İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                 

Dünyada yeni müharibə modeli – Bəşəriyyəti təhdid edən "peycer əməliyyatı"
Tarix: 19-09-2024, 19:00 | Çap et
Dünyada yeni müharibə modeli
Livanda və Suriyada dünya gündəmini silkələyən əməliyyat keçirilib. Sentyabrın 17-si gecə saatlarında məlum oldu ki, Livanda fəaliyyət göstərən Hizbullah hərəkatının istifadə etdiyi rabitə vasitəsi olan peycerlər eyni anda partlayıb. Livan ərazisində istifadəı olunan rabitə qurğularının eyni anda partlaması nəticəsində 10 nəfər ölüb, 4 min nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yaralananlardan 500 nəfərin vəziyyəti olduqca ağırdır. Sonrakı gün verilən açıqlamalarda peycer partlayışları nəticəsində ölənlərin sayı artıb.

Analoji əməliyyat Suriyada da həyata keçirilib. İddialara görə bu əməliyyatlar İsrail tərəfindən həyata keçirilib. Livanın “Al Manitor” agentliyi hadisə ilə bağlı şərhdə yazır ki, Hizbullahla genişmiqyaslı müharibə ərəfəsində peycerləri partlatmaq İsrailin çoxdankı planı olub, amma bu plan tərəflər arasında müharibə genişlənərsə, həyata keçirilməli idi. Bildirilir ki, Hizbullah üzvlərindən bir neçəsi peycerlərdə xarici müdaxilə çiplərinin yerləşdirilməsindən sonra İsrail “B” planına keçib, yəni kütləvi partlayışlara əl atıb.

CNN yaydığı məlumatda iddia edib ki, Hizbullah üzvlərinə məxsus peycerlərin partlamasının arxasında İsrail kəşfiyyatı və ordusu dayana bilər.

“Livan boyu onlar insanın ölümünə, minlərlə insanın yaralanmasına səbəb olan əməliyyat İsrail kəşfiyyat xidməti Mossad və İsrail hərbçilərinin hərəkətlərinin nəticəsidir", - telekanalın jurnalistləri bildiriblər.

“The New York Times” qəzetinin yazdığına görə, hər peycerdə batareyanın yanında partlayıcı qurğu yerləşdirilib. Partlayıcı uzaqdan işə salmaq üçün açarla təchiz edilib. Mesajı aldıqdan sonra qurğular eyni vaxtda işə başlayıb.

Dünya mediası baş verən hadisəni yeni müharibə üsulu adlandırır. Analitiklər hesab edirlər ki, bu kibermüharibənin başlanğıcı sayılır.

“Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu AYNA-ya müsahibəsində bildirib ki, Livanda, qismən Suriyada və son məlumatlara görə, İraqda törədilən kibertəxribat mahiyyət etibari ilə müharibə adlandırıla bilər:

- Amma mülki əhalini də xeyli dərəcədə əhatə etdiyinə görə əslində kiberterrordur. Bu, bütün hüquq normalarına ziddir. Bununla yanaşı, əxlaqa, elm-texnologiya anlayışına ziddir.

İndiyədək dünya praktikasında müasir texnologiyalardan istifadə etməklə bu cür əməliyyat keçirilməmişdi. Əlbəttə, bu, hibrid əməliyyatdır. Məlumdur ki, peycerlərin içərisinə partlayıcılar yerləşdirilib, guya onun batareyaları xüsusi proqramla qızdırılır, partlayış yaranır, bunlar nağıldır. Həmin cihazların batareyalarının tərkibində partlayıcı xarakterli heç bir maddə yoxdur. Ən uzağı cihazlar alışıb yana bilər. Bir sıra mobil telefon modellərində belə problem var idi. Yəni öz-özünə alışma baş verirdi, əriyirdi və s. Amma partlayış baş vermirdi. Livandakı hadisədə isə söhbət cihazların insanları öldürən, onları şikəst edən, gözünü çıxaran, əlini qoparan şiddətli partlayışından gedir. Yenə deyirəm, bu elə bir əməliyyat deyil ki, hansısa silahlı dəstəni, hansısa terror qrupunu, yaxud da ordu hissəsini əhatə etsin. Göründüyü kimi, peycerlərin partlaması mülki əhaliyə də zərər yetirib. Demək ki, bu, kiberterror əməlidir. Bu isə həqiqətən də dünyada yeni bir mənzərə yaradır.

- Hansı mənzərəni nəzərdə tutursunuz?

- Şübhəsiz ki, pis vərdiş, pis nümunə yolxucu olur. Əlbəttə, digər ölkələrin də bu vasitəyə əl atacağı istisna deyil. Düşünmürəm ki, dünyada bu addımı atmağa imkanı olmayan ölkələr yoxdur. İsraildən qat-qat yüksək texnologiyası inkişaf etmiş ölkələr var. Məsələn, Avropa ölkələri, ABŞ, Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrdə texnoloji inkişaf daha çoxdur.

Əlbəttə, dünya yeni müharibə modelinə hazır olmalıdır. Bunun qarşısını necə almaq olar, kibermüharibə ilə necə mübarizə aparmaq olar, riskləri necə azaltmaq olar kimi suallar indi aktualdır.

- Bu suallara cavab varmı?

- Əlbəttə, kibertəhlükəsizlik artıq milli təhlükəsizliyin son dərəcə önəmli parçasına çevrilir. Düzdür, əvvəl də dövlətlərin kibertəhlükəsizlik konsepsiyaları mövcud idi. Amma indi bu məsələ əvvəlkindən qat-qat önəmlidir. Çünki bu, artıq reallıqdır.

- Əməliyyatın İsrail kəşfiyyatı tərəfindən həyata keçirildiyi iddiaları var ki, Təl-Əviv bunu nə təsdiq, nə də təkzib edir. Ümumiyyətlə, İsrailin bu addımı atmaqda məqsədi nədir?

- Artıq görünür ki, İsrail şimal istiqamətində Livana doğru hücuma keçməyə hazırlaşır. Yəqin ki, bu hücum ərəfəsində İsrail Hizbullah silahlılarını, onun dəstələrini müəyyən qədər də olsa, zərərsizləşdirmək, Livanda xof yaratmaq məqsədi güdür. Əhali arasında xof yaratmaq müharibələrdə çox vacib amillərdən biridir.

Bu hadisələr ona gətirib çıxara bilər ki, İsrail ABŞ-ın Yaxın Şərq siyasətinə faktiki olaraq təsir göstərmiş olur. Biz bilirik ki, hazırkı Ağ Ev adminstrasiyası İsraillə istər HƏMAS, istərsə də Hizbullah arasında danışıqların tərəfdarıdır. ABŞ istəyir ki, Yaxın Şərqdəki münaqişə sülh yolu ilə həllini tapsın, atəşkəs olsun. Amma Benyamin Netanyahu hökuməti bunda maraqlı deyil. Çünki münaqişədə atəşkəs əldə edilərsə, sülh əldə olunarsa, Netanyahu istefaya getməli olacaq. Heç onun özünün taleyinin necə olacağı da məlum deyil. Ona görə də, Netanyahu hökuməti əlindən gələni edir ki, müharibə vəziyyəti nəinki dəyişsin, əksinə, bir qədər də kəskinləşsin, böyüsün.

Burada əlbəttə, başqa niyyətlər də ola bilər. Məsələn, payızda ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir etmək niyyətinin olması da mümkündür. Netanyahunun bu məsələlərdə müttəfiqi Donald Trampdır. Tramp isə son hadisələr fonunda mövqelərini itirməkdədir. Netanyahu başa düşür ki, ABŞ adminstrasiyası demokratlarda qalarsa, Ağ Evin İsraillə bağlı siyasəti daha da sərtləşə bilər. Ona görə də Netanyahu hökuməti faktiki olaraq, ABŞ-ı Yaxın Şərqdəki konfliktə cəlb etmək istəyir, ilk növbədə də İranla. Biz gördük ki, İran İsrailin atdığı bütün addımlara baxmayaraq, münaqişəyə girmir. Ona görə yox ki, Tehran bundan çəkinir, sadəcə İranda anlayırlar ki, müharibəyə qatılsa, ABŞ istəsə də, istəməsə də İsrail tərəfindən müharibəyə qatılacaq.

- İsrail bu məqsədinə çata biləcəkmi?

- Qəribə vəziyyət yaranıb: ABŞ-da İsrailin əleyhinə olan, Qəzzadakı savaşın dayandırılmasını tələb edən əsas kəsim demokratların elektoratıdır. ABŞ bu müharibəyə cəlb olunsa, Demokratlar Partiyası elektoratının xeyli hissəsini itirə bilər. Digər tərəfdən, ABŞ müharibəyə qatılmasa, İsrailə dəstək verməsə, yenə də demokratlar uduzurlar. Çünki Amerika cəmiyyətində İsrail ən yaxın müttəfiq dövlət kimi qəbul olunur. Mən hələ İsrailin ABŞ-dakı böyük lobbi şəbəkəsini demirəm, hansı ki, bu şəbəkənin gücü məlumdur. Belə bir vəziyyətdə, görünən budur ki, İsrail ABŞ-İran arasındakı müəyyən dialoqları, kontaktları pozmağa çalışır, digər tərəfdən də elə bir şərait yaratmaq istəyir ki, demokratlar seçkidə məğlub olsunlar. Bu isə artıq birbaşa olaraq, ABŞ-ın daxili siyasətinə müdaxilədir. Demokratlar seçkidə qalib gələrsə, Netanyahuya cavab çox ağır olacaq. ABŞ heç bir dövlətə, gücə onun daxili siyasətinə qarışmağa imkan vermir, bunu heç kimə bağışlamır.

- Dediniz ki, bu, kiberterrordur. Belə bir terrora beynəlxalq reaksiya maraqlıdır...

- Dediyim kimi, bu, bütün beynəlxalq normalara, hüquqa birbaşa ziddir. Amma İsrail ekstremist dövlətdir və bu dövlətin siyasəti ancaq zorakılıq, militarizm üzərində qurulub. Bu səbəbdən də artıq Avropa da, müttəfiq ABŞ da buna etiraz edir. Hələ bu əməliyyat yenidir. Bu əməliyyatın geniş müzakirəsi olacaq, beynəlxalq müstəvidə mövzu ciddi qarşıdurma predmetinə çevriləcək. Çünki texnologiyalar bəşəriyyətin inkişafına, tərəqqisinə xidmət etməlidir. Amma bu, bir dövlət tərəfindən terror, təhdid vasitəsi kimi istifadə olunursa, burada artıq baxışlar dəyişir. Bu əməliyyat çox təhlükəlidir. Düşünürəm ki, kibertəhlükəsizlik məsələsi öz aktuallığını bir qədər də artıracaq. Dünya ölkələri qarşısında kiberterrordan qorunmaq üçün, anti-kiberterrorizm tədbirləri üçün yeni konsepsiyalar, fəaliyyət planının, resursların cəlb olunmasına başlanılacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru