"Sənətə baxış da, sənətin gedişatı da dəyişib" - Xalq artisti
Tarix: 24-09-2024, 13:56 | Çap et
 “Teatrda artıq yeni mövsümə başlamışıq. Bilirsiniz ki, ötən mövsümdən öz doğma Akademik Opera və Balet teatrıma qayıtmışam. Xalq artisti, həmkarım Mənsum İbrahimovla birlikdə rol aldığım “Leyli və Məcnun” tamaşasını ustad dərsi kimi səhnədə oynadıq. Tamaşa o qədər anşlaq oldu ki, bir neçə dəfə tamaşaçı qarşısına çıxdıq. Bu mövsüm ərzində hansı tamaşalarda oynayacağımı bilmirəm. Bizə rollar təklif edirlər, biz də onları ifa edirik. Hansı rol uyğundursa ifa edəcəm. Hələ ki, bu ay repertuarda mənim iştirakımla tamaşa yoxdur, gələn aydan hansısa tamaşalar ola bilər. İndiyə qədər kiçikli-böyüklü 7 rolum olub. Çalışmışam ki, rollara öz yanaşmam olsun, öz məhsulum olsun” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nəzakət Teymurova deyib. O daha sonra müəllimi, görkəmli xanəndə Arif Babayevdən danışıb. O bildirib ki, müəllimi onu hər zaman izləyir. “Arif Babayev mənim ustadım, həm də Azərbaycan mədəniyyətinin, muğam sənətinin qoruyucusu, sütunlarından biridir. Onun səsi ilə o qədər nəsillər yetişib ki.. Arif müəllimin səsində Qarabağın, ümumilikdə Azərbaycanın gözəlliyini görmək olar. Mən həmişə deyirəm ki, Arif Babayev sənətdə hər xanəndənin arzuladığı bir zirvədədir. O hərtərəfli xanəndədir. Opera və Balet teatrında onun tamaşalarına bilet alanların sayı-hesabı olmayıb. Hətta danışırlar ki, onun iştirakı ilə baş tutan tamaşalarda insanlar sırf Arif müəllimin oxuduğu hissəyə qulaq asıb, sonra teatrı tərk edirdilər. Bu günkü gündə Arif müəllimin oxuduqlarını gənc xanəndələrimiz dərslik kimi öyrənirlər. Əsl kişi səsidir. Onun tələbələrinin sayı-hesabı yoxdur. Onların içərisində xalq, əməkdar artistlər də, əməkdar müəllimlər də var. İki gün bundan öncə mənə zəng etdi. Haradasa muğam oxumuşdum. Dedi ki, Nəzakət, çoxdandır səsini eşitmirəm. Demək olar ki, Arif müəllim bütün solo konsertlərimdə iştirak edib. Həmişə zəng edib diqqətli tamaşaçı kimi fikirlərini mənə və digər tələbələrinə deyir” deyə sənətkar bildirib. Arif Babayev müsahibələrinin birində Nəzakət Teymurovanın səsini ölməz sənətkarımız Rübabə Muradovanın səsinə bənzətdiyini bildirib. Həmin müsahibəni sevilən xanəndəyə xatırladırıq. “Rübabə Muradova Azərbaycan qadın xanəndəlik sənətinin ən layiqli nümayəndələrindən biridir. Sözün düzü mənim müəllimlərim kişi olduğu üçün hansısa qadın xanəndənin ifasına oturub qulaq asmamışam. Arif müəllim mənim səsimi Rübabə Muradovanın səsinə oxşadırsa nə xoş. Bunu mənə Arif müəllimdən başqa adamlar da deyib. Mən çalışmamışam ki, kimisə yansılayım, kiminsə izi ilə gedim. İzlə gedənin izi qalmaz. Bənzətmələri heç sevmirəm. Bu gün öz tələbələrimə də deyirəm ki, mən sizə muğamın sirrlərini öyrədirəm, amma siz bunu necə görürsünüzsə elə oxuyun. Bu mənim gördüyümdür, yanaşmamdır. Çalışmışam ki, elə ifa edim ki, tamaşaçı mənim səsimi dinləyəndə desin ki, Nəzakət Teymurova oxuyur” deyə sənətkar deyib. Xalq artisti Nəzakət Teymurova bildirib ki, xanəndə toya getməlidir, amma o bu toyları da seçməlidir.. “Onlar da özlərini göstərib, qazanmaq istəyirlər. Təəssüflər olsun ki, dərin muğamlar, ciddi nələrsə ifa etmirlər. Qazanc arxasınca getmək istəyirlər. Bu da normaldır. Ritmik mahnıların üzərində qururlar hər şeyi. Hamısı oynamaq istəyir. Sənətə baxış da, sənətin gedişatı da dəyişib. Xanəndəlik sinfində təhsil alan gənclər bu sinfin aliliyinin, muğam sənətinin böyüklüyünün haqqını verməlidirlər. Hər ifaçı xanəndəlik sənətini daşıya bilməz. Nə olsun ki, o xanəndəlik sinfində oxuyub! Gəlin araşdıraq ki, o hansı muğamları ifa edib?!” deyə xanəndə bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Dünən, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41 |
|
|
|
|