Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                 

Hakimiyyət daxilində gözlənilən növbəti ələmə prosesi – Bu dəfə “savaşcıl” komitə sədri “vurulur” - GÖZLƏNTİ
Tarix: 27-05-2014, 11:21 | Çap et
Hakimiyyət daxilində gözlənilən növbəti ələmə prosesi – Bu dəfə “savaşcıl” komitə sədri “vurulur”
DİA.AZ: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova qarşı cinayət işi açıla bilər. Bildirək ki, hələ bir müddət əvvəl Qərib Məmmədovun özü hücumda idi. Belə ki, davamlı olaraq bələdiyyələri hədəfə alan və hətta bəzi icra hakimiyyəti başçılarını topa tutaraq, onları bələdiyyələrin qanunsuz torpaq zəbtetmə prosesində maraqlı tərəf kimi çıxış etdiyini aşkar surətdə ifadə edən Qərib Məmmədovun özü bu gün məhz torpaq maxinasiyalarına görə hədəfə çevrilib.

Qərib Məmmədov kimdən şübhələnirdi?

İlk olaraq Qərib Məmmədovla bağlı bəzi məqamları diqqətinizə çatdıraq. Bildirək ki, zaman-zaman onun barəsində mətbuatda müxtəlif ittihamlar səslənib. Hətta bu ittihamlara DTXK-dan qəribə bir reaksiya da verilib. Dövlət komitəsinin mətbuata verdiyi açıqlamada aşkar surətdə Qərib Məmmədovu narahat edən məqamlar hiss olunub.

Belə ki, jurnalistin DTXK əməkdaşları tərəfindən işlənən sıradan bir qanunsuzluqla bağlı sualına В«Biz bilirik bunu kim yazdırır, hamısı Kərəm Həsənovun başının altından çıxırВ» deməsi, artıq Qərib Məmmədovu narahat edən başlıca məqamı KİV-lər üçün tam çılpaqlığı ilə ortaya qoymuş oldu. Və bunun ardından da mətbuatda Qərib Məmmədovla Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun arasındakı mübhəm ədavətlə bağlı silsilə materiallar dərc olunmağa başladı.

Mətbuat isə tam olaraq haqlı idi. Çünki adamların özləri Qərib Məmmədovu sevməyən fiquru təqdim etmişdilər və bu yöndə aparılan araşdırmalar da ortaya ilginc məşqamları çıxardı. Aydın olurdu ki, Qərib Məmmədovla Kərəm Həsənovun arasındakı düşmənçilik dəfələrlə müzakirə predmeti olub və hətta hakimiyyətin ən üst düzəyində belə bu olay yetərincə çözələnib.

Qərib Məmmədov Kərəm Həsənovu yerində oturda bilib

Bu da bir faktdır. Qərib Məmmədov Kərəm Həsənovu onu hədəfə almasını və barəsində ifşaeidici faktları mətbuata ötürməsini əsas gətirərək, bu yöndə ciddi dəlilləri əldə edərək В«yuxarılarınВ» qarşısında ciddi hesabatla çıxış edib, bu da mətbuatda yazılanlardandır.

Bu barədə KİV-lərin yazdıqlarından belə anlaşılır ki, Qərib Məmmədov təxminən keçən ilin ortalarında Kərəm Həsənovla В«razborkaВ»sını tam olaraq çürütməyə müvəffəq olub. Və nəticədə Kərəm Həsənova Qərib Məmmədova qarşı kampaniya aparması səbəbindən ciddi xəbərdarlıq edilib.

Bununla bağlı yeni faktları diqqətimizə təqdim edən hökumət içindəki mötəbər mənbə В«Gündəm XəbərВ» qəzetinə açıqlamasında bildirir ki, Qərib Məmmədov istəyinə nail ola bilməsi üçün heç də böyük əziyyət çəkməli olmayıb. Əslində rəqib cinah - yəni Kərəm Həsənovun ətrafı Qərib Məmmədovun işini xeyli asanlaşdırıb.

Redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, Qərib Məmmədova yaxın KİV-lərdən biri ona qarşı kampaniyanın aparılması üçün Kərəm Həsənovun müavinlərindən birinin sifarişini alı rvə bu sifarişin icrasının müqabilində böyük pula mükafatlanacağı vədini alır. Təbii ki, bütün bu proses nəzarətə götürülür və nəhayətdə Qərib Məmmədov əldə etdiyi (hətta DTXK sədrinin əlində audioyazının olduğu da deyilir -red.) dəlilləri В«yuxarılaraВ» - ən üst səviyyəyə təqdim edir.

Mənbə bildirir ki, bununla da Qərib Məmmədov nəinki böyük bir dalğanın qarşısını almağa müvəffəq olur, həm də rəqibi Kərəm Həsənovu belə çıxdaş edəcək səviyyədə qüdrət sahibi olur. Xatırlayırsınızsa, bir ara Kərəm Həsənovla bağlı tənqidi materiallar mətbuat üçün ən rahat mövzulardan birinə çevrilmişdi. Mənbəmiz iddia edir ki, məhz həmin ərəfədə artıq Qərib Məmmədov qələbəsinin təntənəsini qeyd etməkdə idi.

Qərib Məmmədov-Kərəm Həsənov davasının sirri…

Qərib Məmmədovla Kərəm Həsənovun ədavətinin mahiyyətinə gəlincə isə bu iki komitə sədrinin davasının kökündə də elə torpaq məsələsi dayanır. Bununla bağlı redaksiyamıza danışan mənbə iddia edir ki, hətta iki komitə sədrinin torpaq davası hətta zaman-zaman hakimiyyət dəhlizlərində belə ironik reaksiyalarla müşaiyət olunub.

Mənbənin söylədikləri: В«Təsəvvür edin, torpaqları işğal altında olan bir məmləkətin iki komitə sədri torpaq uğrunda dava aparır… Kərəm Həsənovla Qərib Məmmədov Xəzər Dənizinin sahilləri uğrunda davanın qəhrəmanlarıdır. Həmin bahalı yerlərə hər iki dövlət komitəsi iddialı olduğundan bu mübarizədə zamanında qalib tərəf kimi çıxış edən ƏMDK sədri sonradan DTXK tərəfindən yaradılan ciddi problemlərin qarşılığı olaraq Qərib Məmmədovu mətbuatda topa tutmaq qərarını verirВ».

Mənbəmizin iddialarına görə, bununla iki komitə sədrinin arası açılır: В«Qərib Məmmədov işi o həddə çatdırırır ki, Kərəm Həsənovu tələyə sala bilir. Ardından da bəlli olaylar baş verir. Kərəm Həsənov Qərib Məmmədovun tələsində artıq özünə olan etimadı tam olaraq itirirВ».

Qərib Məmmədov nədən hədəfə çevrildi?

Bununla bağlı danışan mənbəmiz iddia edir ki, artıq böyük güclərin maraq mərkəzində olan TORPAQ DAVASINDA Qərib Məmmədov da çox kiçik fiqurdur: В«Artıq daha iri ranqlı və daha imkanlı oliqarx-məmurlar torpaqların peşinə düşüblər. Təbii ki, Bu zaman Qərib Məmmədov kifayət qədər xırda fiqur hesab olunur. Onun Devlərin döyüşündə tərəfə çevrilməsi bir yana, başını dinc saxlamasının özü belə, böyük bir uğur kimi dəyərləndirilə bilərВ».

Məhz bu müstəvidə hədəfə çevrilən Qərib Məmmədovun bu gün iqtidar düşərgəsinin önəmli fiqurlarından biri tərəfindən В«vurulduğuВ» da bir faktdır. Məlumatlı mənbənin söylədikləri: В«Qərib Məmmədov da В«qırmızı xəttiВ» keçib. Onunla bağlı qərar verilmiş hesab oluna bilər. Çünki bu dəfə ona qarşı zamanında Fərhad Əliyevin kadrı kimi meydana atılmış və o qədər də dişli hesab olunmayan Kərəm Həsənov yox, daha iri fiqurlar diş qıcayıb. Qərib Məmmədov bu dəfəki yanlışlarını hansısa əks effektli şantaj gedişləri ilə ört-basdır edə bilməyəcək. Həm də onun qərarı verilib. Bunu Qərib müəllimin özü də yaxşı başa düşür. Bu gün Azərbaycanın ümumi Torpaq Atlasının hazırlanması ilə başını qatmaq zorunda qalan Qərib Məmmədov artıq böyük pullar uğrunda mübarizə müstəvisindən kənarlaşdırılmış vəziyyətdədirВ».

Mənbə iddia edir ki, Qərib Məmmədov da bu ilin sonlarına nəzərdə tutulmuş BÖYÜK KADR İSLAHATI DALĞASINDA veriləcək qurbanlardan biridir…

Mövzunu davam etdirəcəyik…

Orxan GƏNCƏLİ - "Gündəm Xəbər" qəzeti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru