostlarını da Rusiyadan uzaqlaşdırır. Və əlbəttə, keçmiş Sovet məkanında yaranmış yeni, müstəqil dövlətləri, o cümlədən, Azərbaycanı Rusiyadan məsafəyə çəkilməyə sövq edən səbəblərdən biri də Moskvanın neoimperialist siyasəti və iddialarıdır. "Rusiyanın sərhəddi heç bir yerdə bitmir" deyə neokoıonialist planlar quran bir zehniyyətin yanında kim qalmaq istəyər ki?!

Beləliklə, Azərbaycan Rusiyadan uzaqlaşmır, uzaqlaşdırılır. Həm də bunu edən Rusiyanın özüdür.

Əvvəlki yazımda da qeyd etdiyim kimi, Rusiyanın dərdi heç də Azərbaycanın ona qarşı hər hansı bir addımı deyil; belə bir addım, ümumiyyətlə, yoxdur. Azərbaycanın Türkiyə ilə daha da möhkəmlənən birliyi Rusiyanı narahat edir və bunu artıq Rusiya rəsmiləri açıq-aşkar dilə gətirir. Dövlət Dumasının MDB üzrə komitə sədrinin birinci müavini Viktor Vodolski deyir ki, Azərbaycanın Türkiyə ilə işbirliyi Rusiyanı narahat edir.

Bir sözlə, Azərbaycanın Rusiyadan uzaqlaşması üçün yetərincə əsaslı səbəbləri var. Bu səbəbləri Rusiya özü yaradır. Rusiya öz yanlış siyasəti ilə, öz hikkəli davranışı ilə ətrafındakıları da özündən uzaqlaşdırır.

Bahəddin Həzi, bizimyol.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əgər mənimlə nəyəsə görə dostluq edirsə, eləməsin"
Bu gün, 00:12
Hədəfdə Araz Ağalarovdur: Proses başladı - KİV
Bu gün, 00:07
ABŞ Zəngəzur dəhlizinə nəzarəti amerikalı şirkətə həvalə olunmasını təklif edir - "Carnegie Politika"
Bu gün, 00:04
“Efirlərə avaraları dəvət edirlər” - VİDEO
Dünən, 18:16
Azərbaycan Rusiyadan 1,7 milyardlıq mal almasa: - NƏ BAŞ VERƏR?
Dünən, 18:12
İranın hava sahəsi qismən bağlandı
Dünən, 18:07
Rusiyanın Zaxarovanın dili ilə burcutmaqlığı... - AKTUAL
Dünən, 18:03
Texnoloji yeniliklərin verdiyi imkanlar medianı silaha çevirib - Rəşad Məcid
Dünən, 18:01
Yekaterinburqda saxlanılan azərbaycanlıların nədə “ittiham” olunduqları açıqlandı - DETALLAR
Dünən, 17:58
Bəylər Eyyubovu əvəz edən Fərid Əsgərovla bağlı maraqlı faktlar - TƏFƏRRÜAT
Dünən, 17:56
Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 17:53
Moskva-Bakı xəttində gərginlik və: ağıllarını itrimişlərin hücum çağırışları - GƏLİŞMƏ
Dünən, 17:47
“Rabitəbank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:43
Hacı İbrahimin şirkətlərindən biri borca düşdü, digəri riskli vergi ödəyiciləri siyahısına daxil edildi
Dünən, 17:41
Rus dili bölməsinin ləğvi bu müddətə qədər tamamilə başa çata bilər - AÇIQLAMA
Dünən, 17:36
Rusiyanın UKRAYNA BƏHANƏSİ... - ŞƏRH
Dünən, 17:33
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşıittiham irəli sürüldü - TƏFƏRRÜAT
Dünən, 17:30
AZAL-ın təyyarəsi ilə bağlı vəziyyətin təhrif edilməsi cəhdləri qəbuledilməzdir - Rəsmi Bakı
Dünən, 17:26
Faciəvi şəkildə ölən Könül qazi xanımı imiş - FOTO
Dünən, 17:22
Rusiyanın Azərbaycan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Dünən, 17:17
Ofislərində 2 milyon manat aşkarlanan kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:16
Səhiyyəyə ayrılmış 2,5 milyonluq satınalma dayandırıldı - DETALLAR
Dünən, 17:09
Gəncə şəhər stadionu yenidən qurulur - 90 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 17:07
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib
Dünən, 17:03
“106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 16:15
"Zaura pul verib efirə çıxım, it kimi mahnı oxutdursunlar?"
Dünən, 16:11
Keçmiş direktorun "prava" dələduzluğu - TƏFƏRRÜAT
Dünən, 16:07
Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
Dünən, 16:03
"Rusiyada çox qorxur və imperiya ambisiyalarını cilovlaya bilmirlər"
Dünən, 15:58
"Onları məndən qabaq qəbiristanlığa göndərməyin"
Dünən, 15:36
Müəllim yox, dərslik çatışmır: Rus məktəbləri pullu olmalıdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:28
Makrondan vaxtuzatma oyunları: - Avropanın müharibəni dayandırmağa siyasi gücü yoxdur
Dünən, 15:26
Rusiya türk ölkəsinə qarşı da eyni addımı atdı – Azərbaycandan cavab gəldi
Dünən, 15:17
Ermənistan Rusiyaya xəbərdarlıq etdi
Dünən, 15:11
ABŞ-ın Azərbaycan və Ermənistana bağlı planı...
Dünən, 15:09
“Expressbank”dan “AccessBank”a transfer - BUNDAN SONRA...
Dünən, 15:08
Peterburqda azərbaycanlı iş adamını evinə basqın edib saxladılar - VİDEO
Dünən, 14:57
Məhkəmə zalında dəhşətli SPİD etirafı – Bakıda kuryer tanış olduğu qadınları ölümcül xəstəliyə yoluxdururmuş
Dünən, 14:51
Rusdilli məktəblərin bağlanması gündəmdə - "Ciddi dövlət nəzarəti olmalıdır"
Dünən, 14:47
Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb
Dünən, 14:44
Rusiyadan daha bir RƏZALƏT - Azərbaycanlı ailə deportasiya edildi
Dünən, 13:15
"İş tapa bilmirəm, ər çörəyi yeyirəm"
Dünən, 13:12
Azər Qasımlının məhkəməsindən YENİ XƏBƏR
Dünən, 13:06
Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır? - Bahəddin Həzi yazır...
Dünən, 13:02
Paşinyandan GÖZLƏNİLMƏZ ADDIM – Gürcüstan ssenarisi Ermənistanda da REALLAŞACAQ?
Dünən, 12:56
Kəbirə Məmmədova klinikasını satdı
Dünən, 12:52
Əməkdar artist xəstəxanadan evə buraxıldı
Dünən, 12:42
Daha bir ölkədə AZƏRBAYCANLI OVU DAVAM EDİR - Rejissorumuz həbs olundu
Dünən, 12:36
Media haqqında qanuna daha bir ƏLAVƏ
Dünən, 12:34
Rus bölmələrini bağlayın, Çin bölmələri açın! - Çağırış
Dünən, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru