“106 min ödəmişəm, yaşamağa evim yoxdur” .....                     "Zaura pul verib efirə çıxım, it kimi mahnı oxutdursunlar?" .....                     Keçmiş direktorun "prava" dələduzluğu .....                     Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib .....                     "Rusiyada çox qorxur və imperiya ambisiyalarını cilovlaya bilmirlər" .....                     "Onları məndən qabaq qəbiristanlığa göndərməyin" .....                     Müəllim yox, dərslik çatışmır: Rus məktəbləri pullu olmalıdır .....                     Makrondan vaxtuzatma oyunları: .....                     Rusiya türk ölkəsinə qarşı da eyni addımı atdı .....                     Ermənistan Rusiyaya xəbərdarlıq etdi .....                     ABŞ-ın Azərbaycan və Ermənistana bağlı planı... .....                     “Expressbank”dan “AccessBank”a transfer .....                     Peterburqda azərbaycanlı iş adamını evinə basqın edib saxladılar .....                     Məhkəmə zalında dəhşətli SPİD etirafı .....                     Rusdilli məktəblərin bağlanması gündəmdə .....                     Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb .....                     Rusiyadan daha bir RƏZALƏT .....                     "İş tapa bilmirəm, ər çörəyi yeyirəm" .....                     Azər Qasımlının məhkəməsindən .....                     Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır? .....                     Paşinyandan GÖZLƏNİLMƏZ ADDIM .....                     Kəbirə Məmmədova klinikasını satdı .....                     Əməkdar artist xəstəxanadan evə buraxıldı .....                     Daha bir ölkədə AZƏRBAYCANLI OVU DAVAM EDİR .....                     Media haqqında qanuna daha bir .....                     Rus bölmələrini bağlayın, Çin bölmələri açın! .....                     Güzəştə getsək, Rusiya daha ağır şərtlərlə üstümüzə gələcək .....                     Paşinyan sülhdən, keşişlər müharibədən danışır .....                     "Bu tur şirkətinə inanıb, aldanmayın..." .....                     İrəvanda XÜSUSİ ƏMƏLİYYAT .....                     Rusiyanın ölkəmizdə 10 minlərlə agenti var .....                     MDB elə, KTMT belə, sırada Aİİ-dir .....                     “Sputnik işi”ndə saxlanılan FTX agenti İqor Kartavıxla bağlı SENSASİON DETALLAR .....                     Rus dilli təhsillə bağlı nazirliyin adından bildirişlər paylanılır .....                     İlham Süleymanov vəzifəsindən azad edildi .....                     Dənizkənarı Bulvar İdarəsinin tenderi ləğv edildi .....                     Azərbaycan təyyarənin vurulması ilə bağlı sübutları necə ələ keçirib? .....                     “Azərpoçt”un əməkdaşı “PostEurope” təşkilatının Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilib .....                     Dəhşətli müharibə başlayır: Rusiya bu ölkələrə hücum edəcək .....                     Yekaterinburqda azərbaycanlı qardaşları öldürənlərlə bağlı .....                 

Rusiyanın müharibə iqtisadiyyatı tənəzzülə uğrayır - AMMA...
Tarix: Bu gün, 07:02 | Çap et

Kremlin maliyyələşdirdiyi, ümid və vədlərlə dolu Rusiyanın illik əsas biznes sərmayəsi tədbirində ölkənin iqtisadiyyat naziri əhval-ruhiyyəni pozub.

"Rəqəmlərə görə, bəli, indi bizdə yavaşlama var", - nazir Maksim Reşetnikov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib. "Mövcud biznes əhval-ruhiyyəsinə əsaslanaraq, mənə elə gəlir ki, biz tənəzzülə keçidin astanasındayıq".

Rusiya Mərkəzi Bankının direktoru də pessimist fikirlərə qoşulub. "Biz iki ildir ki, azad əmək resurslarından istifadə nəticəsində kifayət qədər yüksək templə inkişaf edirik", - Elvira Nabiullina iyunun 19-da keçirilən eyni panel müzakirəsində bildirib. "Amma biz başa düşməliyik ki, bu resursların çoxu artıq tükənib. Biz yeni inkişaf modeli barədə düşünməliyik".

Forum çərçivəsində dövlət bankı "Sberbank"ın rəhbəri Qerman Qrefdən də oxşar açıqlama gəlib: "Hazırda çoxsaylı problemlərlə qarşı-qarşıyayıq və bunu rahatlıqla "ideal fırtına" adlandırmaq olar".

Artıq 40 aydan çoxdur Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinin başlanmasından bəri Rusiya iqtisadiyyatı müharibə vəziyyətindədir. Bu müddət ərzində iqtisadiyyat çox sürətli templə artıb və Qərb ekspertlərinin çoxunun gözləmədiyi şəkildə, sərt sanksiyalara baxmayaraq, dayanıqlılıq nümayiş etdirib. Kreml müharibəni dəstəkləmək üçün ölkə iqtisadiyyatını vəziyyətə uyğunlaşdırıb - silahlar, tanklar, dronlar və hərbi geyimlər istehsal etmək məqsədilə müdafiə sənayesinə böyük vəsaitlər yönəldilib. Müdafiə sənayesində çalışan işçilərin maaşlarına və Ukraynada döyüşməyə təşviq etmək üçün əsgərlərə çox yüksək əməkhaqqı və imtiyazlar verilməsi üçün külli miqdarda pul sərf olunub. Bu, ölkənin bir çox kasıb və uzaq regionlarında yerli iqtisadiyyatlara təsir edib və eyni zamanda müharibəyə dəstək qazandırıb.

Lakin yüksək maaşlar həm də inflyasiyaya təkan verib və Nabiullina bunu aşağı salmaq üçün oktyabrda uçot faiz dərəcəsini 21 faizə qaldırıb. Ölkənin sənaye sektorunun lobbisindən gələn narazılıqlara baxmayaraq, o, inflyasiyanı azaltmaq və iqtisadi artımı yavaşlatmaq məqsədilə mövqeyində qəti qalıb.

Görünən odur ki, bu işləyir və indi Rusiya genişmiqyaslı müharibənin başlanmasından bəri ilk ciddi iqtisadi yavaşlama ilə üz-üzədir.

Finlandiya Bankının İnkişaf etməkdə olan İqtisadiyyatlar üzrə İnstitutunda (BOFIT) tədqiqat rəhbəri İikka Korhonen bildirib: "Məncə, bir çox göstəricilər artımın dayandığını və ya buna yaxın olduğunu göstərir. İstehsalat sahəsində hələ də artım var, amma digər sahələrdə bu müşahidə olunmur".

"İki il ərzində Rusiya iqtisadiyyatı həddindən artıq sürətlənmişdi və normal artım tempindən xeyli yuxarı sürətlə inkişaf edirdi", - Vaşinqtonda yerləşən Avropa Siyasəti Təhlil Mərkəzinin iqtisadiyyat üzrə eksperti Aleksandr Kolyandr deyib. "İndi isə baş verən iqtisadiyyatın öz təbii vəziyyətinə qayıtmasıdır. Hazırda bu, sadəcə bir düzəlişdir – uzunmüddətli artım tempinə geri dönüş".

"Bu mərhələdə hökumətin qarşısında duran əsas problem tam çökmə yox, yumşaq eniş təmin etməkdir", - o bildirib.

Sonra nə olacaq?

Rusiya hökumətinin statistikasına görə, ilin ilk üç ayında Ümumi Daxili Məhsul (ÜDM) 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1.4 faiz artıb. Lakin 2024-cü ilin son altı ayında iqtisadiyyat orta hesabla təxminən 4.4 faiz sürətlə inkişaf edirdi.

Rəsmi proqnozlar indi 2025-ci ildə ÜDM-in təxminən 2 faiz artacağını göstərir. Beynəlxalq Valyuta Fondu isə daha aşağı – 1.5 faiz artım gözləyir.

İşsizlik səviyyəsi təxminən 2.3 faizlə indiyədək ən minimum həddə düşüb. Bu da əslində əmək bazarının nə qədər təhrif olunduğunu göstərir - kişilər Ukraynada döyüşmək üçün mülki işlərdən uzaqlaşdırılırlar.

2025-ci ilin ilk yarısında 10 faizdən yüksək inflyasiya ilə üzləşən Nabiullina dəfələrlə "normadan sürətlə inkişaf edən iqtisadiyyat" barədə xəbərdarlıq edib. İyunun əvvəllərində o, uçot dərəcəsini 20 faizə endirib, amma mütəxəssislər bunu simvolik addım kimi qiymətləndiriblər.

Hökumətə bağlı araşdırma qrupu olan Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin məlumatlarına və proqnozlarına görə, yüksək faiz dərəcəsinin təsiri rəsmi statistikada özünü göstərir.

"Dövlətin iqtisadiyyata davamlı olaraq pul ötürməsinə baxmayaraq, uçot dərəcəsini çox yüksək saxlamaqla onlar iqtisadi ləngiməyə nail ola biliblər", - Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya üzrə proqramının əməkdaşı Mariya Sneqovaya bildirib.

"İqtisadiyyat həqiqətən tənəzzüldədirsə, Kremlin üçün bu vəziyyətin nə qədər dayanıqlı olduğu bəlli deyil. Bu, onların da istədiyi bir şey deyil", - o, iyunun 17-də keçirilən onlayn müzakirədə bildirib. "Ümumilikdə, Rusiya makroiqtisadi komandası kifayət qədər narahat görünür".

Bunun siyasi nəticələrinin nə olacağını proqnozlaşdırmaq çətindir. İndiyədək prezident Vladimir Putin Nabiullina və digər yüksəksəviyyəli iqtisadi rəsmilərə öz dəstəyini verib.

Sankt-Peterburq Forumundakı panel müzakirəsindən bir gün sonra Putin biznes forumda özü çıxış edərək xəbərdarlıq edib. "Bəzi mütəxəssislər, ekspertlər durğunluq və hətta tənəzzül risklərinə işarə edirlər. Təbii ki, buna heç bir şəraitdə icazə verilməməlidir. Bu il bizim ən mühüm vəzifəmiz iqtisadiyyatı balanslaşdırılmış artıma çevirməkdir", - Putin bildirib.

Rusiya iqtisadiyyatının digər sahələri sanksiyalarla sıxışdırıldığı üçün indi Kremlin xəzinəsi əvvəlkindən daha çox neft və qaz gəlirlərindən asılıdır. Lakin ilin əvvəlindən neft qiymətləri düşüb və Maliyyə Nazirliyi 2025-ci il üçün neftdən asılı gəlirlərin proqnozunu aşağı salıb.

"Neft qiymətlərində azalma (və ya) sanksiyaların tətbiqində ciddi artım olmasa və mülki istehsalda ümumi azalma müşahidə etməsək, məncə, yumşaq eniş olacaq", - Kolyandr bildirib.

Balanslaşdırılmış və ya daha yavaş iqtisadi artım iqtisadiyyata təsir edəcək və əməkhaqqı artımını zəiflədəcək. Bu isə həm də ev təsərrüfatlarının büdcələrinə təsir göstərəcək, halbuki rusiyalılar artıq daha yüksək gəlirlərə alışıblar, bu narazılıq yarada bilər.

"Nezavisimaya qazeta"nın yazdığına görə, indi daha çox şirkət və fabriklər işçilərə maaş və əməkhaqqı ödənişlərində gecikir. Getdikcə Rusiyanın daha çox regionunda yeni könüllü əsgərlər üçün xidmətə qəbul bonuslarının azaldılmasına başlanılıb. Bu, yerli səviyyədə iqtisadi şəraitin pisləşməsini əks etdirən tendensiyadır.

Ancaq ölüm və yaralı sayının 1 milyona yaxınlaşmasına baxmayaraq, Putin hələ də müharibəni davam etdirməyə qərarlıdır. Hökumət 2025-ci ildə müdafiə və təhlükəsizlik xərclərinə təxminən 13.1 trilyon rubl (144 milyard dollar) ayırmağı planlaşdırır. Bu, ÜDM-in 6.3 faizinə bərabərdir və Sovet dövründən bəri ən yüksək rəqəmlərdən biridir.

"Təəssüf ki, bəli, bu müharibə iqtisadi səbəblərə görə dayanmayacaq və Rusiya hələ bir müddət indiki səviyyədə (silah) istehsal etməyə davam edə bilər", - Korhonen bildirib.

"Rusiyanın müharibə səylərinə həqiqətən mane ola biləcək yeganə iqtisadi amil neftin qiymətidir", - o əlavə edib.

Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Mayk Ekkel tərəfindən hazırlanıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Bu gün, 16:15
"Zaura pul verib efirə çıxım, it kimi mahnı oxutdursunlar?"
Bu gün, 16:11
Keçmiş direktorun "prava" dələduzluğu - TƏFƏRRÜAT
Bu gün, 16:07
Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
Bu gün, 16:03
"Rusiyada çox qorxur və imperiya ambisiyalarını cilovlaya bilmirlər"
Bu gün, 15:58
"Onları məndən qabaq qəbiristanlığa göndərməyin"
Bu gün, 15:36
Müəllim yox, dərslik çatışmır: Rus məktəbləri pullu olmalıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:28
Makrondan vaxtuzatma oyunları: - Avropanın müharibəni dayandırmağa siyasi gücü yoxdur
Bu gün, 15:26
Rusiya türk ölkəsinə qarşı da eyni addımı atdı – Azərbaycandan cavab gəldi
Bu gün, 15:17
Ermənistan Rusiyaya xəbərdarlıq etdi
Bu gün, 15:11
ABŞ-ın Azərbaycan və Ermənistana bağlı planı...
Bu gün, 15:09
“Expressbank”dan “AccessBank”a transfer - BUNDAN SONRA...
Bu gün, 15:08
Peterburqda azərbaycanlı iş adamını evinə basqın edib saxladılar - VİDEO
Bu gün, 14:57
Məhkəmə zalında dəhşətli SPİD etirafı – Bakıda kuryer tanış olduğu qadınları ölümcül xəstəliyə yoluxdururmuş
Bu gün, 14:51
Rusdilli məktəblərin bağlanması gündəmdə - "Ciddi dövlət nəzarəti olmalıdır"
Bu gün, 14:47
Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb
Bu gün, 14:44
Rusiyadan daha bir RƏZALƏT - Azərbaycanlı ailə deportasiya edildi
Bu gün, 13:15
"İş tapa bilmirəm, ər çörəyi yeyirəm"
Bu gün, 13:12
Azər Qasımlının məhkəməsindən YENİ XƏBƏR
Bu gün, 13:06
Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır? - Bahəddin Həzi yazır...
Bu gün, 13:02
Paşinyandan GÖZLƏNİLMƏZ ADDIM – Gürcüstan ssenarisi Ermənistanda da REALLAŞACAQ?
Bu gün, 12:56
Kəbirə Məmmədova klinikasını satdı
Bu gün, 12:52
Əməkdar artist xəstəxanadan evə buraxıldı
Bu gün, 12:42
Daha bir ölkədə AZƏRBAYCANLI OVU DAVAM EDİR - Rejissorumuz həbs olundu
Bu gün, 12:36
Media haqqında qanuna daha bir ƏLAVƏ
Bu gün, 12:34
Rus bölmələrini bağlayın, Çin bölmələri açın! - Çağırış
Bu gün, 12:23
Güzəştə getsək, Rusiya daha ağır şərtlərlə üstümüzə gələcək - Cəlaloğlu
Bu gün, 12:20
Paşinyan sülhdən, keşişlər müharibədən danışır - NƏ BAŞ VERİR?
Bu gün, 12:14
"Bu tur şirkətinə inanıb, aldanmayın..." - ÇAĞIRIŞ
Bu gün, 12:09
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
Bu gün, 12:03
Rusiyanın ölkəmizdə 10 minlərlə agenti var - Firudin Ağasıoğludan ŞOK İDDİA
Bu gün, 11:59
MDB elə, KTMT belə, sırada Aİİ-dir – Rusiyanın dominant olduğu birliklər çöküşdədir
Bu gün, 11:57
“Sputnik işi”ndə saxlanılan FTX agenti İqor Kartavıxla bağlı SENSASİON DETALLAR – FOTO
Bu gün, 11:46
Rus dilli təhsillə bağlı nazirliyin adından bildirişlər paylanılır - SAXTADIRMI?
Bu gün, 11:42
İlham Süleymanov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:39
Dənizkənarı Bulvar İdarəsinin tenderi ləğv edildi
Bu gün, 11:27
Azərbaycan təyyarənin vurulması ilə bağlı sübutları necə ələ keçirib? - Sabiq nazir şok detalları AÇIQLADI
Bu gün, 11:25
“Azərpoçt”un əməkdaşı “PostEurope” təşkilatının Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 11:23
Dəhşətli müharibə başlayır: Rusiya bu ölkələrə hücum edəcək - Səngərlər qazılır
Bu gün, 11:21
Yekaterinburqda azərbaycanlı qardaşları öldürənlərlə bağlı YENİ FAKTLAR
Bu gün, 11:17
Siyasi intriqalarla məşğul olanlar işdən çıxarılacaq və mühakimə olunacaq - Paşinyan
Bu gün, 11:13
Zaxarovanın KEFLİ AÇIQLAMALARI... - Barı bir dəfə ayıq olsaydı...
Bu gün, 11:10
Bəylər Eyyubovun vəzifədən getməsi… – Sabiq nazir hər şeyi açdı
Bu gün, 11:05
Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:02
Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb - İLGİNC FAKTLAR
Bu gün, 11:00
Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir
Bu gün, 10:50
İlham Əliyev ƏN DOĞRUSUNU EDİR... - BU FAKTDIR!
Bu gün, 10:48
Keçmiş arvadı və qayınanasını bıçaqlayan şəxsə hökm oxundu
Bu gün, 10:40
Naxçıvan səhiyyəsində BÖHRANLI DURUM: adi iynə-dərman belə tapılmır... - Buna görə, ağır xəstələri belə evə buraxırlar...
Bu gün, 10:37
Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur
Bu gün, 10:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru