Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu .....                     Rusiyadan soydaşlarımızın kütləvi köçü başlayacaq? .....                     Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi .....                     Mikayılov xeyri özgəsinə vermir .....                     Azərbaycan-Rusiya: Bundan sonra nə olacaq? .....                     “Rusiya İlham Əliyevin apardığı müstəqil siyasəti həzm edə bilmir” .....                     ABŞ sülh olmasını və Rusiyanın bölgədən çıxmasını istəyirsə... .....                     Kənd təsərrüfatında məhsul bolluğu problemə çevrilib... .....                     “Zəngəzur dəhlizi İranın bəlkə də ən çox xeyrinə olan variantdır” .....                     "Xaric oxuyan" diplomat .....                     "Azərbaycana və Ermənistana təzyiq olacaq" .....                     Minsk qrupunun ləğvi... .....                     Diplomatiyanın Vaşinqton "paradı": zəruri söz ardı .....                     Büdcəyə milyonlarla ziyan vuran kimlərdir? .....                     "Rusiyanın artıq Zəngəzur dəhlizinə maneə törətmək imkanı yoxdur” .....                     "Rusiyadakı vətəndaşlarımıza qarşı müəyyən tədbirlər həyata keçirilə bilər" .....                     "Atam olduğu üçün demirəm, ondan bir daha olmayacaq" .....                     Paşinyan Bakıya “hə” dedi, 200 hərbçi Ermənistana göndərildi .....                     Region "ƏL DƏYİŞDİRİR": Azərbaycan, ABŞ, Ermənistan üçlüsü .....                     Düzgün ixtisas seçməyən gənc sabah işsiz qalacaq .....                     Rusiyaya heç bir güzəşt olmayacaq: növbəti sanksiya... .....                     “Rusiya Qafqazda hərbi dillə danışa bilməyəcək” .....                     Hökumət səs-küylü addıma hazırlaşır .....                     İşğaldan azad olunan ərazilərdə ən çox nələrə pul xərclənib? .....                     Sülh sazişi tərəflər arasında etibarlı sülh üçün möhkəm təməldir .....                     Azərbaycan İrəvana səfir TƏYİN EDƏCƏK .....                     Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missiyasının fəaliyyətinə xitam verəcək .....                     Dövlət universitetlərində təhsil niyə pullu olmalıdır? .....                     Röya Ayxanın ailəsinə ağır itki üz verdi .....                     Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər .....                     Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə edib .....                     Qafqazda tarixi sülh: Kim uddu, kim uduzdu? .....                     Nazirliyi 6 aylıq xərc hesabatını açıqladı .....                     Qarabağa daha 100 köçün ailəsi köçürüləcək .....                     Dövlət qurumunun 11 milyonluq tenderləri ləğv edildi .....                     Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi teneder müsabiqəsi elan edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsi Xırdalan şəhərində yolların təmiri işlərinin satın alınması i .....                     Xırdalanda bu küçələri hər il təmir edirlər .....                     30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı .....                     Zəngəzura "səmərəsiz ərazi" deyən deputat hər şeyi AYDINlaşdırdı: .....                     Aysel keçmiş ərini həbs etdirmək istəyir .....                 

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin BAŞI DƏRDDƏ - TƏFƏRRÜAT
Tarix: 30-03-2022, 12:24 | Çap et
Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin BAŞI DƏRDDƏ
Azərbaycanın təhsil sistemi yaşadığı problemlərlərdən hələ də qurtula bilmir. Yaxın keçmişə nəzər saldıqda bu sahədə bir neçə nazir dəyişikliyinin şahidi olmuşuq. Bütün yeni təyin olunmuş nazirlərin isə ən birinci vəzifəsi təhsil müəssisələrində rüşvətxorluğun qarşısını almaq olub. Burada rüşvət dedikdə isə şagirdlərin müəllimlərinə verdiyi bayram hədiyyələri, tələbələrin semestr imtahanlarında qiymət almaq üçün verdiyi pullar nəzərdə tutulur ki, hər yeni nazir bir qlobal problem kimi bunun qarşısını alacağını bildirir, təhsil sisteminin əsas qayğılarını, görülməli olan bir çox işləri kölgədə qoyurlar.

Məlum olduğu kimi hər il dövlət büdcəsindən təhsil sisteminə kifayət qədər vəsaitlər ayrılır. Düzdür, son illər ərzində təhsil sahəsində çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Ölkənin şəhər və kəndlərində son illər ərzində minlərlə yeni məktəb binası tikilərək istifadəyə verilib, təhsil müəssisələrinin əsaslı təmir olunması və yenilənməsi istiqamətində də işlər görülüb. Amma son aylarda respublikanın ayrı-ayrı rayonlarında olan kənd məktəblərinin sosial şəbəkələrdə, hətta televiziyada yayılan bərbad vəziyyətə düşmüş görüntüləri bir çox ciddi şübhələrə yol açır, suallar ortaya çıxarır. Rəsmi hesabatlarda hər il yüzlərlə yeni məktəblərin tikilməsi, təmir olunması barədə açıqlamalar verilirsə, bu bərbad vəziyyətdə olan məktəblərin sayı niyə qurtarmır? Niyə hər məktəbin tikintisi zamanı sərf olunan vəsaitlər barədə şəffaf maliyyə hesabatı verilmir?

Yuxarıda qeyd etdiyimiz kimi, son illər ərzində təhsil sisteminə bir neçə nazirin başçılıq etdiyinin şahidi olmuşuq. Bu nazirlərin orta məktəblərdəki xırda problemlərlə uğraşdıqlarını, ictimai diqqəti məktəblərdə təhsilin keyfiyyətinin artırılmasına deyil, müəllimlərə verilən hədiyyələrə yönəltdiklərini də gördük. Amma dövlətin təhsil sahəsinə ayırdığı vəsaitlərin xərclənməsi zamanı şəffaflıq və effektivliyin təmin edilməsi istiqamətində konkret addımların atıldığını görmədik.

Elə götürək sonuncu nazir Emin Əmrullayevi. Üç aydan sonra onun Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsinin ikinci ili tamam olacaq. Təyinatının ilk günlərində onun gənc kadr kimi ölkəmizdə təhsilin keyfiyyətini artıran yenilikçi bir nazır olacağı qabardılırdı. Amma bu iki ilə yaxın müddət ərzində ölkə əhalisi islahatçı nazırdən ümumi auditoriyaya hazırlanmış çıxışlarından başqa heç bir yenilik görmədi. Emin Əmrullayev də sələfləri kimi ilk günlərdən müəllimlərə verilən hədiyyələri ictimaiyyətin gözünə soxdu, lakin təhsil infrastrukturunun yenilənməsinə ayrılan vəsiatlərin səmərəli xərclənməsinə və korrupsiyaya uğramasının qarşısını almaq barədə konkret açıqlamalar vermədi, addımlar atmadı.

Yəni, sözügedən nazirlikdə təhsil müəssisələrinin yenidənqurulması, təmiri və tikintisinə ayrılan külli miqdarda dövlət vəsiatləri əvvəlki illərdə olduğu kimi, hələ də səmərəli xərclənmir və müxtəlif üsullarla təyinatından kənara sərf olunur.

Aktualinfo.orq bu barədə məlumatı bu günlərdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin fəaliyyətindən narazı olub məhkəməyə müraciət edən sahibkardan əldə edib. Hazırda iş Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır və aprelin 5-də məhkəmə prosesi başlayacaq. “TƏMİR-QURAŞDIRMA-2016” MMC-nin qanuni nümayəndəsi Vüqar Süleymanovun redaksiyamıza surətini təqdim etdiyi iddia ərizəsində məhkəmədən nə tələb olunur? İddiaçı yazır ki,

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında 26 may 2021-ci il tarixli Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılmışdı. Həmin Sərəncam əsasında, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən “respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinə dair” təkliflər sorğusu proseduru üzrə elan verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 may tarixli Sərəncamına Əlavədə nəzərdə tutulan Azərbaycan Respublikasının müxtəlif rayonlarında 31 modul tipli məktəbin quraşdırılması işlərinə dair müqavilənin tələb olunan yerinə yetirilmə müddəti-dekabr 2021 müəyyən edilmişdir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olaraq bizi də bu iş çox maraqlandırdı. Bəzi saytlardan https://azertag.az/xeber/1790247 əldə etdiyimiz məlumatlara görə ehtimal dəyəri on milyon (10 000 000.00 ) manat olan 31 ədəd modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulmuşdur. Satınalmada iştirak etmək məqsədi ilə tender komissiyasına dəfələrlə müraciət etməyimizə baxmayaraq heç nə əldə edə bilmədik. Belə ki, biz 07 iyul 2021-ci il tarixdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Tender Komissiyasına elektron qaydada yazılı müraciət etmişik və həmin müraciətdə deyilir:
Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması ilə bağı müsabiqədə iştirak etmək istəyirik. Bununla əlaqədar təkliflər sorğusunda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı, iştirak haqqı məbləği və rekvizitləri e-mail ünvanımıza göndərməyinizi xahiş edirik. Vüqar Süleymanov. “TƏMİR-QURAŞDIRMA-2016” MMC; VÖEN 0555397716.”
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Tender Komissiyasından bizə elektron qaydada cavab olaraq bildirilmişdir ki, “Bu sənədlər kağız daşıyıcısı formasında Tender Komissiyasına təqdim olunmalı, sənədlərin təhlilindən sonra Sizin satınalma prosedurunda iştirakınız məsələsinə baxılacaqdır.”
Sonradan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunlarına zidd olaraq, “TƏMİR-QURAŞDIRMA-2016” MMC-nin həmin satınalmada iştirak etməməsi üçün hər cür maneələr yaratdılar. Hətta yuxarıda qeyd etdiyimiz kimi şərtləri çətinləşdirmək məqsədi ilə elanı da dəyişdirib ikinci elan verdilər və ikinci elanda olan şərtlər birinci elandakı şərtlərdən çox ağır olmuşdur. Modul tipli məktəblərin quraşdırılmasını qiymətləndirmək məqsədi ilə saytda göstərilən ərazilərdəki Ağsu, Şabran, Quba, Gədəbəy, Xaçmaz və digər rayonlarda məktəblərə baxış keçirdik.
Gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Bildirirəm ki, satınalma oyunu başlamamış məktəblərin bəzilərində 50%, bəzilərində isə 70%-i quraşdırılmışdı (şəkillər əlavə olunur). Bunları hansı şirkət və ya kim tərəfindən quraşdırılmasını öyrənmək mümkün olmamışdır. Qeyd edirəm ki, heç bir sahibkar satınalmada qalib olmamış, müqavilə bağlamamış öz vəsaiti hesabına bu işləri heç bir vaxt görməzdi. Bildiyimizə görə bu işləri Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəhbəri Anar Axundovun qohumlarının adlarına təsis edilmiş
müəssisələr tərəfindən qeyri-qanuni yollarla nəğd hesablaşmalar üsulu ilə aparılmışdır. Hətta orada çalışan işçilərin əmək haqlarının da nəğd qaydada ödənilməsini öyrəndik.
Bu qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara şikayət etdiyimi bildikdə, 22.07.2021-ci il tarixdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təçhizat İdarəsində satınalma komissiyanın sədri olan Sirac Əliyev modul tipli məktəblərin quraşdırılması ilə bağlı idarənin rəis müavini Fərhan Əliyevin mənimlə görüşmək istədiyini bildirdi. Görüş zamanı onlara, satınalma müqaviləsi və digər sənədləşmələr olmadan qanunsuz olaraq işlərin 70%-nin görüldüyünü və bu halların Azərbaycan Respublikasının Qanunvericiliyinə, Prezidentimiz cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına zidd olduğunu bildirdim. Fərhan Əliyev bu qanunları kənara qoymağı, onların qanunsuz işlərininə qarışmamağı və şikayət etməməyi məsləhət gördü və mənə bildirdi ki, “Sizə modul tipli məktəbləri quraşdırılmasını verə bilmərəm. Gedin ayrı işlə məşğul olun. Sizə bunun muqabilində xırda təmir işləri verə bilərik.” Bu da rüşvətin başqa yeni bir formasıdır. Qalib olacaq təşkilatın Anar Axundovun qohumlarına aid olduğunu bilirdim. Mən onlara modul tipli məktəblərin quraşdırılmasında iştirak etməkdə israrlı olduğumu bildirdim və şikayət məktublarımı aidiyyatı orqanlara göndərdim.
Növbəti gün Cirac Əliyev mənə telefon açdı. Fərhan Əliyevin mənim modul tipli məktəblərinin quraşdırılmasıda iştirak etməyim üçün Təhsil Naziri Emin Əmurullayevdən razılıq aldığını və adıma yeni təsis edilmiş təşkilatın yaradılmasının vacib olduğunu bildirdi. 26.07.2021-ci il tarixdə modul tipli 30 məktəbin quraşdırılması işlərinin satınalınması üçün keçirilən qaununsuz satınalmada 9,8 milyon manatla qalib elan olundu. Qeyd etdiyim kimi satınalma oyunu başlamamış məktəblərin 70%-i quraşdırılmışdır. Saytda elan edilmiş ehtimal qiymətlərlə görülən işləri müqayisə etdikdə qiymətlər 5 dəfədən çox şişirdilmişdir. Məsələn, Ağsu rayonun Təklə kəndində quraşdırılmış məktəbi 350 000.00 manata deyil, 75 000.00 manata quraşdırmaq olardı. (şəkillər əlvə olunur). Biz bu vəsaitlə 30 deyil, 45 modul tipli məktəb və 40 idman meydancası inşa edə bilərdik. Məktəblərin quraşdırılmasında istifadə edilən materiallar çox ucuz və keyfiyyətsiz olmasının şahidi olduq. Belə ki, sendviç panel (1 kv.m-35 manat) deyil, profnastil dəmir lövhələr (1 kv.m-5 manat) və daş yundan (1 kv.m-2 manat) istifadə edilmişdir.

Görülən işləri hansı materiallarla, hansı formada və hansı vəsait hesabına olacağını bilən və bunlara nəzarət edən sifarişçi təşkilat Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsidir. Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsidnə digər işlər də belə həll olunur. Yəni, 23.07.2021-ci il tarixdə satınalma portalında elanı verilmiş Oğuz rayon məktəblərində Balakən rayonu məktəblərində cari təmir işləri, Ağsu rayonu 5 saylı məktəbində
(elan 02.07.2021-ci il, zərflərin açılışı 07.08.2021-ci il) və bunun kimi digər rayonlarda da əsaslı təmir işlərinin satınalma prosesi başa çatmamış icra olunacaq işlər artıq yekunlaşmaqda olmuşdur. Digər cari təmir işləri də eyni formada aparılmışdır. Ümumiyyətlə bu idarənin gördüyü işlər demək olar ki, hamısı eyni vəziyyətdə olmuşdur. Çox təəssüf ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində bunun kimi qanunsuzluqlar və dəhşətli dərəcədə qiymət şişirdilmələri saysız-hesabsızdır. Lakin bu günə kimi operativ araşdırılması tələb olunun işlərə yanaşma qeyri-ciddi olmuşdur. Belə ki, bir neçə belə satınalmalar başa çatmışdır. Belə aydın olur ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin məqsədi həqiqi real dövlət satınalması keçirtmək yox, gözdən pərdə asaraq işləri öz müəsisələrinə ötürməkdir.
Göründüyü kimi, formal, yəni “gözdən pərdə asmaq” üçün keçirilən və nəticələri uzun müddət əvvəl məlum olan və saxta xarakter daşıyan satınalmalarda iştirak etmək və qalib olmaq mümkün deyildir, çünki əvvəlki illərdə olduğu kimi, satınalmalarda həyata keçirilməsi nəzərdə tutulan işlər qanunsuz yollarla Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəhbərliyinin qohumlarının adlarına təsisi edilmiş müəssisələr tərəfindən icra edilmişdir.
Vergi ödəyicisi olaraq “TƏMİR-QURAŞDIRMA-2016” MMC-nin sahibkarlıq subyekti kimi bərabər əsaslarla, bərabər hüquqlarla və bərabər imkanlarla qeyd edilən dövlət satınalmalarında iştirak etmək hüquqları qanunsuz və əsassız olaraq məhdudlaşdırılmış, ona bu satınalmalarda iştirak etməyə imkan verilməmiş və sahibkarlıq subyekti olaraq xidmət göstərmək və qazanc əldə etmək hüququndan məhrum edilmişdir.
Bildirirəm ki, qeyd edilən qanunsuzluqlarla bağlı ilk növbədə Sizlərə, şikayət qaydasında isə cənab Prezidentə, Baş Prokurora, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, satınalmalar üzrə işlərin həyata keçiriləcəyi şəhər və rayonların prokurorlarına və digər səlahiyyətli dövlət orqanlarına dəfələrlə müraciətlər etmişik.

Sahibkar sonda ümidini məhkəməyə bağladığını və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində vəzifəli şəxslərin bu kimi qanunazidd əmələrinə ədalətli, hüquqi qiymət veriləcəyinə əmin olduğunu bildirir.

Göründüyü kimi, Təhsil Nazirliy bu gün ölkədə əhalinin başını məktəblərdə olan xırda problemləri həll etməklə aldadır. Amma təhsil sistemində olan ən böyük problemlər dilə gətirilmir. Burada ən böyük problem isə dövlət vəsaiti hesabına həyata keçirilən təhsil müəssisələrinin əsaslı tikinti və təmir məsələlərində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitlərin səmərəli istifadəsinin təmin edilməsindədir. Buna isə nəzarət ya yox dərəcəsindədir, ya da nəzarət etmək istəmirlər. Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin dövlət satınalmaları yolu ilə həyata keçirdikləri işlərdə səlahiyyətli şəxsləri tərəfindən yol verilən saysız-hesabsız özbaşınalıq, saxtakarlıq, vəzifədən sui-istifadə və sair qanunsuzluq halları da buna bir misaldır.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu - FOTO
Bu gün, 07:01
Rusiyadan soydaşlarımızın kütləvi köçü başlayacaq? - Görünəni odur ki...
Bu gün, 06:58
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Bu gün, 06:57
Mikayılov xeyri özgəsinə vermir - deputatla anlaşdı
Bu gün, 06:55
Azərbaycan-Rusiya: Bundan sonra nə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 06:48
“Rusiya İlham Əliyevin apardığı müstəqil siyasəti həzm edə bilmir” - FAKT BUDUR!
Bu gün, 06:45
ABŞ sülh olmasını və Rusiyanın bölgədən çıxmasını istəyirsə... - Ermənistana daha çox təzyiq etməlidir
Bu gün, 06:43
Kənd təsərrüfatında məhsul bolluğu problemə çevrilib... - Azərbaycan Körfəz ölkələrinə üz tuta bilər...
Bu gün, 06:41
“Zəngəzur dəhlizi İranın bəlkə də ən çox xeyrinə olan variantdır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:39
"Xaric oxuyan" diplomat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:36
"Azərbaycana və Ermənistana təzyiq olacaq" - AMMA...
Bu gün, 06:35
Minsk qrupunun ləğvi... - sıradan bir hadisə deyil...
Bu gün, 06:32
Diplomatiyanın Vaşinqton "paradı": zəruri söz ardı - AKTUAL
Bu gün, 06:30
Büdcəyə milyonlarla ziyan vuran kimlərdir? - Ağır onkoloji xəstələrin adına açılan "şirkət"lər
Bu gün, 06:28
"Rusiyanın artıq Zəngəzur dəhlizinə maneə törətmək imkanı yoxdur” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:18
"Rusiyadakı vətəndaşlarımıza qarşı müəyyən tədbirlər həyata keçirilə bilər" - NƏ ETMƏLİ?
Bu gün, 06:16
"Atam olduğu üçün demirəm, ondan bir daha olmayacaq"
Bu gün, 06:13
Paşinyan Bakıya “hə” dedi, 200 hərbçi Ermənistana göndərildi – Proses qızışır
Bu gün, 06:11
Region "ƏL DƏYİŞDİRİR": Azərbaycan, ABŞ, Ermənistan üçlüsü - Bəs Rusiya NƏ EDƏCƏK?
Bu gün, 06:08
Düzgün ixtisas seçməyən gənc sabah işsiz qalacaq - DİQQƏT
Bu gün, 06:02
Rusiyaya heç bir güzəşt olmayacaq: növbəti sanksiya... - AÇIQLAMA
Bu gün, 05:58
“Rusiya Qafqazda hərbi dillə danışa bilməyəcək” - FAKT BUDUR!
Bu gün, 00:20
Hökumət səs-küylü addıma hazırlaşır – “Bu qurum ləğv edilir, kadr islahatları aparılır, Rusiyaya bağlı şəxslər…”
Bu gün, 00:17
İşğaldan azad olunan ərazilərdə ən çox nələrə pul xərclənib? - SİYAHI
Dünən, 18:02
Sülh sazişi tərəflər arasında etibarlı sülh üçün möhkəm təməldir - Paşinyan
Dünən, 17:59
Azərbaycan İrəvana səfir TƏYİN EDƏCƏK - BUNDAN SONRA...
Dünən, 17:54
Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missiyasının fəaliyyətinə xitam verəcək - DETALLAR
Dünən, 17:48
Dövlət universitetlərində təhsil niyə pullu olmalıdır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:03
Röya Ayxanın ailəsinə ağır itki üz verdi
Dünən, 16:59
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər - FOTO
Dünən, 16:54
Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə edib
Dünən, 16:50
Qafqazda tarixi sülh: Kim uddu, kim uduzdu? - GÜNDƏM
Dünən, 16:48
Nazirliyi 6 aylıq xərc hesabatını açıqladı - DETALLAR
Dünən, 16:46
Qarabağa daha 100 köçün ailəsi köçürüləcək - TENDER NƏTİCƏSİ
Dünən, 16:43
Dövlət qurumunun 11 milyonluq tenderləri ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 16:41
Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi teneder müsabiqəsi elan edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsi Xırdalan şəhərində yolların təmiri işlərinin satın alınması i - KİV
Dünən, 16:39
Xırdalanda bu küçələri hər il təmir edirlər – Bu il də olacaq
Dünən, 16:38
30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı - TƏFƏRRÜAT
Dünən, 16:35
Zəngəzura "səmərəsiz ərazi" deyən deputat hər şeyi AYDINlaşdırdı: - "Qəsdən təhrif..."
Dünən, 16:31
Aysel keçmiş ərini həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Dünən, 16:01
Paşinyanın “diplomatik marafonu”: Ağ Evdən çıxıb Makrona hesabat verdi - AKTUAL
Dünən, 15:58
Sumqayıt Apellyasiya Məhkəməsinin qalmaqallı eks vəkil Sevil Hacıyeva bаrəsində qərаrı - 6 ay elektron QOLBAQ TAXACAQ
Dünən, 15:52
Avropa İttifaqının Ermənistan missiyası: - Uğursuz təşəbbüs və siyasi iflas
Dünən, 15:50
Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat olub
Dünən, 15:18
Putin Paşinyanla telefonla danışıb
Dünən, 14:38
"Ola bilsin ki, həqiqətən də İranla da hansısa məsləhətləşmələr olub..." - Zərdüşt Əlizadənin ŞƏRHİ
Dünən, 14:36
Elşad Abdullayev haqda ilkin istintaq bitdi - TƏFƏRRÜAT
Dünən, 14:24
Parıltı İçində Cazibə - FOTO
Dünən, 14:16
Milli Depozit Mərkəzindəki hesabların 40 faizə yaxını fəaliyyətsizdir
Dünən, 13:01
İran Ermənistana xəbərdarlıq etdi
Dünən, 12:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru