İran malları bahalaşdı .....                     İranın xarici işlər naziri Moskvaya səfər edib .....                     İranda “Mossad”la əlaqəli casus saxlanıldı .....                     Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb .....                     "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" .....                     ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi .....                     ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub .....                     İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib .....                     Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                     Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? .....                     Paşinyanın ERKƏN BANI .....                     Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                 

Azərbaycan Dərbəndi tələb etməlidir - ÇAĞIRIŞ
Tarix: 29-08-2023, 12:58 | Çap et
Azərbaycan Dərbəndi tələb etməlidir
“Birinci Dünya Müharibəsindən sonra iki böyük dövlətin - Osmanlı və Avstriya-Macarıstan imperiyalarının tarixin səhnəsindən silinməsində, onların yerində etnomilli əsasda müstəqil dövlətlərin yaranmasında, o zaman ABŞ prezidenti olan Tomas Vudro Vilsonun irəli sürdüyü 14 bənddən ibarət “Sülh şərtləri” mühüm rol oynadı. ABŞ-ın böyük dövlət kimi dünya səhnəsinə ilk çıxışı olan bu sənədin 10-cu bəndində deyilirdi ki, Avstriya-Macarıstan xalqları müstəqil inkişaf üçün ən geniş imkanlardan istifadə etməlidirlər. Həmin sənədin 12-ci bəndində isə qeyd olunurdu ki, Osmanlı imperiyasının türk hissələri indiki tərkibində təminatlı və davamlı suverenlik əldə etməli, lakin indi türklərin hakimiyyəti altında olan digər millətlər birmənalı olaraq mövcudluq təminatı və müstəqil inkişaf üçün tamamilə toxunulmazlıq almalıdırlar”.

DİA.AZ reyting.az-a istinadla xəbər verir ki, bunu politoloq Xəqani Cəfərli bildirib.

X. Cəfərli qeyd edib ki, prezident Vilsona Nobel Sülh Mükafatı qazandıran bu təşəbbüs ilə Osmanlı və Avstriya-Macarıstan imperiyaları tarixə qovuşub. Çünki Vilsonun “Sülh şərtləri” dövrünün iki böyük imperiyasının ərazisində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınmasını şərtləndirmişdi.

Rusiyanın parçalanması zərurətə çevrilir

Politoloqun fikrincə, 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı əsassız və genişmiqyaslı hücumu iki dəfə formasını dəyişsə də, mahiyyətini saxlaya bilmiş Rusiya imperiyasının müstəmləkəsizləşdirmə (Dekolonizasiya) zərurətini meydana çıxarıb. Yəni Post-Rusiya Azad Xalqlarının Forumunun yaranması və uğurlu fəaliyyəti bu zərurətin nəticəsidir.

X. Cəfərli xatırladıb ki, Post-Rusiya Azad Xalqlarının Forumunun birinci konfransı 8-9 may 2022-ci ildə Varşavada (Polşa), ikinci konfransı 22-24 iyul 2022-ci ildə Praqada (Çexiya), üçüncü konfransı 23-25 sentyabr 2022-ci ildə Qdanskda (Polşa), dördüncü konfransı 7-11 dekabr 2022-ci ildə Helsinqborqda (İsveç), beşinci konfransı 31 yanvar 2023-cü ildə Brüsseldə (Belçika) Avropa Parlamentinin binasında, altıncı konfransı 25-28 aprel 2023-cü ildə ABŞ-ın üç əsas siyasi mərkəzində - Vaşinqton, Nyu-York və Filadelfiyada, yeddinci konfransı 7 avqust 2023-cü ildə Tokioda (Yaponiya) keçirilib.

Politoloq xatırladıb ki, Rusiyanın dekolonizasiyasını məqsəd elan edən Post-Rusiya Azad Xalqlarının Forumunun konfranslarının Şərqi Avropadan Uzaq Şərqədək geniş bir çoğrafiyada, dünyanın əsas siyasi mərkəzləri olan Brüssel və Vaşqintonda keçirilməsi bu prosesin beynəlxalq ictimai rəydə legitimləşdirilməsinə, eləcə də dünyanı bu prosesə hazırlamağa xidmət edir:

“Bu mənada Post-Rusiya Azad Xalqlarının Forumunun fəaliyyətini prezident Vilsonun 14 bənddən ibarət “Sülh şərtləri” ilə müqayisə etmək olar.

Post-Rusiya Azad Xalqlarının Forumunun Avropa, ABŞ və Yaponiyada keçirdiyi konfranslarda tədbirlərə ev sahibliyi edən ölkələrin siyasi və rəsmi dairələrinin iştirakı Rusiya əsarətindəki xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması baxımından tarixi hadisədir. Forumda təmsil olunan milli hərəkatlar Rusiyanın 41 dövlətə bölünməsini hədəfləyirlər”.

Rusiya 100 yerə bölünə bilər

X. Cəfərli əlavə edib ki, Rusiyanın neçə dövlətə bölünəcəyini heç kim dəqiq proqnozlaşdıra bilməz:

“ABŞ Dövlət katibinin keçmiş müşaviri Pol Qobl hesab edir ki, Rusiya 41 deyil, 100 yerə bölünə bilər. Bu çox doğru yanaşmadır. Amma informasiya əsrində Rusiyada baş verə biləcək prosesləri əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Əsrlərlə Rusiyanın müstəmləkə siyasətinin qurbanı olan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması ilə yanaşı, Moskvanın işğalı altında olan qədim Azərbaycan torpaqlarının azad olunma ehtimalını qaçılmaz edən başqa bir proses də gedir. Bu da öz müqəddəratını təyin etmiş, milli dövlətçiliklərini qurmuş xalqların Rusiyaya qarşı ərazi iddialarının kütləviləşməsi və legitimləşməsidir.

Bir neçə il öncə Estoniyanın Mühafizəkar Xalq Partiyasının (Eesti Konservatiivne Rahvaerakond) qurucusu, keçmiş diplomat Marta Helmen Estoniya ərazisinin 5.2 faizinin Rusiyanın işğalında olduğunu bəyan edəndə bu fikir Tallində çox dəstək qazanmırdı. Ancaq indi Tallinin siyasi dairələrində Rusiyadan torpaq tələb edilməsinin tərəfdarları artır. Buna görə də, Estoniyada ictimai-siyasi xadimlər Tartu Sülh Müqaviləsi ilə Estoniyaya məxsus olan, yalnız 1940-cı il işğalından sonra Rusiyanın tərkibinə qatılan tarixi torpaqlarının geri qaytarılması üçün mübarizəyə başlayıblar.

Estoniya NATO-ya qəbulu üçün Rusiyaya qarşı ərazi iddialarından imtina etmişdi. Ancaq indi Tallində anlayırlar ki, İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni dağılıb. Bu isə o deməkdir ki, Estoniyanın tarixi torpaqlarının Rusiyaya verilməsini legitimləşdirən beynəlxalq münasibətlər dağılıb və itirilmiş torpaqların tələb edilməsi üçün əlverişli geosiyasi vəziyyət yaranıb.

Rusiyaya qarşı ərazi iddiaları…

Estoniya ilə yanaşı Finlandiyada da İkinci Dünya Müharibəsi nəticəsində itirilmiş ərazilərin geri qaytarılmasını tələb edən çağırışlar güclənib. Finlandiya Rusiyaya qarşı ərazi iddiası olmadığını keçmişdə dəfələrlə bildirsə də, Rusiyanın Ukraynada üzləşdiyi uğursuzluq Finlandiya cəmiyyətində itirilmiş torpaqlarla bağlı mövqeyi dəyişməkdədir. Söhbət, 10 fevral 1947-ci il tarixli Sovet-Fin sülh müqaviləsinə əsasən Rusiyanın tərkibinə daxil edilən Qərbi Kareliyadan gedir. Son zamanlara kimi bu torpaqların Finlandiyaya qaytarılması qeyri-real görünürdü. Ona görə də Finlandiyada “Şərq torpaqları” məsələsi aktual deyildi. Ancaq Ukraynada üzləşdiyi hərbi-siyasi uğursuzluqdan sonra Rusiyanın dekolonizasiyasının gündəmə gəlməsi Finlandiyada itirilmiş torpaqları geri qaytarmaq üçün tarixi şəraitin yarandığı qəanətini formalaşdırıb. Bu qənaəti gücləndirən digər məqam Kareliyada anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsidir. Vəziyyət elə həddə çatıb ki, Rusiya xüsusi xidmət orqanları Kareliyada separatçı əhval-ruhiyyənin gücləndiyi haqqında həyəcan təbili çalırlar. Kareliyanın müstəqilliyi uğrunda mübarizə aparan Kareliya Milli Hərəkatı Leninqrad vilayətinin bir hissəsinə iddialıdır”.

X. Cəfərli qeyd edib ki, Estoniya və Finlandiaya ilə yanaşı Litvada da Rusiyaya qarşı ərazi iddiaları səslənir:

“Litva parlamentinin deputatı Matas Maldeykis 1634-cü ildə bağlanmış Polyanovski sülh müqaviləsini ləğv etməyi və həmin sazişə əsasən Moskvaya verilən ərazilərin Rusiyadan tələb olunmasını təklif edib. Deputat Matas Maldeykis parlamentdə səsləndirdiyi bu təklifi ilə bağlı sosial şəbəkdə paylaşımını bu sözlərlə bitirib: “Smolensk Litvadır!”

Ərazi iddiaları daha çox Şərqdə səslənir

X. Cəfərlinin fikrincə, Rusiya parçalanacağı halda ən böyük ərazi iddiası olan ölkələr Qərbdə deyil, Şərqdədir:

“Çin Xalq Respublikası yaradıldıqdan dərhal sonra Pekin Moskvadan tarixi torpaqlarını tələb etməyə başlayıb. Çinin ilk kommunist lideri Mao Tszedun 1949-cu ildə Moskvaya səfəri zamanı Sovet İttifaqının rəhbərliyi ilə apardığı danışıqlarda tarixi torpaqların Çinə qaytarılmasını müzakirə etmiş, ancaq rədd cavabı almışdı. Həmin zamandan başlayaraq Çində tarixi torpaqlarla bağlı müzakirə səngimir. Çinin iddia etdiyi ərazilər isə 500 min kvadrat kilometrdən iki milyon kavdrat kilometrə qədərdir.

Çin dövlət başçısı Si Cinpin 2014-cü ildə Berlinə səfər edərkən, o zaman Almaniya kansleri olan Angela Merkelin hörmətli qonağa çox diqqətçəkən bir xəritə hədiyyə etmişdi. Bu, 1735-ci ildə Almaniyada tərtib edilmiş “Çinin ilk dəqiq xəritəsi” idi. Həmin xəritədə Rusiyanın indiki əraziləri olan Uzaq Şərq, Tuva, Amur, Sibir və Cənubi Çin dənizi bütün adaları ilə birlikdə Çin dövlətinin sərhədləri daxilindədir.

Angela Merkelin bu hədiyyəsi ilə bağlı o zaman Çin mətbuatında yazırdılar:

“Bu, dərin məna daşıyan qiymətli hədiyyədir! Bu xəritədə ehtiyacımız olan hər şey var”.

Çinin sosial şəbəkələrində isə çinlilər fikirlərini daha açıq ifadə edərək yazırdılar:

“Rəhbərlərimiz bu xəritəyə diqqətlə baxsınlar və indiki ilə müqayisə etsinlər. Ölkəmiz nə qədər kiçildi! Onlar bundan utanmırlarmı?”

X. Cəfərli xatırladıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin il dönümü ərəfəsində, bu ilin fevralında Çinin Təbii Sərvətlər Nazirliyi çox maraqlı bir addım ataraq Rusiyanın Uzaq Şərqdəki şəhərlərinin və ərazilərinin adlarını dəyişib. Həmin şəhər və ərazilərin rus adlarının yerinə Çin adlarının işlənməsinə qərar verilib. Həmin qərardan sonra Vladivostok yenidən Hayşenvay, Xabarovsk - Boli, Saxalin adası - Kuedao, Ussuriysk -Şuançenzi, Blaqoveşensk - Hailanpao, Nerçinsk - Nibuçu, Nikolaevsk-na-Amure - Miaojie, Stanovoy dağ silsiləsi Vaixing Anlinq adlanır. Bu hadisə Çinin Rusiyaya rəsmən ərazi iddiası olmasa da, prosesin başlanğacıdır.

X. Cəfərli qeyd edib ki, Çinlə yanaşı Monqolustanda da Rusiyanın böyük ərazilərinə iddialar var:

“Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorjdan Ukraynaya qarşı müharibədə iştirak etmək istəməyən tuvanlara, buryatlara və kalmıklara yönəlik ingilis dilində etdiyi müraciətdə “Buryat monqolları”, “Tuva monqolları” və “Kalmık monqolları” ifadələrini işlətmişdi. Aydın görünür ki, 2009-2017-ci illər arasında Monqolustana rəhbərlik etmiş Saxiaqiyn Elbeqdorjdan Buryatiya, Tuva və Kalmukiyanın əhalisini monqol hesab edir. Ulan Batorda bu üç respublikanın Rusiyadan ayrılaraq Monqolustana birləşməsinin və ya müstəqil dövlət kimi fəaliyyət göstərməsinin tərəfdarları da artmaqdadır. Monqolustanda belə fikirlər güclənir ki, Ukraynanın qələbəsi bu istəyi gerçəkləşdirə bilər. Keçmiş prezident Saxiaqiyn Elbeqdorjdanın Rusiyanın işğalına qarşı göstərdikləri cəsarətə görə Ukrayna xalqına və prezident Vladimir Zelenskiyə təşəkkür etməsi də bununla bağlıdır”.

Vəziyyət kəskin şəkildə dəyişir

Politoloq bildirib ki, Rusiyanın Ukraynada məruz qaldığı hərbi-siyasi uğursuzluq Yaponiyanın da Kuril adaları ilə bağlı mövqeyində dəyişikliyə səbəb olub:

“Yaponiya hakimiyyəti 2018-ci ildən bəri ilk dəfə olaraq Kuril adaları ilə bağlı “qanunsuz işğal” anlayışını dövriyyəyə qaytarıb. Yaponiyada “Şimal torpaqları” adlandırılan Kuril adaları ilə bağlı keçirilən ənənəvi mitinqin yekun bəyanatının mətnində deyilir ki, “Dörd şimal adasının Sovet İttifaqı tərəfindən qeyri-qanuni işğal edilməsi və bu gün də belə qalması qəbuledilməzdir”.

Qeyd edək ki, İturup, Kunaşir, Şikotan və Xabomai adaları 1945-ci ildə sovet qoşunları tərəfindən işğal edilib. Sovet İttifaqı və onun varisi Rusiya bu adaları Yaponiyaya qaytarmaqdan imtina etdiyi üçün Moskva ilə Tokio arasında bu günə kimi sülh müqaviləsi imzalanmayıb.

Rusiyanın Ukrayna uğursuzluğuna qədər Tokio Kuril adaları ilə bağlı sərt mövqe tutmaqdan çəkinirdisə, indi vəziyyət kəskin şəkildə dəyişib. Yaponiyada Kuril adalarının geri qaytaracağına əminlik artıb”.

X. Cəfərli sonda əlavə edib ki, Rusiya əsarətindəki xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması, eləcə də Finlandiyadan Yaponiyaya kimi çox geniş çoğrafiyada yerləşən dövlətlər tərəfindən Rusiyaya qarşı ərazi iddialarının irəli sürülməsi Moskvanın əsarəti altında olan qədim Azərbaycan torpaqlarının da azad olacağı ehtimalını kəskin artırır: “Təəssüf ki, Azərbaycanda bununla bağlı təşəbbüslər yoxdur. Halbuki, əksər araşdırmaçılar Rusiyanın parçalanmasında Azərbaycan faktorunu hökmən qeyd edirlər. “Parçalanma: Rusiyanın dağılmasına hazırlaşmağın vaxtıdır”,- başlıqlı məqalənin müəllifi, Monrealdakı iki ingilisdilli universitetdən biri olan Concordia Universitetinin dosenti Julian Spenser-Çörçill məqalədə Qafqazın gələcəyindən bəhs edəndə Dağıstanda əhəmiyyətli dərəcədə azərbaycanlıların yaşadığını qeyd edir və bu amilin etnik münaqişəyə səbəb ola biləcəyini yazır. Çox yaxın gələcəkdə Qafqazda etnik münaqişələrlə üzləşməmək, eyni zamanda Dağıstanda yaşayan soydaşlarımızı taleyin ümidinə buraxmamaq və Dərbənd başda olmaqla qədim torpaqlarımızın ana vətənlə birləşməsini təmin etmək üçün Şimal torpaqlarımızla bağlı iddiamızı hər bir platformada irəli sürməliyik.

Rusiya parçalanacağı halda Ukraynanın bu çoğrafiyada əsas söz sahiblərindən biri olacağı Şimal Qafqazda münaqişələri önləmək, Dərbənd başda olmaqla Şimal torpaqlarımızın azad edilməsinə çox böyük imkanlar yarada bilər. Ukrayna parlamentində Rusiyanın əsarəti altına alınmış xalqları üzrə komissiyanın yaradılması və fəaliyyətə başlaması Kiyevin bu prosesə həssas və ciddi yanaşdığını göstərir. Məşhur Stratfor özəl kəşfiyyat şirkətinin analitikləri hesab edirlər ki, Rusiya Sovet İttifaqının 1990-cı illərdəki taleyini yaşayacaq. Stratforun analitikləri də Julian Spenser-Çörçill kimi Qərbi Rusiyanın dağılması prosesinə hazır olmağa çağırırlar”.

X. Cəfərli sonda qeyd edib ki, bütün bu çağırışlar Azərbaycan xalqını bu çoğrafiyada yaratdığı ən qədim şəhər olan Dərbəndin azadlığı üçün mübarizəyə səsləyir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
Dünən, 23:32
İranın xarici işlər naziri Moskvaya səfər edib - IRNA
Dünən, 23:29
İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Dünən, 18:01
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Dünən, 17:57
"Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Dünən, 17:45
ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Dünən, 17:41
ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Dünən, 17:39
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Dünən, 17:37
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Dünən, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Dünən, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Dünən, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Dünən, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Dünən, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Dünən, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Dünən, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Dünən, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Dünən, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Dünən, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Dünən, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Dünən, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Dünən, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Dünən, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Dünən, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Dünən, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Dünən, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Dünən, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
21-06-2025, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
21-06-2025, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
21-06-2025, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
21-06-2025, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
21-06-2025, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
21-06-2025, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
21-06-2025, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
21-06-2025, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
21-06-2025, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
21-06-2025, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
21-06-2025, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
21-06-2025, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
21-06-2025, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
21-06-2025, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
21-06-2025, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
21-06-2025, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
21-06-2025, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
21-06-2025, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
21-06-2025, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
21-06-2025, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
21-06-2025, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
21-06-2025, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
21-06-2025, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru