"Mən uşaq deyiləm, 52 yaşım var. Bir dəfə də olsun üzümü gedib dartdırım və ya nəsə başqa bir əməliyyat olmayıb".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində deyib.
"Hələ ki, biolora gediəm, qırışların olmaması üçün alın və gözətrafına botoks etdirirəm. Amma sizə də göstərirəm, özümü bu vəziyyətə salmaram. Bu cür nəyə oxşayaram mən? Sözsüz ki, yaşlanacağıq. Üzümün cizgilərini qətiyyən dəyişə bilmərəm" deyə, aparıcı bildirib.