Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                 

Elman Rüstəmovun "çiçəklənən" biznesi... - Ölkənin baş bankiri biznesi naminə yaşıllıqları qurban verir...
Tarix: 1-06-2015, 16:45 | Çap et
Elman Rüstəmovun "çiçəklənən" biznesi...
Elman Rüstəmov vəzifədə ən çox oturan məmurlardan biridir. Əslən Cəbrayıl rayonundan olan ölkənin baş bankiri 1995-ci ildə prezidentin sərəncamı ilə ilk dəfə Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Bu il onun səlahiyyət müddəti növbəti dəfə artırıldı. Bu isə o deməkdir ki, qarşıdakı 5 il ərzində ölkə büdcəsinin formalaşmasına nəzarət edən şəxslərdən biri də Mərkəzi Bankın rəhbəri olacaq.

Açığı çoxları onun aprel ayında tutduğu vəzifədən kənarlaşdırılacağını gözləyirdi. Lakin necə oldusa Mərkəzi Bankın İdarə Heyətinin sədri kreslosunu qorumağı bacardı. Son vaxtlar isə onun haqqında bir-birindən maraqlı iddialar ortaya atılmaqdadır. Xatırlayırsınızsa, Elman Rüstəmovun adının qarışdığı manat cinayəti böyük səs-küy yaratmışdı. Bloomberg agentliyinin verdiyi xəbərdən məlum olur ki, Avstriyanın Mərkəzi Bankı Azərbaycan və Suriyadan valyuta çapı üçün sifarişlər alıb. Razılaşmaya görə, Avstriya bankı həmin ölkələrin milli valyutasını dəyərindən 20 faiz baha çap edib və həmin artıq 20 faiz pul, yəni 19 milyon dollar sifarişçilərin özlərinə - yəni, Azərbaycan və Suriya rəsmilərinə qaytarıb. Eyni zamanda, Avstriya Mərkəzi Bankının pulların çapı ilə məşğul olan bölməsinin keçmiş rəsmisi də Azərbaycan rəsmilərinə pul verdiklərini etiraf edib. 2011-ci ildə auditorlar Azərbaycan və Suriya pullarının çapı üçün müqavilələrdə hansısa xidmət haqqı kimi offşor şirkətlərə külli miqdarda pul ödəndiyindən şübhələniblər və ilkin yoxlamalarda 4 nəfər saxlanılıb. Sonradan daha 5 nəfər sorğuya cəlb edilib. Bir neçə ildir davam edən istintaq bu yaxınlarda yekunlaşıb. Banknot çapına görə ödənilən artıq məbləğin geri qaytarılmasının bir hissəsi Panamada qeydiyyatdan keçən "Venkoy" şirkətinin vasitəsilə həyata keçirilib. Aradan bir müddət keçəndən sonra Mərkəzi Bankın rəhbəri bu qalmaqaldan təmiz çıxmağı bacardı. Birdən-birə 19 milyon dollarlıq qalmaqalın üstündən xətt çəkildi. Hansı ki, bu pullar dövlət büdcəsinin vəsaiti olub. Buna baxmayaraq, Elman Rüstəmovun haqqında yayılan xoşagəlməz söhbətlər səngimək bilmirdi. Bu dəfə onun biznesi barədə sirli məqamlara aydınlıq gətirildi. Bəzi iqtisadçıların fikrincə, bank rəhbəri geridə qalan müddətdə özü üçün geniş imkanlar yaradıb. "Planet" şadlıq sarayının, "Subaru", "Bakı İnvest Holdinq"in, "Bakı Sığorta", "Səba broyler", "Honda", "Mitsubishi", "Bakı taksi" və "Bank Respublika"nın onun biznes şəbəkəsinə daxil olması haqda kifayət qədər ciddi faktlar ortaya qoyulub. Onun tikinti bazarında da böyük payının olduğu bildirilir. Xüsusən köhnə "Şüşəli Bazar" ətrafında tikilən kooperativ evlər və Səudiyyə Ərəbistanının səfirliyinə kirayə verilmiş malikanənin ona məxsus olduğu bildirilir. Tikintidən söz düşmüşkən, baş bankirə aid olduğu deyilən "Planet" şadlıq sarayının ətrafında aparılan "yaşıl soyqırımı"ndan bəhs etmək lazımdır. Bu barədə keçən saylarımızda məlumat vermişdik. Hələ ki, aidiyyəti dövlət qurumları tərəfindən əraziyə baxış keçirilməyib və ağacların kəsilməsinə son qoyulmayıb. Əldə etdiyimiz yeni məlumatlara görə, "Planet" şadlıq sarayının yaxınlığında qanunsuz tikinti işləri davam etdirilir: "Həmin ərazinin Mərkəzi Bankın İdarə Heyətinin sədri tərəfindən alındığı, daha doğrusu zəbt edildiyi deyilir. Bir neçə gün əvvəl yüzlərlə ağacın olduğu ərazi daş hasara çəkildi. Bundan sonra ağacları kəsməyə başladılar. Guya deyirlər ki, tikinti aparılan yerdə dövlət əhəmiyyətli obyekt tikiləcək. Belə deyib camaatın etiraz etməsinin qarşısını alırlar. Şadlıq evinin bir addımlığında nə vaxtdan dövlət əhəmiyyətli obyekt tikilib? Bu bir. İkincisi, burda hansısa dövlət idarə və müəssisəsinin inzibati binası tikilsəydi, məlumat lövhəsi qoyulardı. Bu adamlar ya özlərini çox ağıllı hesab edir, ya da vətəndaşları bilərəkdən qıcıqlandırırlar. Hazırda bu hissədə tikinti işləri aparılır, çoxillik ağaclar qırılır. Təəssüf ki, bu özbaşınalığın qarşısını alan yoxdur. Elman Rüstəmov yenidən bank sədri seçiləndən sonra ağacların məhvi daha da sürətləndirilib. Cənab prezident bir neçə gün əvvəl qanunsuz tikililərlə bağlı danışdı. Qeyd etdi ki, ağacları kəsib yerində villa, ticarət obyekti tikmək olmaz. Tikənlər layiqli formada cəzalarını alacaqlar. Məgər, Mərkəzi Bankın rəhbəri bunları eşitmədi?". Araşdırmalar nəticəsində öyrəndik ki, tikinti işlərinə Talıb adlı şəxs rəhbərlik edir. O həm də "Planet" şadlıq sarayının müdiridir. Deyilənə görə, bu şəxs Elman Rüstəmovun yaxın qohumudur, hətta bəzi mənbələr onların qardaş olduğunu söyləyir. Prezident ağacların kəsilməsinə qarşı mübarizə aparır, amma sözügedən məmur yaşıllıqların məhvinə zəmin yaradır. Fikrimizcə, bu kimi işlərdə adı hallandırılan baş bankirlə bağlı müvafiq ölçü götürülməlidir. Əks halda, "Planet"in yaxınlığındakı bütün yaşıllıq sahələri məhv olub gedəcək.
\\ gundelik-baku.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru