Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır .....                     “Kitablarımı qaytarmırlar” .....                     Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                     Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı .....                     Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı .....                     Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb .....                     “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” .....                     Bu qürurun başlanğıcı tarixi Zəfərdir .....                     20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür .....                     Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi .....                     Putinin masasındakı “gizli qovluq”da nələr var? .....                     Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb .....                     Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı .....                     Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... .....                     Sülhün qarşısında OHANYAN SƏDDİ .....                     Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb .....                     Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Cəlilabadda ağacyeyənlər peyda olub .....                     Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... .....                     Sülh müqaviləsi tezləşir .....                     Qardaş olub İngilistan... Azərbaycan... .....                 

EVLƏR YIXAN, AİLƏLƏRİ DAĞIDAN - "TOPAZ"
Tarix: 8-03-2013, 11:52 | Çap et
EVLƏR YIXAN, AİLƏLƏRİ DAĞIDAN - "TOPAZ"
FUTBOL QUMARI KİMİN İNHİSARINDADIR?

Azərbacanda bir sıra mərc oyunlarını leqallaşdırılaraq onların qanuni fəaliyyətinə şərait yaradılıb. Vaxtilə ölkə ərazisini bürümüş qanunsuz totalizatorların fəaliyyəti indi qanunvericiliklə tənzimlənir. Xatırladaq ki, Milli Məclis “Bədən Tərbiyəsi və İdman haqqında” qanuna dəyişiklik edərək idmanın lotereyalar və totalizatorlar vasitəsi ilə maliyyələşdirilməsini nəzərdə tutan yeni müddəa daxil edilib. “Totalizatorların keçirilmə qaydaları haqda” əsasnamə təsdiq edildikdən sonra totalizatorlar Gənclər və İdman Nazirliyi nəzdində yeni yaradılan şöbənin nəzarətinə verilib. Artıq bukmeyker kontorları yalnız dövlət nəzarəti altında xüsusi lisenziya ilə fəaliyyət göstərirlər. Artıq neçə illərdir ki, totalozatorlardan əldə olunan vəsaitin 70 faizi Gənclər və İdman Nazirliyinə, 30 faizi isə AFFA və digər idman növlərinin inkişafına yönəldilir. Məsələ orasındadır ki, bukmeyker kontorlarında onlar üçün yaradılmış şəraitdən sui-istifadə halları tüğyan etməkdədir. Vaxtilə qanunsuz olaraq cayxanalarda təşkil edilən mərc oyunları indi acıq şəkildə “Topaz”larda davam etdirilir. Bukmeyker kantorlarının statusu dəyişsə də onların fəaliyyəti və iş prinsipi olduğu kimi qalıb. Yenə də “Topaz” totalizator məntəqələrindəki mənzərə siqaret tüstüsünün yaratdığı duman, qızğın mübahisələr, dava-dalaş və dəmir barmaqlıqdan ibarətdir. Hazırda isə bu biznes növü Azərbaycanda daha geniş vüsət alıb. Ölkənin istənilən bölgəsində bukmeyker kontorlarına rast gəlmək olar. Bu isə bu sahədə fəaliyyət göstərən şirkətlər arasında ciddi rəqabəti yaradıb. Rəqabətdə udmaq üçün bukmeykerlər şərtlərində müəyyən qədər güzəştlər edir, faiz dərəcələrini rəqibləri ilə müqayisədə daha yüksək göstərir, idman növlərinin sayının artırır. Bundan əlavə, bukmeyker kontorları daimi müştərilərini itirməmək üçün onlara xüsusi güzəştlər təqdim etməkdən belə çəkinmirlər. Qeyd edək ki,”mərc oyunu” artıq bir xəstəlik halını alıb. Nəqliyyatda, parklarda, kafelərdə insanların əksəriyyəti hansısa iki komandanın oynayacağından və “koeffsent” dən danışır. İndi Azərbaycanı xərçəng kimi bürümüş “Topaz”larda xüsusilə həftəsonu canlanma müşahidə olunur. Əhalinin sıx hərəkət etdiyi məkanlarda qərarlaşan “Topaz”lar istər-istəməz gəncləri əylənməyə cəlb edə bilir. İndi ali və orta məktəblərin ətrafında “Topaz”ların fəaliyyəti adi hala çevrilib. Odur ki, məktəb yaşlı uşaqlar “Topaz”larda əllərində siqaret özündən dəfələrlə yaşlı insanlarla proqnozlar verirlər. Üstəlik şəhəri bürümüş şirinikləşdirici reklamlar gənclərin bu tipli mərc oyunlarına cəlb olunmasında mühüm rol oynayır. Beləliklə, minlərlə insan “Topaz”lara axışaraq öz şansını yoxlayır, ancaq varlanmaq hərisliyi sonda bir çoxunu müflis edir. Hətta əmlakını, evini, avtomobilini mərcə qoyanlar var. Xüsusilə axşam saatlarında “Topaz”ların qarşısında dava-dalaş, bıçaqlanma halları qeydə alınır. Həmçinin bu oyunlar bəzən böyük faciələrə səbəb olur. Belə ki, kimi mal-mülkünü satışa qoyur, kimi də böyük pul faizlərinə girmək zorunda qalır. Ekspertlər xüsusilə vurğulayırlar ki, belə oyunlar azyaşlı uşaqlara mənfi təsir göstərir. Çünki oyunlara pul qoyuluşu edən şəxslər daim əsəb gərginliyi içində olur, həyəcan keçirirlər. ”Stavka" verməyə 3-5 manatdan başlayan uşaqlar aradabir uduraq bu oyunun aludəçisinə çevrilir. Son nəticədə isə totalizator oyununun qurbanı olur. Çünki, qisas hissi ilə yaşayan uduzanlar yalnız uduzduqlarını geri qaytarmaq barədə düşünür ki, bu da sonda ailə faciəsi ilə bitir. Bütün bunlara baxmayaraq, ailələri dağıdan, onlara bədbəxtlik gətirən, insanları müflisləşdirən “Topaz” oyunları artıq Azərbaycanda leqallaşıb. Ancaq bununla yanaşı etiraf edilməlidir ki, paytaxtda kifayət qədər qanunsuz fəaliyyət göstərən “Topaz”lar mövcuddur. Demək olar ki, hər küçədə, tində, binalaraın birinci mərtəbəsində və ən nəhayət zövqlə tikilmiş obyektlərdə “Topaz”lar “at oynadırlar”. Demək olar ki, Bakı şəhərinin müxtəlif yerlərində qanunsuz totalizator fəaliyyəti ilə məşğul olan ictimai-iaşə obyektlərində futbol və digər idman oyunları ərəfəsində vətəndaşlar tərəfindən proqnoz verilərək pul qoyuluşları həyata keçirilir. Bu qəbildən olan bəzi obyektlərin rəhbərləri dövriyyələrini, əldə etdikləri gəlirləri gizlədərək vergi orqanlarına təqdim etdikləri bəyannamələrdə təhrif olunmuş məlumatlar əks etdirirlər. Çayxana və ya kafe adı altında fəaliyyətlərini davam etdirən bir sıra totalizator kontorları isə müvafiq qaydada xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Məhz belə fəaliyyət növləri, şəxsi maraq sahibləri gənclərimizin ailələrinin dağılması, mənəviyyatlarının pozulmasında müstəsna əhəmiyyət kəsb edir. Heç bir halda demək mümkün deyil ki, gönclər “Topaz”larda asudə vaxtlarını səmərəli keçirirlər. Əksinə, gənclərimiz intellektual biliklərə yiyələnmək, təhsil səviyyəsini artırmaq əvəzinə, vaxtlarını “Topaz”larda qumar oynamaqla keçirilər. Demək olar ki, bu məşğuliyyətə artıq bir çoxları hobbi, əyləncə, istirahət, məşğuliyyət növü, xəstəlik kimi baxanlar var. Ancaq reallıq ondan ibarətdir ki,
pul ya da maddi dəyəri olan hər hansı şeyin ortaya qoyulması ilə oynanılan, qarşılığında isə tərəflərdən biri və ya bir neçəsinin maddi gəlir qazandığı oyunlara verilən ümumi ad qumardır ki, o da dinimizdə haram hesab olunur.
Bu oyunun iştirakçıları öz pullarını artırmaq üçün risk edirlər. Əksər hallarda uduzub-uduzmamaq iştirakçıların öz əllərində deyil. Uduzandan sonra udmaq ümidiylə yenidən oynamaq istəyirsən. Amma bəxt həmişə adamın üzünə gülmür. Qumar müxtəlif məkanlarda müxtəlif cür oynanılır. Totalizatorlar, kazinolar, bukmeker kontorları, qumarxanalar belə məkanlara misal ola bilər. Qumar oynamaq İslam da daxil olmaqla bütün dinlərdə şeytan əməli hesab edildiyindən haram buyrulub. Dinə görə, şeytan qumar vasitəsilə insanlar arasında ədavət və kin, düşmənçilik salır. Bu düşmənçilik bəzən oyun iştirakçılarından kiminsə öldürülməsilə nəticələnə bilir. Bir çox hallarda isə qumarda bütün var-yoxunu uduzanlar müflisləşməyə dözə bilməyib intihara əl atmağa məcbur olurlar ki, bu da dinə zidd əməl sayılır. Dinə görə, qumar evləri, ailələri dağıdır, varlıları zəlil, kasıb, hətta dilənçi edir, oyun iştirakçılarını borca salır. Qumar yolu ilə qazanılan pul-para haram gəlir hesab edilir. Ümumiyyətlə, İslam dinində bu haram oyunu oynayanların öz həyatlarınıı qumar masası arxasında itirdikləri göstərilir. Bu oyun qumarbazı o dərəcədə şirnikləndrir ki, o, son ana qədər ya udmağa ya da uduzmağa məcbur olur. Halbuki, yazılmamış qanuna görə, bir gün udan, mütləq o biri gün uduzacaqdır.
\ olaylar \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20
Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17
Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06
Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01
Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59
Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22
Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14
“Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06
'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50
Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru