Təhsil sisteminin əndrəbadi işləri... - İDDİA
Tarix: 16-09-2016, 10:55 | Çap et
 Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulduqdan sonra bu təhsil müəssisəsinin başına gətirilən İradə Nəriman qızı Səfərova üzləşdiyi əngəlləri dəf etmək, eləcə də direktoru olduğu təhsil müəssisəsinin kollektivini özünün tətbiq etdiyi В«qaydaВ»lara əməl etməyə vadar etmək məqsədilə təhsil naziri Mikayıl Cabbarovun adından istifadə edir. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, İradə Səfərova bu yolla müəllim və tələbələrə hədə-qorxu gəlməyə, onları basqı altında saxlamağa çalışır. Bir müddət əvvəl Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Bakı Kompüter Kollecində əməliyyat-istintaq tədbirlərinin həyata keçirdiklərini və həmin vaxt İradə Səfərovanın direktoru olduğu təhsil müəssisəsinin proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verdiyinə görə həbs olunduğunu xatırladan mənbə bildirir ki, adıçəkilən şəxs direktorla yaxın qohumluq əlaqələrinə malikdir: В«Deyilənlərə görə, məhz rüşvət üstündə həbs olunmuş Ələddin Səfərov İradə Səfərovanın yaxın qohumu olub. Elə bu səbəbdən də kollec direktoru Ələddin Səfərovun azadlığa çıxmasından ötrü bütün gücünü səfərbər edib, əlaqələrini işə salıb və ən sonda məqsədini reallaşdırmağı bacarıb. Belə ki, həmin hadisədən bir müddət sonra rüşvət üstündə həbs olunan Ələddin Səfərov müəmmalı şəkildə əzadlığa buraxıldıВ». İradə Səfərovanın əlində olan imkanlardan yararlanaraq şəxsi maraqlarını təmin etməyə, gəlirlərini artırmağa çalışdığını iddia edən məlumatlı şəxs qeyd edir ki, bu gün o, Bakı İdarəetmə və Texnologiya Kollecində xoşagəlməz ab-havanın yaranmasına səbəb olub: В«Deyilənlərə görə, İradə Səfərova Bakı Kompüter Kollecinin direktoru olduğu dönəmlərdə adıçəkilən təhsil müəssisəsində rüşvəti məhz bu əməlinə görə həbs olunan proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərovun əli ilə yığıb. İndi isə Bakı İdarəetmə və Texnologiya Kollecində bui şi tamam başqa şəxslər həyata keçirir. Bu arada, Bakı İdarəetmə və Texnologiya Kollecindən söz düşmüşkən nəzərinizə çatdırım ki, 1957-ci ildə Qazax rayonunda ziyalı ailəsində dünyaya göz açan, 1981-ci ildə Bakı Sənaye Texnikumunu, 1988-ci ildə isə Tümen Dövlət Universitetini bitirən Firudin Mədət oğlu Orucov uzun müddət həmin təhsil müəssisəsində direktor müavini vəzifəsində çalışıb. Məlumat üçün bildirim ki, Firudin Orucov bir çox qəzetlərdə müxbir, məsul katib, redaktor müavini və redaktor vəzifələrində çalışıb. 2007-ci ildə onun “Təkcə səni sevirəm”, 2009-cu ildə isə “Yuxuma gəl” kitabları nəşr olunub. Bu kitablarda dövrümüzün ictimai-siyasi həyatını əks etdirən şeirləri ilə yanaşı, sevgi və məhəbbətə həsr olunan şeiri, hekayə,oçerk və publisistik yazıları toplanıb. Yaradıcılıq fəaliyyətinə görə Firudin Orucov “Avropa Nəşr Mətbu Evi”nin qızıl medalına layiq görülüb. Bir sözlə, mülayim rəftarı və xoş ünsiyyəti ilə tanınan Firudin Orucovu hansı tələbədən soruşsaq, nurani bir simaya sahib, ağ saçlı, ətrafındakılara diqqət və mehribanlıqla yanaşan bir insan portreti yaradacaqlar. Qeyd etdiyim kimi, məhz bu şəxs uzun müddət Bakı İdarəetmə və Texnologiya Kollecinin direktor müavini vəzifçsində çalışıb. İradə Səfərovanın əlişinə qədər isə o, adıçəkilən təhsil müəssisəsinin direktoru vəzifəsini layiqincə icra edib və buna görə də həm kollektiv, həm də tələbələr ondan razılıq ediblər. Deyilənlərə görə, Firudin Orucov İradə Səfərovanın gəlişinə qədər Bakı İdarəetmə və Texnologiya Kollecinin direktorunun kabinetində otursa da, sonda onu yox, məhz Bakı Kompüter Kollecinin direktorunu bu vəzifəyə təsdiq ediblər. Yəni rüşvətlə həbs olunan şöbə müdiri Ələddin Səfərovun direktorunu yenidən vəzifəyə gətiriblər. Halbuki Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinə ən real namizəd məhz Firudin Orucov idi. Görünür, İradə Səfərovanın himayədarları bu məsələyə müdaxilə etdikdən sonra prosesi onun xeyrinə nəticələndiriblərВ». Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Dünən, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41 |
|
|
|
|