İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? .....                     Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA .....                     "Diplom almaq çətinləşdirilməlidir" .....                     Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? .....                     Olmayan nəticəyə yatırılan milyonlar .....                     Neftçala təhsili kimə həvalə olunub? .....                     Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? .....                     Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? .....                     “Sağlığında özü mənə vəsiyyət etmişdi” .....                     Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı .....                     İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı .....                     İsraildən şok XƏBƏRDARLIQ .....                     Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib .....                     İnternetsiz İran: “Starlink” də kömək etməyəcək .....                     DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA .....                     "Şaurma və kolaya 20 lari verirsən... .....                     Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” .....                     İranda qaçaqmalçılıq və “Mossad” bazaları: .....                     Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir .....                     “Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, .....                     Təhsildə etimad böhranı: .....                     “Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” .....                     Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib .....                     “Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” .....                     Azərbaycanda məşhur provayder ləğv olundu .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib .....                     "Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" .....                     Şirkətin borcu 13 milyon manatı ötdü .....                     Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? .....                     "Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" .....                     “Bakı Süd Co” MMC cərimələndi .....                     Azərbaycanda həbs edilən icra başçıları .....                     “QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” .....                     Öz gözündə tiri görməyən Putin... .....                     “Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT .....                     Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür .....                     Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib .....                     Ermənistan yenidən reallığı təhrif edir .....                     Azərbaycanda DSK sədri vəfat edib .....                     “Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub .....                 

İnam Kərimov kimi nazir olanda FERMERLƏR BU GÜNƏ QALIR... - Ağdamda acınacaqlı mənzərə...
Tarix: 25-04-2022, 08:28 | Çap et
İnam Kərimov kimi nazir olanda FERMERLƏR BU GÜNƏ QALIR...
...Neçə gün əvvəl daxil olmuş şikayətlə bağlı Ağdamın Ergi qəsəbəsi ərazisində oldum. Şikayət Qarqar çayının sahilindən başlayaraq 10 mindən çox keçmiş məcburi köçkünlərin 30 ildir yaşadığı qəsəbəyədək olan 10-12 km-lik yolun bərbad vəziyyətdə olması barədə idi. Təsəvvür edin, indiyədək yəqinki həmin yolu özüm ən azı 130 dəfə getməli olmuşam. Şahidəm ki, ölkənin kənd təsərrüfatı məhsullarının yetişdirildiyi bir ərazidə 30 ildən çoxdur yol bu vəziyyətdədir. Niyə? Yola qum-şınqıl lazımdır, o da Qarqar çayında nə qədər desəniz var. Bir də qır lazımdır, o da Bakıda su qiymətinə. Bəs nə çatmır? Vicdan və vəzifə məsuliyyəti!

Ağdamın indiyədək 4 başçısı dəyişib, dördünə də şəxsən özüm demişəm, burada yaşayan sakinlər isə dəfələrlə hər birinə yazılı-şifahi deyiblər, 25 ilə yaxındır sifətini görmədikləri deputatları olan Bəxtiyar Sadıqova deyilib. Xeyri yoxdur!... Niyə yoxdur, səbəbini yuxarıda dedim. Daşdan səs çıxıb, onlardan isə yalan sözdən ibarət vədlər eşidilib... Axı bu ərazidə yol o deməkdir ki, istehsal olunan meyvə-tərəvəz, digər məhsullar bazarlara rahat və keyfiyyətli şəkildə çatdırılsın.

Ergi qəsəbə sakini Q.Məmmədov deyir: “Yolun belə bərbad olması üzündən qapımızdakı meyvəni mala veririk, bazara apara bilmirik. Çünki bu 10 km-lik yolda xaşıla dönür... Pomidir da elə. Qarqar çayına çatanda baxırıq ki, hamısı əzilib, elə orada da çaya töküb geri qayıdırıq. Xəstəmiz olur, həkim çağıra bilmirik. Taksi lazım olur, heç kim gəlmir. İndi hansı zamandır ki, biz 30 ildir cəbhə xəttində yaşayan on minlərlə insan bu qədər zülm çəkir. Baxan yoxdur...”.

Qarqar çayı soğan tayaları ilə dolub-daşır...

İnam Kərimov kimi nazir olanda FERMERLƏR BU GÜNƏ QALIR...

Ezamiyyə vaxtım imkan verdiyindən ərazidə insanlarla görüşdüm, qarşılaşdığım bütün sahələrin problemli olduğunu gördük. Əhvalımı pozan isə Ergi qəsəbəsinə gedən yolun üstündə-Qarqar çayının sahilində harda gəldi maşın-maşın tökülmüş soğana rast gəldim. Yol kənarında qoyun otaran çoban Rasim Abbasovla salamlaşıb bu vəziyyətin səbəbini soruşdum. Başını bulayıb köks ötürdü:

-İki ildir eyni mənzərədir. Heyvanlarımızı satıb toxum, gübrə və s. alıb soğan əkirik, hər il də ziyana düşürük. Niyə? Çünki yolumuzun belə olmasına görə bura yük maşınları gəlmir, məcbur oluruq alverçilərə su qiymətinə sataq. Bir dəfə qəsdən “Meyvəli bazar”a apardıq, alverçilər elə şəbəkə yaradıblar ki, bizə yaxın gələn olmadı. Axırda iki gün qaldıq, gördük ki, soğan bişir, zay olur, kisəsini 3 manatdan verib gerı qayıtdıq. Yol pulunu, yemək və s. xərcləri çıxandan sonra gördüm ki, mənə bir “Qazel” soğandan cəmi 10 manat qalıb. İl boyu əziyyət çək, sonu da belə. Alverçi də gəlir, elə qiymət deyir, qalırıq məcbur, satırıq. Hətta bu dəfə Bakıda manat yarıma satılırdı, amma bizə 15-20 qəpikdən şərt qoyuldu. Baxdıq ki, gələnlərin hamısı fırıldaqçılardır, acığa düşüb hamı aparıb Qarqara tökdü... Qabaqlar tədarük idarələri olardı, gəlib insafla alardılar, indi gələnin hamısı alverçidir...

***

Bu qanqaraldıcı söhbətdən sonra fermerlerə adamın necə də yazığı gəlməsin?! Baxın, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında “Əsasnamı” təsdiqlənib. Nazirliyin əsasnaməsinə diqqət edin: “1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 2004-cü il 23 oktyabr tarixli 467 nömrəli Sərəncamına əsasən yenidən təşkil edilmişdir. Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır”.

Nazir İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin“Əsasnaməsi”ni oxuyubmu?

Heç bilirsiniz nazirliyin əsas vəzifəsi nədir? Şəxsən mən inanmıram ki, indiki nazir İnam Kərimov bu “Əsasnamə”ni axıra kimi oxuyub... Çünki oxusaydı, bilərdi ki, rəhbərlik etdiyi nazirlik: “11. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

11.1. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmənin inkişafı ilə əlaqədar, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və emal sahələrinin inkişafına, kənd təsərrüfatı texnikasının və onların ehtiyat hissələrinin istehsalına həsr olunmuş proqramlar hazırlayır və onların icrasını təmin edir;

11.2. aqrar bölmənin inkişafını təmin edən normativ hüquqi bazanın yaradılmasında iştirak edir;

11.3. aqrar bölmədə xidmət mərkəzlərinin təşkili və sahənin maddi-texniki vasitələrlə təmin olunmasına köməklik göstərir;

11.4. kənd təsərrüfatı məhsulları istehsalçılarının mənafeyinin qorunması ilə bağlı təkliflər hazırlayır, aidiyyəti dövlət orqanlarına təqdim edir və səlahiyyətləri daxilində tədbirlər görür” və s.



Bəs nazirliyin tabeliyindəki “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti niyə qanunlara tabe olmur?

Bu isə “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti nin yaradılması haqqında Prezidentin Fərmanıdır. Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə qərara alıram: “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin”.

ASC ləğv edilir və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilir. Prezidentin Fərmanı ilə... Və

Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması “Qaydası” təsdiqlənir. Bəs heç bilirsiniz bu “Qaydalar”da ASC-yə hansı səlahiyyətlər verilib etimad göstərilib???



Yazılır: “Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru: 3.1. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru aşağıdakı qaydada həyata keçirilir:

3.1.1. satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər. Satınalan təşkilatlar tərəfindən növbəti il üzrə ərzaq məhsullarına tələbatlar həmin satınalan təşkilatlara bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər nəzərə alınmaqla müəyyən edilir;

3.1.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formada hər il avqustun 1-dək elektron portalda yerləşdirir” və s.

Yaxşı, dövlət-ölkə başçısı bundan artıq İnam Kərimova hansı hüquqlar verməlidir ki, fermerlər min zəhmətlə becərdikləri məhsulları çölə tökməsin???

Məhsullar isə, böyük yazıçımız Mir Cəlal Paşayevin məşhur əsərində deyildiyi kimi, çölə atılır, amma alverçilərə satılıb-verilmir! Bu, əslində, Kənd Təsərrüfatı Nazirliyi mütəxəssislərinin fəaliyyətinə kütləvi etiraz və etinasızlıqdır!

***

Bizim və fermerlərin söylədikləri bu qədər. Nəticə çıxarılacaqmı, reaksiya verib köməyə gedən olacaqmı? İnanmıram... 10 km-lik yolu 30 ildə təmir etməyənlər bunu etməyə qadir görünmürlər...

Asif MƏRZİLİ

(Bakı-Ağdam-Ergi-Bakı)
//tezadlar.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48
Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44
"Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29
Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25
Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Bu gün, 06:21
Neftçala təhsili kimə həvalə olunub? - İTTİHAM VAR...
Bu gün, 06:18
Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06
Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03
“Sağlığında özü mənə vəsiyyət etmişdi” - Atasının bütün əsərlərinin sahibi olacaq
Bu gün, 06:00
Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı - “RİA Novosti”
Bu gün, 05:55
İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 05:52
İsraildən şok XƏBƏRDARLIQ - “Kameraları söndürün, İran izləyir”
Bu gün, 05:50
Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib
Bu gün, 05:46
İnternetsiz İran: “Starlink” də kömək etməyəcək - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA - "Dövlətimizin prinsipiallığı..."
Bu gün, 00:00
"Şaurma və kolaya 20 lari verirsən... - Qalanını özünüz hesablayın"
Dünən, 23:55
Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” - BELƏ HARA GEDİRİK?
Dünən, 23:52
İranda qaçaqmalçılıq və “Mossad” bazaları: - İraq və Əfqanıstan yolları
Dünən, 18:04
Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir - KİV
Dünən, 18:03
“Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Dünən, 17:59
Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Dünən, 17:57
“Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” - Şou əhlinin yay planları
Dünən, 17:51
Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib
Dünən, 17:45
“Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” - Tələbələr narazıdır
Dünən, 17:41
Azərbaycanda məşhur provayder ləğv olundu
Dünən, 17:33
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
Dünən, 17:27
"Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?
Dünən, 17:25
Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu
Dünən, 17:19
Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA
Dünən, 17:15
"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Dünən, 17:11
“Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Dünən, 17:08
Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI
Dünən, 17:06
“QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” – Paytaxt sakinindən Baş prokurora müraciət
Dünən, 17:00
Öz gözündə tiri görməyən Putin... - ŞƏRH
Dünən, 16:55
“Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT - BU NƏDİ BELƏ?
Dünən, 16:50
Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür - MSK sədri AÇIQLADI
Dünən, 16:40
Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib - ƏMR
Dünən, 16:32
Ermənistan yenidən reallığı təhrif edir - "...hücum etməmək prinsipinə ciddi əməl edir"
Dünən, 16:22
Azərbaycanda DSK sədri vəfat edib
Dünən, 16:19
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:15
Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır - partiya sədri
Dünən, 16:13
Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi - Bu dəfə 2 milyondan çox vəsait...
Dünən, 16:05
Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Dünən, 15:51
Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI - "Mən Zaqataladayam. Siz Qaxa zəng edin"
Dünən, 15:47
Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ – Şəkər dərmanı arıqlama üçün İSTİFADƏ edilir?
Dünən, 15:44
“Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... VƏ AYNA-nın adından istifadə...
Dünən, 15:38
Ət bahalaşır? - "Nə etdik ki, ucuzlaşsın?"
Dünən, 15:32
Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi - NƏ BAŞ VERİR?
Dünən, 15:25
İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... - MR yenidən BLOKADA ŞƏRAİTİNDƏ...
Dünən, 15:21
Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub - ADLAR
Dünən, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru