Aslan Aslanov onu NECƏ ÇİLƏDƏN ÇIXARIBSA... - "Bir gün mənə Vüqar Əliyev zəng edib..."
Tarix: 9-02-2023, 12:15 | Çap et
 Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) keçmiş əməkdaşı Aygün Əliyeva intihar edəcəyini b’yan edib.
DİA.AZ “AzPolitika.info”ya istinadla xəbər verir ki, “Feysbuk” səhifəsində paylaşım edən jurnalist agentliyin keçmiş və indiki rəhbərliyinin, habelə Ali Məhkəmənin ona qarşı təzyiqlərinə görə həyatına qəsd etmək qərarına gəldiyini yazıb. A.Əliyeva Prezident İlham Əliyevə də müraciət ünvanlayaraq üzləşdiyi haqsızlıqları təsvir edib: “Bu, sonuncu postumdur. Bu gecə mənimçün hər şey bitəcək. Amma əvvəlcə deyəcəm. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq müraciətimdir. Bir də belə haqsızlıqlar yaşanmasın deyə. Mən iki ildən çoxdur AZƏRTAC və onun keçmiş rəhbəri Aslan Aslanovla hüquq çərçivəsində mübarizə aparırdım. Ötən il Ali Məhkəmə heç gözləmədiyim halda, heç bir təzyiqə baxmadan əleyhimdə olan qərarları ləğv edib, Apellyasiya Məhkəməsinə göndərmişdi və biz işi bu instansiyada udduq.
Qalibiyyətimizdən az sonra cənab Prezident İlham Əliyev Aslan Aslanovu işdən azad etdi və onun mənə etdiyi şəxsi haqsızlıq daxil bütün paxırlarının üstü açıldı. Aslanov və oğlu Tural Aslanovun məndən aylıq “dolya” istəmələri, sonra Prezident Administrasiyasının adı ilə hədələməsini də bu qanunsuzluqların üstünə əlavə etmək olardı. AZƏRTAC-a yeni rəhbərlik gəldi. Mənim də yaxşı tanıdığım Vüqar Əliyev. Az sonra məlum oldu ki, Aslan Aslanov getmədən qabaq yenidən Ali Məhkəməyə müraciət edərək Apellyasiya Məhkəməsinin qərarını ləğv etməyi xahiş edib.
Bir gün mənə Vüqar Əliyev zəng edib “gəl barışıq edək, mən sənə təzminat vermirəm, işinə də bərpa ermirəm, ancaq sənə verilən haqsız maddəni ləğv edim, sən də get iş tap” deyəndə “axı, mən haqlıyam, sən də bilirsən, niyə mənə bu cür barışığı təklif edirsən” deyə soruşdum. Cavab bu oldu ki, “sən haqlısan davanda, Aslan haqqa girib. Amma mən də onun etdiyinə görə cavab verməli deyiləm, təzminatı da ödəyə bilmərəm, çünki xərcləməli başqa yerlər var” oldu. Mənimsə cavabım bu oldu: Mən ölkəmin Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə inanıram. Onlar bir dəfə səhv hesab edib geri qaytardıqları və bu dəfə düz qərar çıxaran Apellyasiya Məhkəməsinin qərarını ləğv etməyəcəklər.
Amma sən saydığını say. Ali Məhkəmə absurdluğa imza atdı. Ötən il Apellyasiya Məhkəməsinin məni haqsız çıxaran qərarını ləğv edib geri qaytarır. Yenidən keçirilən Apellyasiya Məhkəməsi bu dəfə işi dərindən araşdıraraq 19 bənd üzrə mənı haqlı bilir. Amma Ali Məhkəmə bu qərarı da səhv hesab edib, işi yenidən Apellyasiya Məhkəməsinə göndərir. Sual olunur: bəs hansı qərarı gözləyirsiz, cənab hakim Aqil Abbasov? Üçüncü qərar nə ola bilər?”
A.Əliyeva yazır ki, AZƏRTAC-ın yeni rəhbərliyi sırf uduzub ona təzminat verməsin deyə, Ali Məhkəməyə təzyiq edərək, onun yenidən uduzmasına nail olub. “Dövlətin milyonlarını yeyən Aslan Aslanov getdi, Vüqar Əliyev gəldi, amma dəyişən heç nə olmadı. Haqsızlıq davam edir”, - jurnalist əlavə edib.
“Mənim artıq yaşamağa səbəbim yoxdur. Ana olmaq kifayət deyil, uşaqlarına baxa biləcək ana olmaq lazımdır. Üstəgəl, mənim inamım itib. Yoxdur daha. İnamsız yaşamaq olmur. Mənə bilirsiz nə dedilər? Sən dövlətlə dalaşıb, udacaqdın ki? Yox, mən dövlətlə dalaşmırdım. Mən dövlətin mənim haqqımı bərpa etməsi üçün ali hüquq vasitəsilə haqqımı axtarırdım. Tapdım da. Amma dedilər ki, elə deyil. Aslanovun başladığı bu haqsızlığa davam edəcəyik, çünki o, dövlət adından dalaşıb. Mən bu haqsız maddəyə görə iş tapa bilmirəm. Çünki yenə dövlət bu yazılmamış qaydanı qoyub. Yaşamıma son vermək qərarı aldım. Bunun günahkarı AZƏRTAC-ın rəhbərliyi, onların sözü ilə haqsız qərar verən Ali Məhkəmə hakimləridir”, - Aygün Əliyeva yazıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Dünən, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09 |
|
|
|
|