“Madina Group MM” MMC, özünə məxsus “MADİNA” əmtəə nişanından istifadə də “İNTER OFİS” MMC-ni haqsız rəqabətdə ittiham edib.
"DİA-AZ" xəbər verir ki, şirkət tərəfindən edilən şikayət əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məsələ ilə bağlı araşdırmaya başlayıb. Müraciətdə bildirilir ki, “İNTER OFİS” MMC bazarda "MADİNA" əmtəə nişanından istifadə zamanı rəqabət qanunvericiliyini pozur.
Hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırma davam edir.