Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? .....                     Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib .....                     Dələduzluqda ittiham olunan ata-balanı hansı məmurlar himayə edir? .....                     "Azərbaycanda bu istiqamətdə müəyyən problemlər hələ də mövcuddur..." .....                     Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? .....                     Burda müştərilərə köhnə yemək verilir... .....                     Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! .....                     Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq .....                     Almaniya hərəkətə keçdi .....                     Kasıba “kuryer” tələsi, varlıya isə… .....                     Paşinyan ilanın başını əzərsə... .....                     “Aeroflot”a ciddi zərbə: “Uzunmüddətli və genişmiqyaslı əməliyyat” .....                     Rövşən Rüstəmov sərnişinləri istidə “qırır”, ancaq qiymətləri aşağı salmır .....                     "Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR .....                     Rusiya Cənubi Qafqaza silah yığmaqla kimi təhdid edir? .....                     Göyçayda məmur özbaşınalığı PİK HƏDDƏ .....                     Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil .....                     İşçiləri işlədib, əməkhaqqı vermədilər .....                     AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir .....                     Ermənistanın naziri ABŞ-yə səfir göndərilir .....                     "Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir" .....                     AZAL təyyarəsi bilərək vurulub, məsuliyyət Moskvadadır .....                     "Sözümün üstündəyəm, niyə yoxdurlar ortada?" .....                     Ermənistan ABŞ-ın təklifini rədd etmədiyini bildirir .....                     Peterburqda miqrantlara daha bir qadağa qoyuldu .....                     Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırıb .....                     Sarayda ağacları kəsən "İnşaat Təmir" 35 min cərimələndi .....                     İslamda kredit və faiz QADAĞASI .....                     Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib .....                     “Zəngəzur dəhlizi hətta bir aydan sonra da açıla bilər, amma...” .....                     Bakıda məşhur futbolçunun evindən oğurluq .....                     Sevda Əliqızı şirniyyat bişirib satırmış: .....                     Nazirlərdən daha çox maaş alan Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar? .....                     İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? .....                     Hacıyev “gözləyirik” dedi, Moskva susdu .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun məhkəməsində mütəxəssis ifadə verdi .....                     Ermənistan İstintaq Komitəsi arxiyepiskopun işi üzrə ilkin araşdırmanı başa çatdırıb .....                     Məşhur tikinti şirkətində qanunsuzluqlar .....                     "Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb .....                     Bu şirkət “Uninet”i haqsız rəqabətdə ittiham etdi .....                 

Bayden uğur qazanmasa, Tramp və ya onun daha səriştəli “versiyası” geri qayıdacaq - TƏHLİL
Tarix: 18-01-2021, 09:34 | Çap et
Bayden uğur qazanmasa, Tramp və ya onun daha səriştəli “versiyası” geri qayıdacaq
İkinci Dünya Müharibəsindən sonra dünyanın lider dövlətinə çevrilən ABŞ hazırda gərgin daxili qarşıdurmayla üz-üzədir. Şübhəsiz ki, ölkə daxilində baş verən məlum hadisələr ABŞ-ın beynəlxalq arenadakı nüfuzuna çox ciddi neqativ təsir göstərir.

ABŞ-dakı liberal yönümlü mətbuatın gəldiyi qənaətə görə, Donald Tramp Amerikanın qlobal miqyasdakı rolunu bilərəkdən azaldıb və belə hesab olunur ki, Tramp administrasiyası dövründə Amerikanın qlobal mövqeyi ciddi şəkildə ziyan görüb. Lakin bütün bunlara baxmayaraq, ölkə içərisində Trampın populyarlığı kifayət qədər yüksək olaraq qalmaqdadır.

O da məlumdur ki, seçki kampaniyasının gedişində Co Bayden ABŞ-ın beynəlxalq nüfuzunu bərpa edəcəyinə söz verib. Bununla da Trampın ölkənin nüfuzuna vurduğu ziyanın aradan qaldırılacağı iddia olunur. Bəs, Bayden bu işin öhdəsindən gələ biləcəkmi və bunu hansı yolla həyata keçirməyə çalışacaq?

Bu mövzuyla bağlı ABŞ-ın “Project Syndicate” saytı “Amerika yenidən liderilik edə biləcəkmi?” başlıqlı məqalə dərc edib. “AzPolitika.info” həmin məqaləni təqdim edir:

”ABŞ-ın seçilmiş prezidenti Co Baydenin Amerikanı yenidən lider mövqeyinə gətirməsi gözlənilir. Baydenin Amerikanın qlobal liderliyini saxlaması və yenidən dirçəltməyə nail olması onun ABŞ-dakı daxili çəkişməni nə dərəcədə sakitləşdirə bilməsindən və həmçinin də qloballaşmanı ciddi təhlükə hesab edən elektoratdan asılı olacaq. Bayden dəfələrlə vəd edib ki, Donald Trampın hakimiyyəti dövründə ciddi şəkildə ziyan görən Amerikanın qlobal səviyyədəki mövqeyini və beynəlxalq reputasiyasını bərpa edəcək.

O, bu məqsədlə ABŞ-ı beynəlxalq təşkilatlara (məsələn, Ümumdünya Səhiyyə Təşkilatı ) və beynəlxalq müqavilələrə (Paris iqlim müqaviləsi və s.) yenidən qoşacaq. Tramp Amerikanı bu təşkilatlardan çıxarmışdı.

Bütün bu vədlər Amerikanın liberal dünya nizamındakı rəhbər roluna qayıtmaq niyyətini göstərir. Yəni, belə bir mövqe var ki, ABŞ Çinlə əməkdaşlıq etməklə yanaşı, həm də onunla effektli rəqabət apara bilər. Lakin belə görünür ki, artıq bir çox amerikalı öz ölkələrinin yenidən lider olmasını istəmir.

Baydenin noyabr seçiklərində qələbə qazanması Tramp və onun toksik populizmini dağıda bilmədi. Amma liberallar məhz bunu gözləyirdilər. Seçkilərin nəticəsinə görə, Bayden 81 milyon səs alıb və bu, ABŞ-ın prezident seçkiləri tarixində ən yüksək göstəricidir.

Trampa isə 74 milyon seçici səs verib ki, bu da tarixdə ikinci ən yaxşı nəticə sayılır. 2016-cı illə müqayisədə Trampa səs verən müxtəlif azlıqların da səsi artıb. Bütün bunların hamısı müxtəlif qalmaqallar və pandemiya ilə pis mübarizə fonunda baş verib.

Bəs, Trampın populyarlığının səbəbi nəylə izah edilir? Tanınmış filosof Piter Sinqer noyabr ayında belə bir izah verib: ”Demək olar ki, ABŞ-ın yarısı “ruhunu itirib””.

Bu diaqnoz şübhəsiz ki, Trampın seçici bazasının ən radikal elementlərinə aiddir və həmin kateqoriyaya ağ dərili millətçilər və neonasistlər daxildir. 6 yanvarda Kapitoliyə məhz onların nümayəndələri hücum çəkmişdilər.

Amma Trampı dəstəkləyən seçicilərin adi fanatiklər hesab edilməsi, məsələni xeyli bəsitləşdirir. Yada salmaq lazımdır ki, 2016-cı ildə Trampa səs verənlərin 6 faizi 2012-ci ildə Barak Obamaya səs vermişdi. 2020-ci ildə isə Tramp 2016-cı ildəkindən 10 milyon çox səs alıb.

Tramp ictimai dəstəyini müxtəlif mənbələrdən götürür. Onların içərisində irqçiliklə və ksenofobiya ilə yanaşı, həmçinin kənd seçicilərinin narazılığı, fəhlə sinfinin gəlirlərinin staqnasiyaya uğraması və ictimai bərabərsizliyin artması da mühüm yer tutur. Siyasi sistemə yad olan Tramp siyasi isteblişmentdəki fikir ayrılığından məharətlə istifadə edərək, Respublikaçılar Partiyasını sındırmağı və özünü hakimiyyətdən narazı olanların müdafiəçisi kimi təqdim etməyi bacarıb.

Sözügedən həmin seçici kütləsi onların problemlərini real həll edə bilməyəcək Donald Trampa inanmaqda yanılıblar. O isə həmin insanları üsyana qızışdıraraq, onları taleyin hökmünə buraxıb. Bir mühüm struktur faktoru var və bu faktor seçiciləri yanlışlığa sürükləməklə Trampın işini asanlaşdırıb. Belə ki, qloballaşma qaliblərlə yanaşı, həmçinin də xeyli sayda məğlublar ortaya çıxarıb. Öz istehsal müəssisələrini daha az xərc tələb edən ölkələrə köçürən iri şirkətlər qaliblər sırasındadır. Bu, onlara mənfəət marjasını əhəmiyyətli dərəcədə artırmağa kömək edib. Məğlub olmuşlar içərisində isə işini itirmiş milyonlarla amerikalı fəhlə var. İndi bu adamların üzərinə Amerikadakı irqçilik irsini də əlavə etsəniz, onda hadisələrin alovlanmasının səbəbi daha aydın görünər.

Amma qloballaşmadan təkcə işçi sinfi məyus olmayıb. Dünyanın iqtisadi mərkəzinin Çin kimi inkişaf etməkdə olan ölkələrə tərəf yerdəyişməsi üzündən bu ölkələr beynəlxalq institutlarda daha güclü möqe qazanırlar. Bir çox Amerika siyasətçisi üçün bu, qəbuledilməz sayılır. Onların fikrinə görə, əgər dünya nizamını dəstəkləmək naminə ABŞ öz üzərinə hamıdan daha çox məsrəflər götürürsə, onda deməli, onun maraqları daim birinci yerdə dayanmalıdır.

Özünün “İlk öncə Amerika” şüarına sadiq qalan Tramp ölkəni əvvəlki qlobal liderlik öhdəlikərindən imtinaya məcbur etdi və xaricdəki əməliyyatları azaltdı, Meksika ilə sərhədə divar çəkdi. O, məhz seçicilərin ondan istədiyini verdi. Və beləliklə də onun siyasəti qaçılmaz nəticələr meydana gətirdi.

Amerikanın beynəlxalq arenadan çəkilməsilə yaranmış vakkumu Çin doldurmağa başladı. Buna cavab olaraq, Tramp administrasiyası Çini ölümcül düşmən qismində təsvir etməyə başladı. Ticarət müharibəsi işə salındı və çoxsaylı sanksiyalar tətbiq olundu. Bəllidir ki, ABŞ Çinin yüksəlişilə heç zaman barışmayacaqdı və ona görə də Çin rəhbərliyi sakit müdafiə taktikasını seçdi.

Hazırda yaranmış qüsurlu həlqənin və antoqonizmin ortadan qaldırılması gərəkdir. Bayden administrasiyası iki məsələni xüsusən nəzərə almaldır.

Birincisi, Amerika iki dovşanı birdən tuta bilməz. Bu ölkə qlobal liderlikdən imtina edə bilməz və eyni zamanda, kiminsə onun yerini tutmasına da imkan verməməldir.

İkincisi, Amerikanın son dörd il ərzində qloballaşmadan uzaqlaşma dərəcəsi, onun Çindən uzaqlaşma dərəcəsilə eynilik təşkil edib.

Bütün bunlar o anlama gəlir ki, əgər Amerika lider mövqeyini qaytarmaq və bu mövqeyi uzun müddət saxlamaq istəyirsə, onda Bayden ictimai bərabərsizliyə və qloballaşma üzündən meydana gəlmiş izafi məsrəflərə qarşı mübarizə aparmalıdır. Əks təqdirdə, Tramp (və ya Trampın daha səriştəli versiyası) 2024-cü və ya 2028-ci ildə prezidentliyi geri qaytara biləcək. Beləliklə də Bayden administrasiyasının əldə edəcəyi istənilən tərəqqini geri çəkəcəklər.”
“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? - Artıq camaat soruşur...
Bu gün, 08:49
Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib
Bu gün, 07:52
Dələduzluqda ittiham olunan ata-balanı hansı məmurlar himayə edir? – BAŞ PROKURORA ŞOK MƏKTUB
Bu gün, 07:43
"Azərbaycanda bu istiqamətdə müəyyən problemlər hələ də mövcuddur..." - deputat
Bu gün, 07:39
Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? - İnternet provayder abunəçiləri 191-ə "dolayıb"
Bu gün, 07:27
Burda müştərilərə köhnə yemək verilir... - AQTA harda yatıb?
Bu gün, 07:22
Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! - İNCƏLƏMƏ
Bu gün, 07:18
Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq - ARAŞDIRMA
Bu gün, 07:06
Almaniya hərəkətə keçdi - Elə zərbə dronları hazırlanır ki...
Bu gün, 07:02
Kasıba “kuryer” tələsi, varlıya isə… - “BİRBANK”ın MİN OYUNU
Bu gün, 07:00
Paşinyan ilanın başını əzərsə... - mənzərə xeyli sabitləşmiş olacaq
Bu gün, 06:58
“Aeroflot”a ciddi zərbə: “Uzunmüddətli və genişmiqyaslı əməliyyat” - TƏFƏRRÜAT
Bu gün, 06:56
Rövşən Rüstəmov sərnişinləri istidə “qırır”, ancaq qiymətləri aşağı salmır - Ekspertdən haqlı suallar
Bu gün, 06:54
"Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:52
Rusiya Cənubi Qafqaza silah yığmaqla kimi təhdid edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
Göyçayda məmur özbaşınalığı PİK HƏDDƏ - GİLEY
Bu gün, 06:44
Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil - Görünəni odur ki...
Bu gün, 06:37
İşçiləri işlədib, əməkhaqqı vermədilər - Prezidentə MÜRACİƏT
Bu gün, 06:35
AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 06:27
Ermənistanın naziri ABŞ-yə səfir göndərilir - aravot.am
Bu gün, 00:41
"Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir" - FAKT BUDUR!
Bu gün, 00:39
AZAL təyyarəsi bilərək vurulub, məsuliyyət Moskvadadır - Kapitanın etirafı
Bu gün, 00:37
"Sözümün üstündəyəm, niyə yoxdurlar ortada?" - QALMAQAL
Bu gün, 00:35
Ermənistan ABŞ-ın təklifini rədd etmədiyini bildirir - AÇIQLAMA
Bu gün, 00:30
Peterburqda miqrantlara daha bir qadağa qoyuldu
Bu gün, 00:28
Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırıb - Ermənistan KİV
Bu gün, 00:26
Sarayda ağacları kəsən "İnşaat Təmir" 35 min cərimələndi - TƏFƏRRÜAT
Dünən, 18:03
İslamda kredit və faiz QADAĞASI - Bankçılıq görüntüsü altında sələmçilik aparılır?
Dünən, 18:01
Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib
Dünən, 17:59
“Zəngəzur dəhlizi hətta bir aydan sonra da açıla bilər, amma...” - AKTUAL
Dünən, 17:57
Bakıda məşhur futbolçunun evindən oğurluq - Keçmiş vəzifəli xanım saxlanıldı
Dünən, 17:54
Sevda Əliqızı şirniyyat bişirib satırmış: - “Xərçəng qadınların 90 faizi həyatda heç vaxt xoşbəxt olmur”
Dünən, 17:53
Nazirlərdən daha çox maaş alan Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar? - İLGİNC
Dünən, 17:49
İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? - Ermənistan üçün NÜMUNƏ
Dünən, 17:45
Hacıyev “gözləyirik” dedi, Moskva susdu – Nə baş verir?
Dünən, 17:38
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun məhkəməsində mütəxəssis ifadə verdi - TƏFƏRRÜAT
Dünən, 17:30
Ermənistan İstintaq Komitəsi arxiyepiskopun işi üzrə ilkin araşdırmanı başa çatdırıb
Dünən, 17:26
Məşhur tikinti şirkətində qanunsuzluqlar – “Baxça şəhər”də yanğın təhlükəsi var?
Dünən, 17:20
"Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb
Dünən, 17:16
Bu şirkət “Uninet”i haqsız rəqabətdə ittiham etdi - ARAŞDIRMA BAŞLANILIB
Dünən, 17:11
"Müəlliflik hüququna təcavüz edilir..." - ETİRAZ VAR...
Dünən, 17:01
Bakıda bacısını boğaraq öldürən oğlana AĞIR CƏZA
Dünən, 16:54
Özbaşına qalmış MASAZIR... - Buraların yiyəsi yoxdur?
Dünən, 16:49
Nura Suri restoran fırıldağını ifşa etdi! – Müğənniyə atılan şabaşı da ciblərinə qoyublar
Dünən, 16:46
201 saylı məktəbin direktoru CANINI QURTARDI - TƏFƏRRÜAT
Dünən, 16:45
İran tərəfinin sülh açıqlaması ritorik məna daşıyır - ŞƏRH
Dünən, 16:09
Dövlət Agentliyi 170 min manatlıq geyim alır - TENDER UDULDU
Dünən, 16:06
ABŞ-də Çinə qarşı bir sıra qanun layihələri hazırlanır - “Reuters”
Dünən, 16:02
Sumqayıtda gənc qız paltar asanda binadan yıxıldı
Dünən, 16:01
"Keçmiş həyat yoldaşımız dördüncü dəfə evlənib"
Dünən, 16:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru