"Problem hələ də həllini tapmayıb..." .....                     ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir .....                     Elnur Məmmədli AFFA-dan niyə ayrıldı? .....                     Bakıda olan senator sülh müqaviləsindən yazdı: .....                     TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... .....                     Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır .....                     Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı .....                     Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB .....                     Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi .....                     XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... .....                     418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi .....                     "5 il ağır depressiya yaşadım" .....                     Şuşaya hansı ölkələrdən turistlər səfər edib? .....                     Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb .....                     “Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb .....                     Tanınmış alimə vəzifə verildi .....                     Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... .....                     Turizm Agentliyində 18,5 milyonluq yeyinti .....                     Elşad Həsənovun KOLXOZVARİ HESABATI... .....                     İŞÇİ SƏBRİ SON HƏDDƏ: 3 aydır əmək haqqı almırıq... .....                     Yayda sular da tətilə gedirmiş.. .....                     “Bərəkət” ASC-nin rəhbərliyi seçilir .....                     Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib... .....                     “Bakı ofset kombinatı” АSC-də yığıncaq keçiriləcək .....                     Dünyanı çox ciddi fəlakətlər gözləyir .....                     “Azəri-Med”in lisenziyası yoxa çıxdı .....                     Nəqliyyat şirkətinin səhmdarları toplanır .....                     Fransız və isveçrəli deputatlar Cənubi Qafqazda sülhün düşmənidir .....                     Britaniya nəşri də Azərbaycana böhtan atdı .....                     Pezeşkian: Nəhayət ki belə bir düşüncə sahibi... .....                     Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktorun .....                     Yevlaxda bələdiyyə sədri QANUN-MANUN HƏRLƏMİR .....                     Keçiddə atları dəyişməzlər... nazirləri dəyişmək olar... .....                     Putinin arxasında barınan Xəlilovlar... .....                     “Uğur 777” adlı Estetik Mərkəzi, YOXSA... .....                     Sahib Məmmədov CASUS OVUNA çıxıb .....                     İcra başçısının qardaşı da TENDERYEYƏN çıxdı .....                     Güney Qafqaz uğrunda SAVAŞ... .....                     Ağalar Vəliyevin şirkəti XALQA QARŞI .....                     Boğaza qədər borc içində... amma ADSEA-dan tender 'udur' .....                 

Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" - AKTUAL
Tarix: Dünən, 15:27 | Çap et

Fransanın Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmaq cəhdləri davam etməkdədir. Belə ki, ötən həftə Fransa Milli Assambleyası tərəfindən rəsmi Parisi və Avropa İttifaqını Azərbaycan üzərinə təzyiqi artırmağa çağıran bir qətnamə yayıb. Qətnamənin müəllifləri Fransa Milli Assambleyasındakı Sağ Respublikaçılar fraksiyasının rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Loran Vokye, eləcə də həmin dostluq qrupunun sədr müavini Aleksandr Martendir.

Qətnamədə qeyd olunub ki, Fransa Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi “regionda sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə tarixi və siyasi dəstək verməlidir”. Bu kontekstdə, demokratiya, insan haqları, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan Fransa-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanmasının vacibliyi vurğulanıb.

Qətnamədə Azərbaycan tərəfindən saxlanılan erməni hərbi əsirlərin və digər şəxslərin, əslində isə separatçı-terrorçuların “dərhal azad olunması” tələbi irəli sürülür. Həmçinin Azərbaycanda bu şəxslər üzərində keçirilən məhkəmə proseslərinin “qondarma” olduğu iddia edilir.

Sənəddə Azərbaycan dövləti ilə bağlı bu mənada əsassız iftira da irəli sürülüb.

Fransa Parlamentində təqdim olunan qətnamədə Fransa hökuməti və Avropa İttifaqını Ermənistana dəstək məqsədilə Azərbaycan üzərinə təzyiqi artırılması çağırışı yer alıb.

Ekspertlər bildirirlər ki, Fransa Parlamentinin bu addımı Bakı-İrəvan sülh danışıqları prosesinə zərbə vurmaq cəhdlərindən başqa bir şey deyil.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu barədə AYNA.AZ-a müsahibəsində xatırladıb ki, bir müddət əvvəl Azərbaycan və Ermənistan liderrlərinin Əbu-Dabidə görüşü keçirilib və sülh müzakirələri aparılıb:

- Azərbaycan rəsmilərinin açıqladığı kimi, bu gün Azərbaycan Ermənistanla sülhə doğru addımlar atır. Sülh sazişi də demək olar ki, hazırdır, bəzi məsələlər var ki, onların üzərində də intensiv iş aparılır. Bütün bunların fonunda Fransada belə bir qətnamənin gündəmə gəlməsi anlaşılan deyil. Fransa sanki Roma Papasından daha çox katolik olmağa çalışır. Sanki həmin qətnamə müəlliflərinin Bakı-İrəvan danışıqlarından, sülh prosesinin irəliləməsindən xəbərləri yoxdur. Təbii ki, xəbərləri var, hər şeyi də yaxşı bilirlər. Görünür ki, onlar bölgədə sülhün yaranmasını istəmirlər. Əks halda, belə addımlar atmamalıdırlar.

Qətnamə müəllifləri bununla Ermənistana dəstək verdiklərini düşünürlərsə, yanılırlar. Əksinə, bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xələl gətirən haldır.

- Eyni zamanda, Qarabağdakı keçmiş separatçı rejimlə bağlı, Xankəndidən könüllü gedən ermənilərlə bağlı iradlar səsləndirilir. Guya könüllü köçən ermənilərə qarşı Azərbaycan tərəfindən “zorakılıq” edilib. Təxminən iki ildən sonra bu məsələni gündəmə gətirməyin mənası nədir?

- Bu, sülh prosesinə zərbədən başqa bir şey deyil. Çünki səsləndirilən ittihamlar absurddur. Bu gün separatçıların Bakıda məhkəmə prosesləri açıq keçirilir. Demək olar ki, separatçı-terrorçuların məhkəmələri mükəmməl şəkildə aparılır. Şahidlərin iştirakı ilə, əlimizdə olan sənədlər, faktlar əsasında, beynəlxalx hüquqa uyğun şəlikdə məhkəmə prosesi davam etməkdədir. Məhkəməsi keçirilən separatçı ünsürlərin də törətdiyi cinayətlər tam təsbit olunub, sübutlar var. Onların özləri də məhkəmə proseslərində cinayətlərini etiraf edirlər. Ona görə də, cinayətkar ünsürlərə qarşı zor tətbiqindən danışmaq, bu istiqamətdə Azərbaycanı ittiham etmək absurddur. Eyni zamanda, bütün dünya gördü ki, Azərbaycan Qarabağda yaşamış insanlara inteqrasiya təklifi etdi, amma onlar bundan imtina etdilər. Onların törədilən cinayətlərdə birbaşa və ya dolayısı ilə iştirakları olduğu üçün birgəyaşayışa necə deyərlər, bəlkə də üzləri gəlmədi. Onların Xankəndini könüllü şəkildə tərk etmələri bütün dünyanın gözü qarşısında oldu, ortada videomateriallar var. Kimsə zorla Qarabağdan çıxarılmadı. Belə olan halda, Azərbaycanı Qarabağdan erməniləri qovmaqda ittiham etmək gülüncdür.

Hesab edirəm ki, bütün bu faktlar qarşısında Fransa Parlamentində qətnamə gündəmə gətirilməsi növbəti dəfə ikili standartlarla yanaşmanın təzahürüdür.

- Azərbaycana qarşı təzyiq çağırışlarının nəticəsi olacaqmı?

- Bu vasitələrlə Azərbaycanın mövqeyinə təsir göstərməyə çalışırlar. Düşünürlər ki, bu cür addımlarla Azərbaycanın tutduğu qətiyyətli yola təzyiq göstərə biləcəklər. Amma beynəlxalq hüquq bizim tərəfimizdədir. Qarabağ Azərbaycan ərazisidir və burada hansısa zorakılıqdan söhbət gedə bilməz. Fransa bu qədər insanpərvərdirsə, niyə separatçıların məhkəmə proseslərində şahidlərin dediklərinə diqqət yetirmir, cinayətkarların törətdikləri cinayətlərlə bağlı qətnamələr qəbul etmirlər? Demək ki, qərəz siyasəti davam edir.

Bir müddət idi ki, sakitçilik idi, qərəzli yanaşmalar nisbətən səngimişdi. Amma yenidən bu cür addımlar atmaqla sülh prosesinə zərbə vurmaq istəyirlər.

Hesab edirəm ki, Fransanın bu addımları da əvvəlkilər kimi iflasa uğrayacaq. Fransaın edə biləcəyi bu cür sərsəm qətnamələrdir, əsassız ittihamlardır. Bunlar isə mənasız cəhdlərdir. Azərbaycan qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcək. Azərbaycanın mövqeyi sülh və sabitliyin bərqərar olması, bölgənin inkişaf etməsi, çiçəklənməsidir. Bu istiqamətdə də siyasət davam edəcək.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Problem hələ də həllini tapmayıb..." - MÜRACİƏT
Bu gün, 11:55
ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir - “The Wall Street Journal”
Bu gün, 11:49
Elnur Məmmədli AFFA-dan niyə ayrıldı?
Bu gün, 11:45
Bakıda olan senator sülh müqaviləsindən yazdı: - “Geosiyasət kursunu elə dəyişəcək ki…”
Bu gün, 11:42
TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto
Bu gün, 11:29
Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 11:24
Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı - MƏQALƏ
Bu gün, 11:20
Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB - İlham Əliyevdən KÖMƏK İSTƏYİR...
Bu gün, 11:07
Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi - ADLARI
Bu gün, 11:04
XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... - TƏFƏRRÜAT
Bu gün, 11:02
418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi - LƏĞV OLUNDU
Bu gün, 10:59
"5 il ağır depressiya yaşadım"
Bu gün, 10:53
Şuşaya hansı ölkələrdən turistlər səfər edib? - SİYAHI
Bu gün, 10:49
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb
Bu gün, 10:42
“Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb – Yeganə Hacıyeva spiker siyahısına icazəsiz salındığını açıqladı
Bu gün, 10:40
Tanınmış alimə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 10:18
Turizm Agentliyində 18,5 milyonluq yeyinti - bu dəfə sədr dəqiq gedir
Bu gün, 10:08
Elşad Həsənovun KOLXOZVARİ HESABATI... - BARITI ÇOX ELƏDİ...
Bu gün, 10:02
İŞÇİ SƏBRİ SON HƏDDƏ: 3 aydır əmək haqqı almırıq... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49
Yayda sular da tətilə gedirmiş.. - ETİRAZ VAR!
Bu gün, 09:45
“Bərəkət” ASC-nin rəhbərliyi seçilir - YIĞINCAQ
Bu gün, 09:40
Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib... - ETİRAZ
Bu gün, 09:37
“Bakı ofset kombinatı” АSC-də yığıncaq keçiriləcək
Bu gün, 09:28
Dünyanı çox ciddi fəlakətlər gözləyir – Ekstrasens
Bu gün, 09:27
“Azəri-Med”in lisenziyası yoxa çıxdı
Bu gün, 09:25
Nəqliyyat şirkətinin səhmdarları toplanır - SƏDRİ DƏYİŞƏCƏK
Bu gün, 09:24
Fransız və isveçrəli deputatlar Cənubi Qafqazda sülhün düşmənidir - FAKT BUDUR!
Bu gün, 09:20
Britaniya nəşri də Azərbaycana böhtan atdı - Bakıdan sərt reaksiya
Bu gün, 09:07
Pezeşkian: Nəhayət ki belə bir düşüncə sahibi... - AKTUAL
Bu gün, 09:00
Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktorun 89 min AZN-lik əməliyyatı
Bu gün, 07:45
Yevlaxda bələdiyyə sədri QANUN-MANUN HƏRLƏMİR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:40
Keçiddə atları dəyişməzlər... nazirləri dəyişmək olar... - Əgər Əmrullayev yarıtmazdırsa...
Bu gün, 07:37
Putinin arxasında barınan Xəlilovlar... - Xəyanətlə cəsarət arasında seçim...
Bu gün, 07:34
“Uğur 777” adlı Estetik Mərkəzi, YOXSA... - Burda hətta pasiyenti döyürlər də...
Bu gün, 07:30
Sahib Məmmədov CASUS OVUNA çıxıb - BU NƏDİ BELƏ?
Bu gün, 07:26
İcra başçısının qardaşı da TENDERYEYƏN çıxdı - TƏFƏRRÜAT
Bu gün, 07:21
Güney Qafqaz uğrunda SAVAŞ... - Rusiya və ABŞ arasında...
Bu gün, 07:13
Ağalar Vəliyevin şirkəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 07:10
Boğaza qədər borc içində... amma ADSEA-dan tender 'udur' - İcazə verin şübhələnək...
Bu gün, 07:03
"Ötən ilin keçid ballarına əsaslanaraq riskli qərarlar verməyin" - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
Bu gün, 07:00
Ermənistan-Azərbaycan-Rusiya üçbucağında nə dəyişib? - İNCƏLƏMƏ
Bu gün, 06:58
BU NƏDİ BELƏ: Hövsanda yeni çəkilən yol su altında qaldı - VİDEO
Bu gün, 06:56
"Keyfiyyətli təhsil verə bilməyən universitetlərdə qəbul dayandırılmalıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:53
İrandan Azərbaycana yeni təhdid – Vilayəti nə demək istəyib?
Bu gün, 06:51
Rusiyanın Belarusda payız təlimləri və: “NATO çətiri”nə inamsızlıq - NƏ BAŞ VERİR?
Bu gün, 06:48
"Kiçik bir xəta Paşinyanın siyasi karyerasının sonunu gətirə bilər" - deputat
Bu gün, 06:47
Paşinyansız Ermənistan bizimlə savaşa cəsarət edə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 06:44
Rusiya Qafqazdan qovuldu, bu artıq faktdır - ŞƏRH
Bu gün, 06:41
Bahalı klinikalar və çarəsiz xəstələr: Qiyməti dövlət tənzimləməlidir - AKTUAL
Bu gün, 06:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru