Azercell “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqinə hazırdır
Tarix: 16-03-2021, 10:15 | Çap et
 DİA.AZ: - Prezidenti İlham Əliyevin verdiyi tapşırığa əsasən azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasına əsaslanmalı, dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunmalıdır. Bu konsepsiya ilə bağlı “Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində müxtəlif həllərdə istifadə ediləcək qurğuların internet bağlantılarının təmin olunması üçün lazım olan şəbəkə infrastrukturunu ilk olaraq sınaqlar həyata keçirərək hazır vəziyyətə gətirən Azercell şirkəti olub.
DİA.AZ xəbər verir ki, yeni texnologiyaların tətbiqi ilə istifadəçilərinin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyən Azercell Telekom В«Ağıllı şəhərВ» və "Ağıllı kənd" layihələrində iştirakı ilə də bu məqsədə xidmət edəcək. Qeyd olunan konsepsiyanın infrastrukturu yüksək texnologiyalar əsasında qurulur və bu layihələrdəki xidmətlərin çalışmasında istifadə edilən qurğuların bir qismi Azercell-in hal-hazırkı 2G/3G/LTE şəbəkəsi üzərindən fəaliyyət göstərə bilər, lakin bəzi həllərdə az enerji tələbatı olan (məsələn, kiçik batareyalarla çalışan) xüsusi sensor və qurğuların (məsələn, su/qaz sayğacı, kənd təsərrüfatında istifadə edilən sensorlar və s.) istifadəsi ilə rəqəmsal məlumatların mərkəzi sistemə ötürülməsi lazım gəlir. Mobil operatorlar bu tipli sensor və qurğuları dəstəkləmək üçün LTE şəbəkəsində “az enerji tələbatlı şəbəkə” funksiyasını (NB-IoT – Narrow-Band Internet of Things) təklif edir. Azercell Telekom da bu imkanı şəbəkəsinə tətbiq edərək lazımi sınaq testlərini keçirərək, abunəçilərinə xidmət və əməkdaşlığa hazır vəziyyətə gətirmişdir.
Bu gurğulara dünyada geniş tətbiq edilən aşağıdakı cihazları misal çəkmək olar:
Qapı sensorları - bəzən maqnit sensorlar və ya giriş sensorları olaraq da adlandırılır. Bu sensorlar izləmə sistemlərində bir qapının açıq olub-olmadığını bildirən və ya təhlükəsizlik sistemlərini daha da təkminləşdirilməsində və yüksək keyfiyyətinin təmin olunmasında əhəmiyyətli rol oynayan cihazlardır.
Su və ya yanacaq səviyyəsini ölçən sensorlar - açıq və ya yeraltı rezervuarlar üçün xüsusilə uyğundur. Çənin üst hissəsi ilə su və ya yanacaq səviyyəsi arasındakı maye səviyyəsini ölçməyə imkan verir.
Qaz sensoru - az enerji sərfiyyatı tələb edən qaz sensorları qaz aşkarlama sistemi, sızıntını aşkar etmək və istifadəçini sızıntının qarşısını almaq üçün xəbərdar etmək üçün istifadə olunur.
Dayanacaq yerlərini, ayrılmış yerlərin doluluğuna nəzarət etməyə imkan verən “ağıllı” park sensoru.
“Ağıllı” izləyici sensor - IoT-a əsaslanan texnoloji həllər vasitəsilə malların və istehsal aktivlərinin izlənməsi, xərclərin azalması və qənaət baxımından şirkətlər üçün çox əlverişlidir.
Yalnız dolmuş tullantı qutularının toplanmasına və nəticədə real vaxt monitorinqi və daha əlverişli marşrut planlamağa şərait yaradan "ağıllı" tullantı qutuları sensoru.
В«Ağıllı şəhərВ» və "Ağıllı kənd"də enerji resurslarından daha səmərəli istifadə olunduğundan proseslərin ətraf mühitə və insan sağlamlığına verdiyi mənfi təsir minimuma endirilir. Bu sistemlərin əsas ideyası inzibati ərazilərin bütün mümkün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdir. Müxtəlif elektronik və rəqəmsal metodlardan, sensorlardan istifadə olunaraq toplanılmış məlumatlardan istifadə edərək aktivlərin və resursların səmərəli istifadəsi təşkil olunur.
В«Ağıllı şəhərВ» və "Ağıllı kənd" konsepsiyası özünün müxtəlif üstünlükləri və müsbət cəhətləri sayəsində gələcəkdə sözsüz ki, meqapolislərin, habelə orta və kiçik şəhərlərin ayrılmaz hissəsinə çevriləcəkdir. “Ağıllı” sistemlərin tətbiqi ekologiya mühitinin yaxşılaşdırması, vaxta qənaət, təhlükəsizlik xərclərin azalması, ümumiyyətlə şəhərin daha effektiv fəaliyyəti, kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı, yüksək məhsuldarlıq deməkdir.
Azercell gələcək texnologiyalar dünyasında istifadəçilərinin bələdçisi olaraq müasir zamanda IoT (Əşyaların İnterneti) tərəfindən təqdim olunan məhdudiyyətsiz imkanlar və telekommunikasiya texnologiyaları vasitəsilə onlara daha rahat, “ağıllı” mühitdə işləmək və yaşamaq imkanı açır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Dünən, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17 |
|
|
|
|