Şərur rayon Mərkəzi Xəstəxanasında pasientləri az qala adam yerinə qoyan yoxdur. "DİA-AZ" xəbər verir ki, bu barədə etirazlarını ifadə edən rayon sakinlərinin sözlərinə görə, hazırda 110 minə yaxın əhalisi olan Şərur rayonunun səhiyyə sistemi iflic durumdadır, desək, yanılmarıq...
Sakinlərdən biri öz müraciətində bildirir: "Baş həkim Asiman Yusifov istədiyi vaxt işə gəlir, istədiyi vaxt da gedir. İş rejimi onun kefindən asılıdır. Və maraqlı orasıdır ki, xəstəxananın kondisionerləri də baş həkim ora oolanda işləyir. Baş həkim gedəndə elə bil, kondisionerləri söndürüb gedir.
Əzabı isə ora üz tutan xəstələr çəkir. O gün konkret olaraq körpə uşaqla xəstəxanaya müraciət etməli oldum. Deyim ki, qızdırma içində yanan uşaq kondisionerlərin işləməməsi səbəbindən az qala boğulacaqdı. Məcbur uşağı da götürüb qaçmalı olduq.
Hər halda, dövlət bura kondidioneri qoyubsa, bunu xəstələr üçün nəzrdə tutub, təkcə baş həkimə aid deyil. Yəqin aidiyyatı qurumlar özbaşına qalmış Asiman Yusifovla bağlı tədbir görərlər..."