Bu rayonda təhsilimiz NƏDƏN BÜDRƏYİR?.. - İLGİNC İDDİALAR...
Tarix: 26-01-2023, 11:18 | Çap et
 Ramella Məmmədova hər yerinə əl gəzdirib, təzələyib, bircə atasının adını və diplomunu dəyişə bilmir.. Təhsilimizin səviyyəsi ilə bağlı uzun-uzadı yazmaq üçün təhsil sahəsində ekspert olmağa ehtiyac yoxdur. Hətta sıravi vətəndaşlar da təhsil sahəsində baş verən problemlərdən xəbərdardır. Heç uzağa getməyək, bir neçə gün öncə məktəblərdən birinin qadın müəllimi az qala üsyan elədi. Belə ki, sən demə, məktəbin tualeti yoxdur. Şagirdlər, müəllimlər öz təbii tələbatlarını ödəmək üçün getməyə məkan tapmırlar. Xanım müəllimə, haqlı olaraq uşaqlara müraciət etdi ki, məktəbdə tualet olanadək dərsə gəlməyin. Və bu müraciəti sosial şəbəkədə paylaşdı. Bəlkə də son illər Azərbaycanda bu qədər izlənən xəbər olmamışdı. Və yazılan rəylər də dəhşətli idi. Doğrudan da, vəziyyət gör hara gəlib çatıb ki, məktəbin adi sanitar qovşağı, tualeti, el dilində desək subaşısı yoxdur. Bu etirazdan sonra nə baş verdi..? Müəlliməyə töhmət verdilər. Və sonra Elm və Təhsil Nazirliyinin rəhbərliyi həmin rayondakı məktəbə gedərək söz verdilər ki, yaxın zamanda məktəbdə tualet tikiləcək. Görəsən, yaxın zaman deyəndə Təhsil Nazilriyi hansı vaxtı nəzərdə tuturdu..? Yaxşı, o vaxtadək bu uşaqlar və müəllim heyyəti özlərini rahatlamaq üçün hara getsin, bəs yazıq müəllimlər neyləsin..? Kişi müəllimlər harasa, divarın dibinə-zadına nəsə…bəs qadın müəllimlər..? Bunu yazmaqda məqsədimiz odur ki, Azərbaycan təhsili, ölkə məktəbləri bərbad, biabırçı durumdadır..? Onda sual olunur ki, bəs dövlətin məktəblərə ayırdığı milyonlar kimlərin cibinə gedir..? Bir tualet tikdirmək bu qədərmi bahadır..? Nə isə, əsas və konkret mövzumuzdan yayınmayaq. Söhbət Füzuli təhsilindən, daha doğrusu, Füzuli Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovadan gedir. Yeri gəlmişkən, Ramella Məmmədovadan öncə Füzuli Təhsil Şöbəsində 400 min manatlıq yeyinti olmuşdu, ona görə sabiq müdir vəzifəsindən uzaqlaşdırıldı və onu Ramella Məmmədova əvəz elədi. Hamı düşünürdü ki, yəqin ki, Füzuli təhsilində müsbət dəyişikliklər olacaq. Amma atalar demiş, sən saydığını say, gör, Ramella nə sayır… Ramella hər şeydən öncə məktəblərin həyətyanı sahəsində otlayan qoyunları, quzuları, inəkləri, danaları və s sayır. Oxucular düşünə bilər ki, biz zarafat edirik, məgər məktəb örüş yeridir..? Bəli, biz əbəs yerə yazmadıq. Ramella Məmmədova üçün məktəb təkcə örüş sahəsi deyil, həm də, rüşvət və korrupsiya bostanıdır. Belə ki, Ramella Məmmədovanın tabeçiliyində olan məktəb sahələrində qoyun-quzu, inək-buzov sürüsü otlayır. Və Ramella da bunun əvəzində hər ay məktəb direktorlarından pul alır. Həə, az qala onu unutmuşduq. Ki, Ramella müdir olan kimi açıq şəkildə deyib ki, qohumum 200 min manat verib məni bu vəzifəyə gətirib, mən pulumu tez bir zamanda çıxartmalıyam. Bəli, Ramellanın tabeçiliyində olan bəzi məktəblərdə tualet yoxdur. Ramella məktəb direktorlarına deyib ki, məktəbdə pullu tualet tikdirin, gündə bir dəfə getmək pulsuz, iknci dəfə pullu olsun, yəni limit qoyun. İndi gördünüzmü, Ramella Məmmədova qohumunun verdiyi 200 min manatı necə çıxartmaq istəyir..? Ramellanın tabeçiliyində olan 82 məktəbdən uzun-uzadı bəhs etmək istəmirik. Çünki çox vaxt aparar. Bizdən əvvəl Azərbaycan mediasında yuxarıda qeyd olunanları və indiki fikirləri, yəni Ramella Məmmədovanın məktəb direktorlarından hər ay yığdığı pul, satdığı idman avadanlıqları, keçirdiyi saxta tenderlər, aldığı “otkat” barədə yazılıb. Keçək konkret olaraq Ramella Məmmədovanın diplom məsələsinə. Bəli, barəsində bu qədər yazılmasına baxmayaraq Ramella Məmmədova bu günədək nə üçün diplomunu çıxardıb ortaya qoymur ki, bilək ki, onun diplomunun rəngi necədir..? Biz hətta Füzuli Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Alı müəllimə də deyirik ki, Ramellanı çağırın diplomunu bircə dəfə göstərsin və məsələ bitsin. Ramella Məmədovanın ən həssas yerlərindən biri də atasının adıdır. Media qurumları nə qədər təkid eləsə də Ramella Məmmədova atasının həqiqi adını demək istəmir. Biz hətta Ramella xanıma Şaumyanı gordan-gora gəzsin, Şaumyanın goruna mıx çalaq, Şaumyanın goruna and vermişdik ki, bəlkə atasının adını açıqlaya… Oxucular düşünə bilər ki, erməni Şaumyanın Ramellaya nə dəxli ola bilər..? Ağlınıza qara-qura fikirlər gəlməsin. Sadəcə, Ramella Məmmədova cavan çağlarında Şaumyan sevdalısı olub. İndi nə qədər qocalsa da, hər gecə yuxuda Şaumyanı görür. Yuxunun yozması sizdən, hörmətli oxucular. //gundelik-baku.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma...
Bu gün, 18:15 |
|
|
|
• Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Bu gün, 18:09 |
|
|
|
• Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Bu gün, 18:06 |
|
|
|
• ABŞ Xameneini buna görə qoruyur – İranın Ali rəhbəri ilə bağlı müəmma
Bu gün, 18:04 |
|
|
|
• Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 18:01 |
|
|
|
• Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb - İLGİNC
Bu gün, 17:59 |
|
|
|
• "Sən demə, əri fanatımdır"
Bu gün, 17:57 |
|
|
|
• "Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ
Bu gün, 17:55 |
|
|
|
• Sabunçunun yeni prokuroru o oldu - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq – Paşinyandan AÇIQ ETİRAF
Bu gün, 17:52 |
|
|
|
• Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir - "Ayaq əzələsini göz qapağına yerləşdirib"
Bu gün, 17:50 |
|
|
|
• 2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Bu gün, 17:21 |
|
|
|
• “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:17 |
|
|
|
• Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Bu gün, 17:16 |
|
|
|
• Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Bu gün, 17:14 |
|
|
|
• Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Bu gün, 17:08 |
|
|
|
• Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Bu gün, 17:05 |
|
|
|
• "Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Bu gün, 16:59 |
|
|
|
• Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Bu gün, 16:47 |
|
|
|
• İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Bu gün, 16:44 |
|
|
|
• Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Bu gün, 16:42 |
|
|
|
• “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Bu gün, 16:28 |
|
|
|
• Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Bu gün, 15:57 |
|
|
|
• Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Bu gün, 15:55 |
|
|
|
• “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Bu gün, 15:51 |
|
|
|
• Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Bu gün, 15:50 |
|
|
|
• ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Bu gün, 13:17 |
|
|
|
• İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Bu gün, 13:15 |
|
|
|
• Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Bu gün, 13:07 |
|
|
|
• Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Bu gün, 13:01 |
|
|
|
• 102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Bu gün, 12:59 |
|
|
|
• “Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Bu gün, 12:56 |
|
|
|
• Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Bu gün, 12:49 |
|
|
|
• Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Bu gün, 12:47 |
|
|
|
• “Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Bu gün, 12:43 |
|
|
|
• Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - keçmiş deputat BELƏ DEYİR...
Bu gün, 12:41 |
|
|
|
• Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Bu gün, 12:30 |
|
|
|
• Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 12:26 |
|
|
|
• Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• İranda internet tamamilə kəsildi - İSRAİLƏ GÖRƏ...
Bu gün, 12:23 |
|
|
|
• Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb
Bu gün, 12:17 |
|
|
|
• Adil Vəliyev nəyi vecinə alır ki... - Neft borusunun üstünü də satıb...
Bu gün, 12:16 |
|
|
|
• Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? - “Onsuz da mərc oyunları var”
Bu gün, 12:11 |
|
|
|
• Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Bu gün, 12:08 |
|
|
|
• SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib - IRNA
Bu gün, 12:06 |
|
|
|
• Kimi sağ çıxdı, kimi yox... - Ölkəyə səs salan qətllər
Bu gün, 11:59 |
|
|
|
• Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... - FOTOLAR
Bu gün, 11:56 |
|
|
|
• Paşinyan Türkiyəyə niyə gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53 |
|
|
|
• "Hafka" villalarını satdı: Kirayədə qalır - BU DA SON...
Bu gün, 11:51 |
|
|
|
|