AzVision.az xəbər verir ki, İsrailin “Channel 13” telekanalı belə məlumta yayıb. Bundan əvvəl ABŞ BMT Baş Assambleyasında iştirak etmək üçün Fələstin nümayəndələrinə viza verməmək qərarına gəlib. Lakin bu addımı tənqid edən Fransa prezidenti belə yanaşmanı yolverilməz adlandırıb.
“Daimi atəşkəs yaradılmalı, bütün girovlar azad edilməli, Qəzza sakinlərinə irimiqyaslı humanitar yardım göstərilməli və Zolağa beynəlxalq qüvvə göndərilməlidir. Münaqişə həll olunduqdan sonra qrup silahları təhvil verməli və Qəzza zolağına nəzarət üçün orada qalmamalıdır”, - Emmanuel Makron deyib.
Daha sonra Fransa prezidenti İsrailə səfər etmək arzusunu açıqlayıb, lakin Netanyahu bildirib ki, Makron öz mövqeyinə yenidən baxmayana qədər burada xoş qarşılanmayacaq.
Makrona müraciət ünvünlayan Binyamin Netanyahu “Fransada antisemitizmin həyəcan doğuracaq dərəcədə artması və hökumətin buna qarşı mübarizə aparmaması” ilə bağlı narahatlığını bildirib. İsrailin baş naziri, həmçinin Makronu “bu antisemit alovuna yanacaq tökən” Fələstin dövlətinin yaradılmasına çağırdığına görə tənqid edib.
Netanyahuya göndərdiyi cavab məktubunda Fransa prezidenti müstəqil Fələstin dövlətinə çağırışın antisemitizmin artmasına kömək etməyəcəyini söyləyb.
- Fransa prezidenti ABŞ-nin Fələstin administrasiyasının nümayəndələrinə viza verilməsindən çox narahatdır. Əslində, Makron regionda sabitliyi pozmaq yolunu tutub”, - İsrailin Xarici İşlər naziri Gideon Saar, öz növbəsində, bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu sentyabrda BMT Baş Assambleyasında Fələstini tanımaq niyyətini elan edən Fransa prezidenti Emmanuel Makronun ölkəyə buraxılmasına icazə verməyib.