Hövsanda zədələnmiş dövlət bayrağı niyə hələ də ASILI qalır? .....                     Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar .....                     "Oleq Bakinski" məhkəmədən bəraət tələb edir .....                     Zatulini qorxudan Zəngəzur və Turan: .....                     Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR? .....                     AZAL "Uçuş Təhlükəsizliyi Günü" tədbiri keçirib .....                     Ermənistanın Belarus əngəli: .....                     Ağdamı idarə edənlərdən biri vəzifədən çıxarıldı .....                     Putin gözləyir ki, ilk addımı Əliyev atsın... .....                     Yeni sədrin QANUNSUZ əməlləri: SKANDAL MƏLUMATLAR .....                     Daşkəsən icra hakimiyyətində TOTAL TƏMİZLƏMƏ .....                     Niderlanddan Azərbaycana yarım milyon dollar dəyərində heykəl gətirilib .....                     “Azərşin”ASC fəaliyyətini dayandırmışdı, indi də... .....                     Hüseyn Həsənovun evinə BASQIN .....                     Psixoloqdan işgəncəyə məruz qalan uşaqla bağlı ŞOK AÇIQLAMA .....                     Hüseyn Hüseynov görəvdən alındı .....                     “Əli Kərimli böyüdücü güzgü önünə keçərək deyir ki, Azərbaycan hökuməti onun xaricə getməsindən qorxur” .....                     AZCON-da yeni TƏYİNAT .....                     “Silk Way West Airlines” yeni şirkət təsis edib .....                     “Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır” .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Space”ə keçən APARICI: .....                     Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ .....                     Putin müharibəni bitirmir: .....                     Moskva körpüləri yandırmaq istəmir: .....                     “İş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!” .....                     Mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat .....                     14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi .....                     "Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb .....                     Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur .....                     Xanoba kəndində 26 evin təmirinə 1,5 milyon manat ayrıldı .....                     Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yaxşı inkişaf edir .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Netanyahu Makronu İsrailə buraxmayıb .....                     "Biz mübarizə aparırıq" .....                     Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq .....                     Pekində görüş niyə alınmadı? .....                     Bu çayda qəza vəziyyəti yarandı, təmir işlərinə 3 milyon ayrıldı .....                     TALIBOVUN DÖVRÜNDƏ BU DURUMDA DEYİLDİK .....                     Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat .....                 

Azərbaycanla Ermənistan arasında “saat əqrəbləri” bu dəfə Çində tutuşduruldu və... - Rusiyaya “sarı kart” göstərildi
Tarix: Bu gün, 08:49 | Çap et

Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Ağ Evdə imzalanmış tarixi sənədlərin üstündən bir ay, Abu-Dabu görüşündən isə iki ay keçməmiş bu dəfə Çində bir araya gəldilər. “Saat əqrəbləri” indi də bu dövlətdə tutuşduruldu.

Rusiya isə növbəti dəfə “ofsaytda” saxlanıldı. Halbuki 44 günlük Vətən savaşından sonra Əliyev, Paşinyan və Putin il ərzində dəfələrlə üçlü formatda görüşmüş, birgə bəyanatlar (Moskva, Soçi) qəbul etmişdilər.

Şübhə yox ki, Əliyevlə Paşinyanın, Ərdoğanla Paşinyanın Çin danışıqları sülh prosesinə əlavə stimul verəcək. Bu kimi təmaslar, eləcə də Azərbaycan və Ermənistanın 1-ci xanımlarının ilk dəfə görüşərək birgə şəkil çəkdirməsi iki xalq arasında nə qədər çətin də olsa, etimad mühitinin yaranmasına və düşmənçilik səhifəsinin daha tez qapanmasına, barışığın əldə olunmasına yardımçı ola bilər.

Artıq böyük sülhə doğru yolda iki ən ciddi əngəldən biri aradan qalxıb. ATƏT-in Minsk Qrupu rəsmən ləğv olunub. Qalır Ermənistan Konstitusiyasına müvafiq düzəlişi edib paraflanmış sülh müqaviləsini imzalamaq, tərəflər arasında, o cümlədən Ankara və İrəvan arasında diplomatik münasibətlər qurmaq.

Təbii ki, bundan sonra bütün anti-Türk çevrələr və müharibə tərəfdarları, özəlliklə erməni lobbisi və erməni kilsəsi, habelə Ermənistanda Rusiyaya bağlı qüvvələr və rəsmi Kreml bütün güclərini məhz konstitusiya dəyişikliyinə qarşı səfərbər edəcəklər. Çünki bu, onların aranı qarışdırmaq üçün sonuncu rıçağıdır.

Bəs Moskvanın öz günahı üzündən prosesdən kənarda qalması, obrazlı desək, Çində Bakıdan “sarı kart” alması böyük sülhə hansı əngəli yarada bilər? Rusiyanın Ermənistan əhalisini Paşinyana qarşı qaldırmaq potensialı nə dərəcədə ciddidir?

Siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, Rusiyanın müdaxilə imkanları tükənir. Onun fikrincə, sonuncu istinad nöqtəsi üçtərəfli sazişdir, Bakı və İrəvan onun qüvvədən düşdüyünü birgə bəyanatla elan edə bilər. Z.Qarayeva hesab edir ki, Çində üçtərəfli görüşün olmayacağı da gözlənilən idi: “İlk növbədə Azərbaycan-Rusiya münasibətləri pisləşib. İkincisi, belə bir formatda görüşə ehtiyac yox idi, çünki tərəflər sülh mətnini paraflayıblar. Yəni Rusiyanın iştirakı ilə müzakirə ediləcək mövzular yalnız əməkdaşlıq sahələri ola bilərdi. Əgər Moskva Bakı ilə İrəvan arasında hər hansı mövzuda vasitəçilik etməyə həvəslənibsə, buna zərurət qalmayıb. Bu mənada Rusiyanın sonuncu bəhanəsini də əlindən almaq lazımdır. Söhbət 10 noyabr sənədindən gedir. Bu günlərdə Paşinyanın sözlərinə Zaxarova cavab verdi ki, üçtərəfli saziş qüvvədə qalır. İndi buna cavab olaraq hər iki tərəf bəyannamədən çıxdığını bildirməlidirlər. Mənim gözləntim budur ki, belə bir qərar olacaq. Ondan sonra Rusiyanın regiondakı məsələlərə qarışmağa imkanı olmayacaq”.

Z.Qarayeva hesab edir ki, Cənubi Qafqaz yeni dövrə daxil olur və böyük dəyişikliklər olacaq: “Artıq nəqliyyat kommunikasiyalarının açılması qaçılmazdır. Çinin də bu layihələrə böyük marağı var. Belə olan halda, Rusiya köhnə narrativlərlə siyasət yürüdə bilməz. Bölgədə onun qalması üçün yeganə yolu Azərbaycan və Ermənistanla əməkdaşlıqdır. Əgər imperiya zehniyyəti ilə yaşamağa davam etsə, bu ölkələri özündən kiçik görsə, Rusiya təzyiq yolları ilə heç nə edə bilməyəcək”.

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev Rusiyanın Ermənistanda inqilab potensialı olmadığını düşünür. Onun fikrincə, yalnız hərbi çevrilişə əl ata bilər ki, bu da real görünmür: “Ona görə əhalini Paşinyanın üstünə qaldırmaq çətindir. Rusiyanın müxtəlif ssenariləri ola bilər, sadəcə, Ermənistan hakimiyyəti ilə münasibətlər indi əvvəlki qədər gərgin deyil. Hətta Paşinyan Rusiyanı "qardaş ölkə" adlandırdı. Burada Azərbaycan-Rusiya əlaqələrinin korlanmasından sui-istifadə elementi də var. Ancaq bütün hallarda, Bakı və İrəvan əsas məsələləri həll ediblər. Yekun sülh müqaviləsi üçün konstitusiya dəyişikliyi olmalıdır. Məncə, Ermənistan buna da gedəcək. Yəni işi yarımçıq qoymaq olmaz. Bundan sonra Rusiyanın regionda araqarışdıranlıq etməsi üçün bütün alətlər əlindən çıxacaq. Hazırda Moskva proseslərə müdaxilə edə bilmir. Çünki Ukrayna müharibəsi onu strateji cəhətdən xeyli dərəcədə zəiflədib. Bu da ciddi şəkildə təsirlərini göstərməkdədir. Artıq Cənubi Qafqazda Rusiya mövqeyini itirib. Duqin də etiraf etdi ki, bölgədən çıxarılıblar. Ona görə də Çində Azərbaycan və Ermənistan liderləri öz təşəbbüsü ilə görüşdülər, vasitəçiyə ehtiyac qalmadı. Putinin iştirakı ilə üçtərəfli görüşə ehtiyac da yox idi". 

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın 10 noyabr üçtərəfli bəyanat barədə dediklərinə münasibət bildirib. Zaxarova keçirdiyi brifinqdə Paşinyanın bəyanatını “nitq fiquru” adlandırıb. Zaxarova qeyd edib ki, 2020-2022-ci illərin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb, bu barədə sənədlər də mövcud deyil. Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib. Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”. “9 noyabr 9 noyabrda qaldı”, - Paşinyan əlavə edib.

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hövsanda zədələnmiş dövlət bayrağı niyə hələ də ASILI qalır? – Ərazi nümayəndəsindən QALMAQALLI AÇIQLAMA
Bu gün, 17:47
Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar - ŞƏRH
Bu gün, 17:45
"Oleq Bakinski" məhkəmədən bəraət tələb edir
Bu gün, 17:28
Zatulini qorxudan Zəngəzur və Turan: - Rus deputat niyə bu qədər qəzəblidir?
Bu gün, 17:24
Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR? - AKTUAL
Bu gün, 17:21
AZAL "Uçuş Təhlükəsizliyi Günü" tədbiri keçirib - FOTO
Bu gün, 17:19
Ermənistanın Belarus əngəli: - Lukaşenko Paşinyanın təşəbbüs göstərməsini gözləyir
Bu gün, 17:08
Ağdamı idarə edənlərdən biri vəzifədən çıxarıldı - ƏMR
Bu gün, 17:04
Putin gözləyir ki, ilk addımı Əliyev atsın... - AMMA...
Bu gün, 17:02
Yeni sədrin QANUNSUZ əməlləri: SKANDAL MƏLUMATLAR - NƏ BAŞ VERİR?
Bu gün, 16:59
Daşkəsən icra hakimiyyətində TOTAL TƏMİZLƏMƏ - SİYAHI
Bu gün, 16:47
Niderlanddan Azərbaycana yarım milyon dollar dəyərində heykəl gətirilib - TƏFƏRRÜAT
Bu gün, 16:45
“Azərşin”ASC fəaliyyətini dayandırmışdı, indi də... LƏĞV OLUNUR!
Bu gün, 16:44
Hüseyn Həsənovun evinə BASQIN - VİDEO
Bu gün, 16:39
Psixoloqdan işgəncəyə məruz qalan uşaqla bağlı ŞOK AÇIQLAMA - “Həbsdən çıxdıqdan sonra daha ağır cinayətləri törədəcək”
Bu gün, 16:34
Hüseyn Hüseynov görəvdən alındı - SƏRƏNCAM
Bu gün, 16:31
“Əli Kərimli böyüdücü güzgü önünə keçərək deyir ki, Azərbaycan hökuməti onun xaricə getməsindən qorxur” - deputat
Bu gün, 13:08
AZCON-da yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 13:05
“Silk Way West Airlines” yeni şirkət təsis edib
Bu gün, 12:57
“Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır” - FAKT BUDUR!
Bu gün, 12:53
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:50
“Space”ə keçən APARICI: - “Heç kimi bezdirməyəcəyəm”
Bu gün, 12:47
Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ – Pul üçün nələr etdilər?
Bu gün, 12:39
Putin müharibəni bitirmir: - Əsgərlər isə evə qayıtmağı gözləyir
Bu gün, 12:34
Moskva körpüləri yandırmaq istəmir: - Putin o sözlərlə nəyi demək istədi?
Bu gün, 12:31
“İş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!” – Qazax sakini baş prokurora müraciət etdi
Bu gün, 12:27
Mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat - BUNDAN SONRA...
Bu gün, 12:22
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - FOTO
Bu gün, 12:20
"Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb
Bu gün, 12:16
Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur - ŞƏRH
Bu gün, 12:14
Xanoba kəndində 26 evin təmirinə 1,5 milyon manat ayrıldı - DETALLAR
Bu gün, 12:10
Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yaxşı inkişaf edir - Aleksey Overçuk
Bu gün, 12:08
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 11:58
Netanyahu Makronu İsrailə buraxmayıb - “Channel 13” telekanalı
Bu gün, 11:55
"Biz mübarizə aparırıq" - "Şərurulu İsfəndiyar"
Bu gün, 11:48
Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq
Bu gün, 11:43
Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...
Bu gün, 11:40
Bu çayda qəza vəziyyəti yarandı, təmir işlərinə 3 milyon ayrıldı
Bu gün, 11:36
TALIBOVUN DÖVRÜNDƏ BU DURUMDA DEYİLDİK - Naxçıvanda ictimai nəqliyyat problemi
Bu gün, 11:31
Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:23
ŞƏT-də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir? - “Eurasia.net”
Bu gün, 11:21
Tehran yola gəldi: - ”Sülh bəyanatının mətnində…”
Bu gün, 11:17
Azərbaycan əleyhinə təbliğat iflasa uğrayır - deputat
Bu gün, 11:16
Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla tutulub - “Armlur”
Bu gün, 11:13
Kəlbəcərin icra başçısını söyən Qarabağ qazisi 100 manat cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 11:11
Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib
Bu gün, 10:58
Moskva-Bakı gərginliyi yardımları dayandırmayacaq - ÇÜNKİ...
Bu gün, 10:45
"Şikayət edəni də işdən çıxarmaqla hədələyirlər" - Ordubad müəllimlərinin MAAŞ PROBLEMİ
Bu gün, 10:39
Saleh Məmmədov təqaüdə göndərilir - yerinə ŞOK namizəd
Bu gün, 10:33
Dondurulmuş münaqişələr dövrünün sonu: Cənubi Qafqazda yeni reallıq - İNCƏLƏMƏ
Bu gün, 10:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru