Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə .....                     "Əsas meyar güc tətbiqidir..." .....                     BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb .....                     AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub .....                     Kreml Azərbaycanla gərginliyi artırır .....                     `AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... .....                     “İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” .....                     Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi .....                     Qondarma cinayət işləri, qanunsuz həbslər... .....                     “Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər” .....                     Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? .....                     TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub .....                     “Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir .....                     Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib? .....                     Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU .....                     “Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür .....                     İrandan Azərbaycana açıq mesaj .....                     5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” .....                     Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... .....                     Xalq artistindən sərt İRAD: .....                     Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək .....                     "Problem hələ də həllini tapmayıb..." .....                     ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir .....                     Elnur Məmmədli AFFA-dan niyə ayrıldı? .....                     Bakıda olan senator sülh müqaviləsindən yazdı: .....                     TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... .....                     Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır .....                     Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı .....                     Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB .....                     Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi .....                     XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... .....                     418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi .....                     "5 il ağır depressiya yaşadım" .....                     Şuşaya hansı ölkələrdən turistlər səfər edib? .....                     Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb .....                     “Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb .....                     Tanınmış alimə vəzifə verildi .....                     Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... .....                 

Britaniya nəşri də Azərbaycana böhtan atdı - Bakıdan sərt reaksiya
Tarix: Dünən, 09:07 | Çap et

“BBC Azərbaycanca” Azərbaycan əleyhinə geniş material dərc edib. Orada deyilir ki, guya enerji maraqlarına görə Avropa İttifaqı Azərbaycanda “siyasi həbslərə göz yumur”.

Məqalədə habelə qeyd olunur ki, Azərbaycan və Avropa ölkələri arasında münasibətlərdə yeni mərhələ 2022-ci ilin iyulunda, Avropa Komissiyasının sədri Ursula von der Leyen Azərbaycanı “Rusiya təbii yanacaqlarından imtina etmək səylərində əsas tərəfdaş” elan etdikdən sonra başlayıb. Bildirilir ki, ötən ilin dekabrında Avropa Parlamenti “bu problemləri etiraf edərək” Avropa Komissiyasını Azərbaycana qarşı şəxsi sanksiyalar tətbiq etməyə və “Azərbaycan qazının idxalından asılılığa son qoymağa” çağırıb. Lakin Avropa Parlamentinin qətnamələri tövsiyə xarakteri daşıyır və ittifaqın beynəlxalq siyasətinə cavabdeh olan məmurların öhdəsinə heç nə qoymur.

“Azərbaycan müxalifətçiləri narazıdırlar ki, insan haqlarının və demokratiyanın qorunmasını Avropa İttifaqının strateji maraq və vəzifəsi kimi bəyan edən Avropa rəsmiləri Azərbaycana gələndə bunu istisna edirlər”, - deyə Brüssel tənqid olunur.

Aİ miqyasında qaz idxalında Azərbaycanın payı cüzi, 4,3 faiz olaraq qalır. Amma Cənub Qaz Dəhlizi ilə Azərbaycana qoşulan ittifaq ölkələrində vəziyyət fərqlidir. Bolqarıstan qazın təqribən 40 faizini, Yunanıstan və İtaliya isə 15 faizdən çoxunu bu dəhliz vasitəsilə alır.

Adı açıqlanmayan avropalı diplomat BBC ilə söhbətində deyib: “Azərbaycan indi xarici təzyiqlər baxımından olduqca rahat vəziyyətdədir. Mən Avropanı Azərbaycana, "biz artıq sizin qazınızı almayacağıq" deyə bilən vahid bir qüvvə kimi görmürəm. Çünki italyanlar, yunanlar, Balkan ölkələri yenə deyəcəklər: “Yox, biz bacarmırıq, bizə Azərbaycan qazı lazımdır”. Belə olan halda Avropanın Azərbaycana ciddi təzyiq rıçaqları yoxdur".

Bu iddiaları azərbaycanlı analitiklər bölüşürmü?

“Son günlər bəzi Qərb media qurumlarında, o cümlədən "BBC Azərbaycanca"da ölkəmizə qarşı qərəzli və əsassız iddiaların yer aldığı materiallar dərc olunub. Bu yazılarda Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığı fonunda insan haqları ilə bağlı manipulyativ fikirlər irəli sürülür. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan demokratik inkişaf yolunu seçmiş, daxili sabitlik və tərəqqi ilə fərqlənən bir dövlətdir".

Bu fikirləri deputat Kamran Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, “BBC Azərbaycanca”nın qərəzli məqaləsi bir daha göstərir ki, bəzi beynəlxalq media resursları Azərbaycana qarşı sifarişli kampaniyalar aparır: “Bu cür yazıların əsas məqsədi ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq, Azərbaycanın Avropa ilə artan enerji əməkdaşlığını kölgələməkdir. Amma bu cəhdlər tamamilə nəticəsiz qalacaq. Azərbaycan bu gün təkcə regionun deyil, Avropanın da enerji təhlükəsizliyində əsas aktorlardan biridir və bu mövqe əslində ölkəmizin güclənən siyasi çəkisinin göstəricisidir. Məqalədəki iddialar reallıqla uzlaşmır və ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir. Azərbaycan öz daxili sabitliyini, hüquqi sistemi və ictimai-siyasi sabitliyi təmin etmiş dövlətdir. Burada insan hüquqlarının qorunması, azad söz və fikir azadlığı konstitusiya ilə təsbit olunub və praktiki şəkildə təmin olunur. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır və bu münasibətlər uzunmüddətli strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu əməkdaşlığı insan hüquqları ilə bağlamağa çalışmaq regionda güclənən Azərbaycanın mövqeyini zəiflətməyə yönəlmiş cəhddir”.

Deputat qeyd edib ki, Azərbaycana qarşı edilən tənqidlər siyasi məqsədlidir: “Bu gün ölkəmizdə demokratik təsisatların möhkəmlənməsi, hüquq-mühafizə sahəsində islahatların davam etməsi fonunda səsləndirilən iddialar reallıqdan uzaq və qərəzlidir. Azərbaycan dövlətinin əsas prioritetlərindən biri insan hüquq və azadlıqlarının qorunmasıdır. Bu sahədə atılan addımlar göz qabağındadır və beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunmaqdadır. Azərbaycanda hüquqi sistem müstəqildir və hər bir vətəndaşın hüquqlarının pozulması ilə bağlı məsələ yalnız hüquqi müstəvidə araşdırılır. Qanun qarşısında bərabərlik prinsipi ölkədə fəaliyyət göstərən bütün vətəndaşlara, o cümlədən özünü "müxalifətçi" adlandıran şəxslərə də aiddir. Müxalifət adından səslənən bu cür iddialar reallıqdan uzaq, subyektiv və məqsədli təxribat xarakteri daşıyır. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi sahəsində gördüyü işlər beynəlxalq səviyyədə tanınır. Avropa institutları ilə bu sahədə açıq dialoq aparırıq. Bəzi radikal dairələrin məqsədi isə Azərbaycanın möhkəmlənən beynəlxalq mövqeyini zəiflətmək, daxildə süni narazılıq görüntüsü yaratmaqdır. Bu cəhdlər heç bir nəticə verməyəcək, çünki xalq və dövlət birliyinə, sabitliyə söykənən güclü Azərbaycan reallığı ortadadır".

K.Bayramov təəssüflə onu da bildirib ki, bəzi xarici dairələr ölkəmizdə baş verən proseslərə birtərəfli, qərəzli prizmadan yanaşır, daxili siyasətdə təxribat xarakterli addımları dəstəkləməklə Azərbaycanın müstəqil mövqeyinə təsir etməyə çalışırlar: “Azərbaycana qarşı səsləndirilən əsassız iddialar və qərəzli yanaşmalar ölkəmizin müstəqil siyasətinə, güclənən beynəlxalq mövqeyinə və Avropa ilə strateji əməkdaşlığına xələl gətirə bilməz. Dövlətin həyata keçirdiyi islahatlar, insan hüquqlarının qorunması və demokratik institutların möhkəmləndirilməsi istiqamətində atılan addımlar həm vətəndaş cəmiyyətinin inkişafına, həm də beynəlxalq tərəfdaşlarla münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Azərbaycanın uğurlu daxili və xarici siyasəti bundan sonra da milli maraqlar əsasında davam etdiriləcək”.

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Azərbaycan heç bir halda Qərbdəki qaragüruhun haqsız tənqidlərinə layiq deyil: “Qərb dairələri hazırda Azərbaycan qazına və eləcə də Rusiya-Qərb münasibətlərinin təyinatına görə iki qruplaşmaya bölünüb. Bunlardan biri Azərbaycanı sevməyənlər və Rusiyaya qarşı simpatiya bəsləyənlərdir. İkinci qrup isə Azərbaycanın regional və strateji gücünün fərqindədir və Rusiya-Qərb münasibətlərinin əleyhinədir. İkinci qrup neft-qaz məsələlərində Azərbaycanla işləməkdə maraqlıdır.

Birinci qrup kəskin sanksiyalara baxmayaraq, ruslarla işləməyə hazırdır. Azərbaycana qarşı düşmən mövqeyində dayananlar Bakının regionda, eləcə də beynəlxalq arenada müstəqil oyunçu kimi hərəkət etməsini qəbullana bilmirlər. Bundan başqa, həmin qütb bu cür təzyiqlərlə Bakıdan daha ucuz qiymətə enerji ala biləcəklərini düşünürlər. Bunlar Qərbin radikal və marginal kəsimidir. Özləri də öz iftiralarına inanmırlar. Avropanın aparıcı beyin mərkəzləri isə Azərbaycanla işləməyin onlar üçün daha risksiz olduğunu anlayırlar. Çünki Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi özündən söz etdirir. Azərbaycan heç bir halda Qərbdəki qaragüruhun haqsız tənqidlərinə layiq deyil. Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Azərbaycan Aİ-nin enerji ehtiyaclarının ödənilməsində və Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmin edilməsində ən mühüm strateji mövqeyə malik ölkələrdən biridir. Aİ üçün Xəzərdə neft və təbii qaz ehtiyatlarının istehsalı və Avropaya nəqli üçün geosiyasi əhəmiyyətə malik olan Azərbaycanın açar dövlət olduğunu söyləmək ədalətli olardı. Çox güman ki, Avropada da bunun fərqindədirlər və ölkəmizin onlar üçün önəmli olduğunu anlayırlar".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə - NƏ BAŞ VERİR?
Bu gün, 01:41
"Əsas meyar güc tətbiqidir..." - ÇÜNKİ...
Bu gün, 01:37
BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb
Dünən, 18:40
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub
Dünən, 18:36
Kreml Azərbaycanla gərginliyi artırır - KİV
Dünən, 16:29
`AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... - ÇÜNKİ...
Dünən, 16:23
“İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” - “Common Space”
Dünən, 16:08
Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi – Bakı İsraili düşməni ilə barışdıra bilər
Dünən, 16:06
Qondarma cinayət işləri, qanunsuz həbslər... - Moskvanın bəhanələri bitmir
Dünən, 15:56
“Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər”
Dünən, 15:31
Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? – “Milli maraqlarımızın pozulmasına imkan verməyəcəyik”
Dünən, 15:25
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 15:16
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Dünən, 15:11
Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib?
Dünən, 13:10
Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU - FOTO
Dünən, 13:03
“Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür
Dünən, 12:58
İrandan Azərbaycana açıq mesaj – “Vəhhabilər təhlükəsinə qarşı...”
Dünən, 12:56
5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar - Makronun mühafizəçisinin Bakıdakı məhkəməsi
Dünən, 12:29
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:23
“Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:22
Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... - "Başqa yolu qalmayıb..."
Dünən, 12:07
Xalq artistindən sərt İRAD: - “Baxıram, əsəbiləşirəm”
Dünən, 12:00
Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək
Dünən, 11:58
"Problem hələ də həllini tapmayıb..." - MÜRACİƏT
Dünən, 11:55
ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir - “The Wall Street Journal”
Dünən, 11:49
Elnur Məmmədli AFFA-dan niyə ayrıldı?
Dünən, 11:45
Bakıda olan senator sülh müqaviləsindən yazdı: - “Geosiyasət kursunu elə dəyişəcək ki…”
Dünən, 11:42
TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto
Dünən, 11:29
Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır - NƏ BAŞ VERİR?
Dünən, 11:24
Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı - MƏQALƏ
Dünən, 11:20
Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB - İlham Əliyevdən KÖMƏK İSTƏYİR...
Dünən, 11:07
Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi - ADLARI
Dünən, 11:04
XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... - TƏFƏRRÜAT
Dünən, 11:02
418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi - LƏĞV OLUNDU
Dünən, 10:59
"5 il ağır depressiya yaşadım"
Dünən, 10:53
Şuşaya hansı ölkələrdən turistlər səfər edib? - SİYAHI
Dünən, 10:49
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb
Dünən, 10:42
“Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb – Yeganə Hacıyeva spiker siyahısına icazəsiz salındığını açıqladı
Dünən, 10:40
Tanınmış alimə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:26
Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 10:18
Turizm Agentliyində 18,5 milyonluq yeyinti - bu dəfə sədr dəqiq gedir
Dünən, 10:08
Elşad Həsənovun KOLXOZVARİ HESABATI... - BARITI ÇOX ELƏDİ...
Dünən, 10:02
İŞÇİ SƏBRİ SON HƏDDƏ: 3 aydır əmək haqqı almırıq... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 09:49
Yayda sular da tətilə gedirmiş.. - ETİRAZ VAR!
Dünən, 09:45
“Bərəkət” ASC-nin rəhbərliyi seçilir - YIĞINCAQ
Dünən, 09:40
Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib... - ETİRAZ
Dünən, 09:37
“Bakı ofset kombinatı” АSC-də yığıncaq keçiriləcək
Dünən, 09:28
Dünyanı çox ciddi fəlakətlər gözləyir – Ekstrasens
Dünən, 09:27
“Azəri-Med”in lisenziyası yoxa çıxdı
Dünən, 09:25
Nəqliyyat şirkətinin səhmdarları toplanır - SƏDRİ DƏYİŞƏCƏK
Dünən, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru