"Sadəcə, sosial şəbəkələrdə aktiv olduqları üçün rəğbət görürlər..." - Tural Abbaslı
Tarix: 18-08-2023, 09:55 | Çap et
 “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin idarə etdiyi avtomobilin qəzaya düşməsi xəbərinin ölkə gündəmindən düşməməsi tənqid olunur. Müzakirələr zamanı bildirilib ki, cəmiyyətin hansısa məmur özbaşınalığını gündəmə çevirmədiyi halda, sürət həddini aşan, dəfələrlə xəbərdarlıq alan adi blogerin qəzada qolunu itirməsini bu qədər gündəm etməsi doğru deyil. Bəziləri hətta bloqeri müdafiə də edirlər, deyirlər ki, Nicat Şakirliyə cəza verilməməlidir, bu, sadəcə, bədbəxt hadisədir.
DİA.AZ-ın məlumatına görə, bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Ağ partiyanın sədri Tural Abbaslı isə deyib ki, sosial şəbəkə fenomenliyi anlayışı son dönəmlər leksikonumuza girib və bu, müasir dünyanın gətirdiyi yeniliklərdən biridir.
“Müxtəlif sosial şəbəkə platformalarında məşhurlaşan, cəmiyyət arasında tanınan, rəğbət görən-görməyən sosial şəbəkə fenomenləri var. “Nikosayağı” deyilən Nicat Şakirli də belə fenomenlərdəndir. Cəmiyyətlərin hamısında belədir, daha çox sosial şəbəkə fenomenləri, musiqiçilər, aktyorlar, aktrisalar gündəmdə olurlar, nəinki elm adamları, siyasilər, ciddi peşə sahibləri. Bu, dünyanın hər yerində belədir. Buna görə cəmiyyəti qınamaq istəmirəm ki, niyə birinə diqqət ayırır, digərinə yox. Bu, mediamızın, televiziyamızın, sosial mediamızın təqdimatından da asılıdır. Lazımi dəyərləri lazımınca təbliğ edə bilmədiyimiz üçün bu boşluğu “fenomenlər” dediyimiz təsadüfi insanlar doldura bilir. Xüsusi heç bir fərqlilikləri olmayan insanlardır. Sadəcə, sosial şəbəkələrdə aktiv olduqları üçün rəğbət görürlər, yaxud məşhurlaşırlar. Onları da qınamaq olmaz. Heç kim deyə bilməz ki, sən niyə populyarsan?”
T.Abbaslı Nicat Şakirliyə cəza verilməməsinin tərəfdarı olanlara isə belə cavab verib: “Qanun qarşısında hamı bərabərdir, eynidir. Qanun nəyi deyirsə, onu tətbiq etmək lazımdır. Düzdür, bəzən məhkəmə sistemi nəzərə alır, amma kimsə məşhurdursa, aktyordursa, fenomen, yaxud siyasətçidirsə, qanundan yüksəkdə durmur. Hələlik belə bir nümunə yoxdur. Son nümunələrdən biri meyxanaçı Rəşad Dağlı idi. O, cinayət törətdi, məhkəmədə hökm aldı. Qanun nə deyirsə, o da olacaq, olmalıdır. Qəzada dünyasını dəyişən gənc qardaşımıza Allahdan rəhmət, Nicat bəyə şəfa, hər ikisinin ailəsinə səbir diləyirəm. Bizə “keçmiş olsun” demək düşər. Hər halda hüquq-mühafizə orqanları üzərilərinə düşəni edəcəklər. Düşünürəm, belə mövzularla gündəmi bu qədər məşğul etmək doğru deyil”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Dünən, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41 |
|
|
|
|