Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                 

Ali Məclisin “daimi deputat”ı Naxçıvan “xan”ına ilişdi... - “İllərdir “Uzunoba” restoranını yoxlamırlar?”
Tarix: 22-03-2022, 11:48 | Çap et
Ali Məclisin “daimi deputat”ı Naxçıvan “xan”ına ilişdi...
YAP-ın Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli maraqlı status paylaşıb.

Ovqat.com-un məlumatına görə, Elman müəllim facebook statusunda ailəsi ilə birlikdə Uzunoba su anbarının qoynunda fəaliyət göstərən eyni adlı restorana getdiyini və obyektin antisanitar vəziyyətindən ürəyi bulanıb yemək yemədən oranı tərk etmək məcburiyyətində qaldığını ürək yanğısı ilə bildirmişdi.

Ali Məclisin “daimi deputat”ı Naxçıvan “xan”ına ilişdi...

Soruşa bilərsiniz: Burda nə var? YAP sədrinin bu statusunu niyə bu qədər dəyərə mindiririk?

Statusu dəyərli edən bir neçə səbəbi var: Əvvəla, Elman Cəfərli elə-belə adam deyil. O, Naxçıvan şəhər YAP-nın sədri olmaqla yanaşı, həm də Muxtar Respublika Ali Məclisinin “daimi deputatı”dır. Naxçıvan “xanı” ona Muxtar Respublika əhalisi adından 4 dəfə mandat verib, türklər demişkən, millət vəkili “yapıb”. Sözsüz ki, bir “deputat”ın sözünün çəkisi adi insanların dedi-qodularından daha dəyərlidir.

Elman Cəfərli həm də alimdir. 2000-ci ildən Naxçıvan Dövlət Universitetində işləyir. Bu 22 il ərzində alnının təriylə suvardığı elm bağçası ona dosentlik statusu qazandırıb. İndiyədək 4 kitab, 60-dan çox elmi məqalə qələmə alıb. Tarix elmləri üzrə fəlsəfə doktorudur. Hazırda NDU-nun “hüquq fənləri” kofedrasının dosentidir. Başqa sözlə desək, yazmaq sahəsində xüsusi təcrübəyə malik olan Elman müəllim qələmindən çıxan hər kəlmənin ağırlığını bilən, 100 fikirləşib, 1 deməyi bacaran adamdır və bir söz xiridarı kimi o, xırda quşlara daş atmaz. Yəqin razılaşarsınız ki, peyğəmbərimizin “alim öldü – aləm öldü” deyərək öydüyü bu cür insanların sözləri yabana atılmamalıdır, biz sadə insanlar tərəfindən paylaşılmalıdır ki, hər kəs qızıldan qiymətli fikirlərdən yararlansın.

Ali Məclisin “daimi deputat”ı Naxçıvan “xan”ına ilişdi...

Ən əsası isə Elman Cəfərlinin ilişdiyi obyekt də sıradan bir yeməkxana, hansısa məktəbin bufeti deyil. Söhbət Naxçıvan “xanı” Vasif Talıbovun şəxsi mülkiyyətindən gedir. Təbii ki, alim və Ali Məclisin “daimi deputatı” olan Elman Cəfərli ilk baxışdan bu statusu ilə “Uzunoba” restoranının gerçək sahibinə ilişmək niyyəti güdməyib. Onun tənqid oxu restoranı işlədən kollektivə yönəlib. Bununla belə, “Uzunoba” restoranın işlətməçiləri məhz arxalarında dağ kimi dayanıb yarpaq kimi əsən Vasif Talıbov həzrətlərinə güvəndiklərindən obyektin antisanitar vəziyyəti ilə maraqlanmır, 6 nəfərlik ailəyə 4 stul ayarlayır, müştəriləri ilə etik normalara sığmayacaq şəkildə rəftar edir, heç kimdən, hətta Naxçıvan MR Ali Məclisinin “daimi deputat”ından belə çəkinmir. Təsəvvür edin; hörmətli deputat “Uzunoba” restoranının işlətməçilərindən o qədər çəkinir ki, hətta yemədiyi xörəklərin pulunu ödəyib oranı tərk edir. Müəllif öz statusundakı “Adicə qab-qacağı yudurtmağı belə özünə rəva bilməyən Uzunoba restoranı, güman edirəm ki, müvafiq dövlət qurumları tərəfindən çoxdandır yoxlanılmır” sözləri ilə bu obyektin “fövqəlbəşər” qüvvələr tərəfindən himayə edildiyinə eyham vurur. Bu baxımdan sözügedən Facebook statusunu Naxçıvan ziyalılarının “xan” üsul-idarəsinin özbaşınalıqlarına qarşı üsyanı kimi də dəyərləndirə bilərik.

Ali Məclisin “daimi deputat”ı Naxçıvan “xan”ına ilişdi...

Sözü daha çox uzatmadan barəsində danışdığımız bu cəsarətli statusu olduğu kimi nəzərinizə çatdırırıq:

“Dostluğumda olan hamı bilir ki, mən heç vaxt bu tip status paylaşmamışam. Amma bu gün qarşılaşdığım mənzərə tam fiasko idi deyə, məsələyə münasibət bildirmədən keçməyəcəm. Bu gün həm bayramdır, həm də ailəmiz üçün özəl bir gündür deyə, qərara aldıq ki, şəhərdən kənarda bir yerdə ailəvi yemək yeyək. Hava soyuq olduğundan, düşündüm ki, çox da uzağa deyil, Uzunoba gölünün kənarındakı yeməkxanaya getsək yaxşı olar. Bir neçə saat əvvəl sifariş verdik və getdik. Getdiyimizdə ilk andan biabırçı bir mənzərə ilə qarşılaşdıq. Sifariş etdiyimdə 6 nəfərlik dediyim otağı 4 nəfər üçün hazırlamışdılar. Ailəvi gəldiyimizi və bir neçə saat əvvəl sifariş verdiyimi nəzərə almadan çöldəki temperaturun eyni olan bir otağa dəvət olunduq. Stolun üzərindəki servis qab-qacağı bərbad vəziyyətdə, çəngəllər qapqara, içləri yemək qırıntısı dolu.

Ali Məclisin “daimi deputat”ı Naxçıvan “xan”ına ilişdi...

Otağın soyuqluğundan şikayət etsəm də, yalnız oranı tərk etdikdə, ortalıqda gəzənlər anladılar ki, ciddi şəkildə narazıyıq və getmək istəyirik, başladılar elektrik plitəsi və başqa bir otaq təklif etməyə. Halbuki 10 dəqiqə əvvəl başqa bir otaq istədikdə, bütün otaqların dolu olduğunu söyləmişdilər. Qarsonların donuq və etikasız davranışını xüsusi qeyd etməyə ehtiyac yoxdur, çünki o çirkin ortamda başqa cür olmazdı yəqin ki. Bir sözlə, Uzunoba restoranından iyrənib çıxdım. Yenə öz etik səviyyəmi qoruyub, sifariş etdiyim yeməkdən imtina etmədim, pulunu ödəyib, paketlədib götürdüm. Amma mənə aydın oldu ki, harınlıq insanları başqalarına münasibətdə hansı simasızlığa qədər sürükləyir. Adicə qab-qacağı yudurtmağı belə özünə rəva bilməyən Uzunoba restoranı, güman edirəm ki, müvafiq dövlət qurumları tərəfindən çoxdandır yoxlanılmır. Ona görə də, onun sahiblərinə pul qazandırmaq və müqabilində istirahət etmək istəyən vətəndaş bu gün mənim qarşılaşdığım iyrənc və ürək bulandıran mənzərə ilə qarşılaşmış olur. Sonunda isə qazandığı korlanmış əhval və məhv olmuş plan olur. Onlarda isə adi bir utanc hissi də olmur, çünki irad bildirdikdə adi bir üzr istəmək mədəniyyəti də yoxdur”.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru