Astara İcra Hakimiyyətinin tenderi ləğv edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi mənbələrdə məlumat yayılıb.
Bildirilir ki, müsabiqənin məqsədi Astara rayonunda büdcədənkənar vəsait hesabına rayondaxili yolların əsaslı təmiri işlərini həyata keçirmək olub. Bu niyyətlə Astara İcra Hakimiyyəti 530 min 33 manat pul da yaırıb. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tenderin nəticələrinin qanunvericiliyə uyğun olmadığını üzə çıxarıb. Məlum olub ki, İcra Hakimiyyəti “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin tələbini pozub. Belə ki, sözügedən qurum satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasına baxmayaraq, tenderi tamamlamaq istəyib.
Xatırladaq ki, Astaranın icra başçısı Qəzənfər Ağayevdir. O uzun müddətdir rayona rəhbərlik edir.