Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Qərb və Şimal-Qərb bölgəsində dağ piyada marşrutlarının nişanlanması xidmətlərinin satın alınması üçün elan etdiyi tenderin qalibi bəlli olub.
32gun.az xəbər verir ki, müsabiqənin qalibi “Project 13” MMC olub. Bağlanacaq müqavilənin ümumi dəyəri 142.061,84 AZN təşkil edir.
Bildirək ki, nizamnam kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi ƏHMƏD PAŞAYEV MAHİR OĞLUdur.
Dövlət Turizm Agentliyinə hazırda Fuad Nağıyev rəhbərlik edir.
Qeyd edək ki, bu il martın 4-də Prezident İlham Əliyev tərəfindən ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.