Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                 

“Çoxlu səhvlər etmişəm, üzü cəhənnəmə tərəf gedirəm”
Tarix: 25-12-2013, 08:21 | Çap et
“Çoxlu səhvlər etmişəm, üzü cəhənnəmə tərəf gedirəm”
- Özün haqqında məlumat verərdin?

- 1975-ci ildə Bakıxanov qəsəbəsində dünyaya göz açmışam. Əslən bir tərəfdən Laçın, Kəlbəcər, digər tərəfdən Qərbi Azərbaycandan. 2001-ci ildən bu sənətdəyəm. 6 yaşımdan rep deyirəm.

- Hüseyn Dərya necə oldu ki, birdən-birə rep deməyə başladı?

- Mən uşaqlıqdan rep deyirdim. Məhəllədə, hərbi xidmətdə musiqi savadımla həmişə seçilirdim. Uşaqlıqdan breq oynayırdım. Əvvəllər rep sözü yox idi deyə, mənim haqqımda deyirdilər ki, bu dəlidir, öz-özünə danışır. Sonra rep sözü çıxdı, hamı bildi ki, rep nə deməkdir. Rep həyat bilgimdi. Mənim həyatda ən çox bildiyim repdi. Ona görə qatıldım repə.

- İlk dəfə istedadını kim kəşf elədi?

- Özüm kəşf etdim. Mənim müəllimim olmayıb. Rep elə sənətdir ki, onun müəllimi olmur. Müəllimlə alınmır rep. Müəllim olur muğamda, məktəbdə, idmanda. Sənin qanın döyüşçü qanı olmalıdır, fikrin döyüşçü olmalıdır ki, səndən reper olsun. Gördünüz mənim keçmişimi, aqibətlərimi, acılı günlərimi. Mən o qədər etap keçdim. Qazamata qədər getdim, həbs olundum. Heç kim məni yolumdan döndərə bilmədi. O mənim reper olduğumdan irəli gəlmədi ki, döyüşçü ruhu var deyə məni heç kim yolumdan döndərə bilmədi. Reper budur. Müəllimə ehtiyac yoxdur burda. İnsanın daxilən döyüşkən ruhu olmalıdır. O da doğulandan elə doğulur. Öz-özündən sonra dəyişmək olmur.

- Repin atası kimdir?

- Repin atası yoxdur, repi ifa edən var. Əgər repin atası varsa, anası da olmalıdır. Hətta doğum evi də olmalıdır. Əgər bilmək istəyirsinizsə, Azərbaycanda ilk dəfə repi şəhid olmuş qəhrəmanımız, jurnalistimiz Çingiz Mustafayev ifa edib. Sadəcə müasir repi ilk dəfə Anar Nağılbaz deyib. Bizdə bəla odur ki, şou-biznesdə hərə öz-özünə ad qoyur. Ata bilirsiniz nə deməkdir? Ailənin böyüyü. Qarğa da 100 il yaşayaraq qarıldayır. Söhbət səhnədə keçirdiyin aydan, gündən, ildən getməlidir. Ata ailənin başçısıdır. Sizcə repin atası var? Hamıya sual verirəm. Repin başçısı yoxdursa, hardan gəlib çıxdı ata.

- Şou-biznesin qanunlarını kim yazır?

- Şou-biznesin qanunların aparıcı qüvvələr, güclü simalar yazır, kağız üzərində həkk olmur, o qanun ayaq açıb yeriyir. Yəni kimlərdən yaranır şou-biznes? Ən güclü insanlardan, reytinqi ən güclü insanlardan, meqa-starlardan. Ulduzlar yazır şou-biznesin qanunların. Ulduzlar da yazdığına görə növbəti “pakaleniya” gəlib tabe olur həmin qanunlara.

- Bəs sən həmin qanunlara tabesən?

- Mütləq. Tabeyəm.

- Uşaqlıqda necə olmusan?

- Çox kövrək uşaq olmuşam. Dəcəl olmuşam. Mənim xatirələrim bitməz, tükənməzdir. Ağrılı-acılı günlərim çox olub. Yadıma məktəb illərindən bir epizod düşdü. Sinif rəhbərimiz var idi məktəbdə. Biz onu çox istəyirdik. Bir gün stolun üstünə çıxdı pərdəni düzəltməyə. Əli şüşəyə dəydi, kəsildi. Mən də valideynlərimə dedim ki, o məktəbdə oxumayacağam. Üç gün məktəbə getmədim. Dedim ki, müəlliməmi elə görə bilmərəm. O qədər çox istəyirdik ki onu, bütün məktəblə danışdıq üç gün dərsə getməyək, müəllimimiz həkimdədir, gedək onun yanına. Üç gün hamı ağladı ki, niyə müəlliməmizin əli kəsildi. Məktəbdə hamı şokda idi. Bu hadisə heç vaxt yadımdan çıxmır.

- Musiqi təhsilin var?

- Xeyr, yoxdur musiqi təhsilim. Heç fikirləşmirəm də. Not tanıyanlarda məndə olan istedad yoxdur. Bəzən elə olur ki, bəstəkarların bəstələdiyi mahnılarda səhv tuturam. Əsas notu bilmək deyil, musiqini duymaq lazımdır.

- Niyə doğulmağına peşmansan?

- Həddindən çox əziyyətlərə qatıldım, məruz qaldım. Yaşadığım cəmiyyətdə çox zərbələr gördüm. 10 yaşını yaşayan uşaq 10 yaş dövrünü yaşayır. 20, 30 yaşını yaşayan öz yaş dövrünü yaşayar da, yoxsa 20 yaşında 50 yaşında olan insanın həyatını yaşamaz ki. Mən vaxtından əvvəl o dövrü yaşadım. O da çox pisdi, həyat insanın gözündə sönür.

- Ən böyük mükafatın nədir?

- Bu günə kimi ən böyük mükafatım odur ki, müsəlman, azərbaycanlı ailəsində doğulmuşam, adım imam adı Hüseyndir.

- Yaşadıqca çoxlarının gözünü yaşlı qoymusan?

- Bəli, qoymuşam, anamın, bacımın, qardaşımın gözünü yaşlı qoymuşam.

- Hansısa xanımdan istifadə etmisən?

- Keç başqa suala…

- Həyat nə deməkdir sənin üçün?

- Həyat filmdir. İnsan yaşadıqca öyrənir. Biri var 10 il məktəbi oxuyursan, bir də var ki, həyatı mənimsəmək üçün, o ömrü yaşadıqca həyatın incəliklərinə varmış olursan. Həyat bir elmdir, onu yaşadıqca insan öyrənir.

- Qalmaqalla müşayiət olunan məşhurluğa necə baxırsan?

- Normal baxıram qalmaqala. Heç kim deyə bilməz ki, qalmaqal mənfidir, biabırçılıqdı. Yox e, mənim sənətim də var, hazırda yeni В«Can VətənimВ»in klipini montaj edirəm. Xalq artisti Ramiz Quliyev tar çalır. Bu, mənim üçün böyük şərəfdir. Yoxsa mənim üçün çıxıb “pressada” deyirlər ki, Hüseyn Dərya reper deyil. Azərbaycan repində dəxilsiz insanlar çoxdur. Mən heç kimdən qorxmuram. Sadəcə o cür qeyri-ciddi işlərlə məşğul olmuram.

- Hüseynin bostanına tez-tez daş atırlar?

- Bəli, mən bostanımdan yığıb-yığışdıra bilmirəm daşları.

- Niyə özündənrazısan?

- Özümdən niyə də razı olmamalıyam? Çox razıyam.

- Özünü ulduz sayırsan?

- Mən ulduzam, özü də “konkretni”. Ulduz olmasam, məndən müsahibə götürməzlər ki?

- Nə zaman ağlamısan?

- Kərbəla ziyarətində ağlamışam.

- Fanatların çoxalıb?

- Onu deyə bilmərəm. Konsert edəcəm, onda biləcəm. Ulduz olmaq istəyirəm. Öz varlığımı insanlara göstərmək, şüurlarında, qəlblərində iz buraxmaq arzusundayam. Mən istəyirəm ki, yaşayım, sonra ölənlərin deyil, öldükdən sonra yaşayanların sırasında olum.

- Şou-biznesdə sənə qarşı münasibət necədir?

- Hansısa kanalda Natəvan Həbibi deyib ki, düzünü desək, repi sevdirən Hüseyn Dərya olub. Bu gün Rəmiş mənim haqqımda danışır. Xalq artistləri mənim haqqımda öz fikirlərini söyləyir. Demək, bu səhnədə mən də varam. Çalışacağam ki, hamının çox istədiyi sırada mən olum. Siz də yazanda elə yazın ki, çoxlarının çox istədiyi sırada olasınız.

- Gənc müğənnilərdən kimin ifasını dinləyirsən?

- Hazırda yanımda gənc ifaçı var. Adı Dilarədir. Dilarə özü reperdi. Dilarə xanıma dəstəyəm, istiqamətləndirirəm. Mənim albomumda Dilarə xanımla bir duetimiz olacaq.

Alim Qasımovla qızını dinləyirəm. Azərinin pərəstişkarı olmuşam, indi yoxa çıxıb. Zülfiyyə, Manana, Tünzalə Ağayevaya qulaq asıram. Uşaqlıq dövründə Aygün Kazımovanın pərəstişkarı olmuşam.

- Nəyə nifrət edirsən?

- Dünyaya gəlməyimə nifrət edirəm. Çünki bu dünyada əziyyət çəkmişəm. Çoxlu səhvlər etmişəm, üzü Cəhənnəmə tərəf gedirəm.

- Əzrayılı necə təsəvvür edirsən?

- Gözə görünməyən mələkdir. O, Cəbrayıl Peyğəmbərin qardaşıdır. Biri can alır, o biri can verir. İkisi də Allaha tabe olandır. Heç biri öz istəyi, şüuru ilə hərəkət etmir.

- Əzrayılla Hüseynin dialoqu necə olar?

- Çox gözəl sualdır. Dialoqumuz olar ki, В«Hüseyn döyür qapını. Deyirəm kimdir? Deyir, Əzrayıldı. Açıram qapını, buraxıram içəri. Deyir, Hüseyn gəlmişəm, hazırlaş və mən ona göstərirəm özümdən əvvəlkiləri. Deyirəm, bura qədər gəlmisən, çox sağ ol. Amma bundan sonra planları göstərirəm ki, mən bunları eləmək istəyirəm. Üç il mənə dəyməВ». Onunla dialoqu belə edərdim. Düzdü, o, Allahın hökmü ilə gəlib, özbaşına gəlməyib. O qədər aparmağa insanlar var ki, yer üzünü doldurublar, sən onları apar, yaxşı insanları yer üzündən silmə. Mən onsuz da insanlar üçün yaşayıram. Allah rizası üçün qoy yaşayım, yaxşı əməllərimlə günahlarımı yuyum.

- Həyat fəlsəfən nədir?

- Bir az aqressivdir, bir az dərindir. Hər şeyi mehribançılıqla çözə bilmirəm. Gözlərim o qədər şey görüb ki, mənim yerimə kim olsaydı çoxdan canavarlaşardı. Murad Arifin verilişinə getmişəm. Deyir: “Sən insanlara inanırsan?” Deyirəm: “Hə, inanıram”. Deyir: “Uy da, mənim çox şeylərdən xəbərim var. Sənin yaşadıqlarını kim yaşasaydı, bu gün nifrət edərdi həyatda onlara. İnsan adlı məxluq, gözəl məxluq olduğunu başa düşürəm. Ən gözəl məxluq olduğu üçün mələklər onun yanındadır Cənnətdə. Ən pis, murdar olan insanlar üçün də Cəhənnəm var.

- Ruhun nədən sıxılır?

- Get-gedə insan ömrü daralır. İnsan qəlbində paklıq itir, insan şüuru robotlaşır. Buna da sıxılıram. Əvvəllər yaxşılıq edənlərə deyirdilər, çox yaxşı insandır, müdrik insandı. İndi yaxşılıq edirsən, deyirlər, loxdur. Ona görə sıxılıram. Yalnız öləndə rahatlıq tapacağam. Bir də yatanda. Mənim ömrümün 3-5 ili xoş keçib. 5 ildir türmədən çıxmışam. Bəzi məqamlarda pis günlərim unudulub. Beton üstündə qara çörək yemişəm. Həyatım eniş-yoxuşlu olub.

- Səhnədə yaranan qruplaşmalarda varsan?

- Mən yaralı insanam, yaranan qruplaşmalarda yoxam. Mən dağlı-daşlı yollarda olan döyüşçülərdənəm. Yoxsa asfalta liftlə qalxıb, dənizdə yaxta ilə üzənlərdən deyiləm.

- Şəlalə nə deməkdir sənin üçün?

- Onu deyə bilmərəm ki, məni çox əsəbiləşdirdin. Çünki bu gün bir çox jurnalistlər yığdı, heç birinə cavab vermədim, sadəcə sənə söz verdim, deyə cavab verdim.

- Nail Naiboğlu ilə aranda olan nədir?

- Çətin günlərimdə insanlardan qayğı görmək istəyirdim. Nəvaziş istədim, diqqət umdum. İnsanlar tərəfindən təpikləndim, zərbələrə məruz qaldım. Məndə aqressiv hisslər oyandı, indi də oyaqdır. Naildən küsməmişəm ki, barışım. Mənim haqqımda müsahibə verir, gündəmə gəlmək istəyir. Mən onun adını çəkməmişəm ki. Mən deyə bilərəm, bəzi reperlər də kartof satsa yaxşıdır. Mən ad çəkməmişəm, bəzi sözü demişəm. O, niyə özünə şamil edib, bilmirəm. Məni heç kim yıxa bilməz. İndi görün mənə necə zərbə endirəcəklər. Bir-iki restoranda oxudum, ordan çıxartdılar. Toylara dəvət alıram. Şükür bu günə. Mən söz deyirəm, sözümün üstündə də dururam. Xahiş edirəm nə demişəm elə də yazın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru