İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası .....                     Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” .....                     Rusiya ilə sərhəddə yeni təhlükə: dövlət hərəkətə keçdi .....                     Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə .....                     "Əsas meyar güc tətbiqidir..." .....                     BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb .....                     AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub .....                     Kreml Azərbaycanla gərginliyi artırır .....                     `AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... .....                     “İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” .....                     Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi .....                     Qondarma cinayət işləri, qanunsuz həbslər... .....                     “Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər” .....                     Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? .....                     TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub .....                     “Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir .....                     Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib? .....                     Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU .....                     “Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür .....                     İrandan Azərbaycana açıq mesaj .....                     5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” .....                     Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... .....                     Xalq artistindən sərt İRAD: .....                     Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək .....                     "Problem hələ də həllini tapmayıb..." .....                     ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir .....                     Elnur Məmmədli AFFA-dan niyə ayrıldı? .....                     Bakıda olan senator sülh müqaviləsindən yazdı: .....                     TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... .....                     Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır .....                     Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı .....                     Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB .....                     Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi .....                     XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... .....                     418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi .....                     "5 il ağır depressiya yaşadım" .....                     Şuşaya hansı ölkələrdən turistlər səfər edib? .....                     Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb .....                 

Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi – Bakı İsraili düşməni ilə barışdıra bilər
Tarix: Dünən, 16:06 | Çap et

Azərbaycanın 2 avqustdan etibarən Türkiyə üzərindən “swap” mexanizmi vasitəsilə Suriyaya təbii qaz ixracına başlaması region üçün mühüm strateji əhəmiyyət daşıyan hadisədir. Bu, yalnız iqtisadi əməliyyat kimi deyil, eyni zamanda enerji diplomatiyası, regional geosiyasət və strateji tərəfdaşlıq kontekstində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.

2023-cü ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmişdi. Forum çərçivəsində Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşərək, iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmışdı. Prezident Əliyev həmin görüşdə Azərbaycanın Suriyanın sabitliyinin bərpasında iştirak etməyə hazır olduğunu bildirmişdi. Bu, Azərbaycanın enerji siyasətində Suriyanın da yer ala biləcəyinə işarə idi.

Tezliklə Suriya hökuməti ölkənin şimal-qərbində yerləşən neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycandan rəsmi yardım istədi. Ardınca “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov şirkətin Suriyada enerji sektorunda fəaliyyət göstərməyə hazır olduğunu bəyan etdi. O vurğuladı ki, əgər Azərbaycan və Türkiyənin ortaq maraqlarına uyğun əməkdaşlıq imkanları yaranarsa, SOCAR bu məsuliyyəti üzərinə götürməyə hazırdır.

Bu əməkdaşlıq həm Suriya, həm də Azərbaycan üçün çoxistiqamətli dividentlər vəd edir. İlk növbədə, Azərbaycan Suriyanın enerji ehtiyatlarında pay sahibi olmaqla yanaşı, həmin ehtiyatların Avropa bazarına çıxarılmasında da əsas rol oynaya bilər. Rəsmi Bakı son illərdə Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilib. Azərbaycanın Avropaya nəql etdiyi təbii qazın həcmi davamlı şəkildə artır, lakin bu, hələ potensialın tam istifadəsi deyil. Bakı qaz həcmini artırmaq üçün yeni tərəfdaşlıq imkanlarını araşdırır. Bu baxımdan İraq – xüsusilə İraq Kürdüstanı ilə danışıqlar gündəmdədir. Suriyanın Türkiyə ilə quru sərhədi isə TANAP və TAP layihələri ilə inteqrasiya baxımından əlavə fürsətlər yaradır. Beləliklə, Bak-Dəməşq əməkdaşlığı Azərbaycanın Avropa bazarında mövqeyini gücləndirə bilər.

Suriyanın perspektivindən yanaşdıqda isə bu əməkdaşlığın ölkəyə əhəmiyyətli maliyyə vəsaiti axını təmin etməsi mümkündür. Əhməd Əl Şaraanın rəhbərlik etdiyi yeni hökumət ölkədə sabitliyin təmin olunması istiqamətində ciddi addımlar atır. Lakin uzun illər davam edən sanksiyalar və siyasi izolyasiya Suriyanın iqtisadiyyatına ciddi zərbə vurub. Bu gün sabitliyin əsas şərti məhz iqtisadi inkişafdır. Bakı-Dəməşq əməkdaşlığı bu istiqamətdə real töhfə verə bilər.

Azərbaycan ilə əməkdaşlıq sərt şərtlərlə deyil, qarşılıqlı fayda prinsipinə əsaslanır. Bakı tərəfdaşları ilə asılılıq yaratmayan, əksinə, onların inkişafına dəstək verən siyasət yürüdür. SOCAR-ın təcrübəsi və peşəkar resursları vasitəsilə Suriya bu sahədə özünü inkişaf etdirə, daxili enerji tələbatını ödəyəcək səviyyəyə çata bilər.

Bundan başqa, belə bir əməkdaşlığın İsrailin Suriyaya münasibətində yumşalma yaratması mümkündür. Təl-Əviv Azərbaycanın strateji tərəfdaşı olaraq, Bakının təşəbbüslərinə dəstək verir. Bu kontekstdə gələcəkdə Suriya ərazisindən keçən enerji marşrutlarının İsrailə qədər uzanması da real görünür. Belə inkişaf Dəməşqin Təl-Əvivlə münasibətlərinin normallaşmasına təkan verə bilər. Hətta tərəflər artıq bu istiqamtədə Bakıda iki dəfə görüş keçiriblər.

Bakının Dəməşqlə əməkdaşlığı bu ölkənin beynəlxalq aləmdəki imicinə də müsbət təsir edir. Bu cür əməkdaşlıqlar Suriyanın artıq əvvəlki kimi riskli və xaotik bölgə olmadığını, əksinə, xarici investisiyalar üçün daha əlverişli mühitə çevrildiyini göstərir. Əhməd Əl Şaraanın Suriya Milli Ordusunun II korpusunun türkmən mənşəli komandanı Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionları üzrə komandan təyin etməsi də bu kontekstdə diqqətəlayiq addımdır. Qeyd olunan təyinat SOCAR-ın Suriyada təhlükəsiz fəaliyyətinə zəmanət verir və ölkədaxili siyasi balansın qorunduğunu nümayiş etdirir.

Qeyd etdiyim kimi Prezident İlham Əliyev Antalya Diplomatik Forumunda Əhməd Əl Şaraanı Azərbaycana dəvət etmişdi. Bu dəvət qəbul olundu və Prezident Əl Şaraanın 12 iyul tarixində Bakıya işgüzar səfəri baş tutdu. Səfər çərçivəsində iki ölkə lideri həm geniş tərkibdə, həm də təkbətək formatda görüşlər keçirdilər. Görüşlərdə əsas müzakirə mövzularından biri enerji sektorundakı əməkdaşlıq idi. Əl Şaraanın səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası hökuməti arasında Anlaşma Memorandumu imzalandı. Bu sənəd Suriyanın enerji sektorunun bərpası prosesində Azərbaycanın rəsmi iştirakını rəsmiləşdirdi.

Bakı bu əməkdaşlığa yalnız iqtisadi deyil, həm də strateji kontekstdə yanaşır. Suriyanın enerji infrastrukturu regionda sabitlik və iqtisadi inteqrasiya üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu prosesdə aparıcı oyunçuya çevrilməkdədir.

Bütün bu reallıqlar fonunda artıq aydındır ki, Azərbaycanın Suriyaya qaz ixracı yalnız texniki bir əməliyyat deyil, həm də regional sabitlik, enerji təhlükəsizliyi və diplomatik əməkdaşlıq üçün yeni bir başlanğıcdır. Bu proses Cənubi Qafqazla Şərqi Aralıq dənizi arasında körpü rolunu oynayacaq. Həmçinin qarşılıqlı ehtiyac və hörmət üzərində qurulan münasibətlər regionun gələcəyinə mühüm töhfə verə bilər.


Globalinfo.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:24
Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” - İLGİNC
Bu gün, 06:21
Rusiya ilə sərhəddə yeni təhlükə: dövlət hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:18
Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə - NƏ BAŞ VERİR?
Bu gün, 01:41
"Əsas meyar güc tətbiqidir..." - ÇÜNKİ...
Bu gün, 01:37
BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb
Dünən, 18:40
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub
Dünən, 18:36
Kreml Azərbaycanla gərginliyi artırır - KİV
Dünən, 16:29
`AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... - ÇÜNKİ...
Dünən, 16:23
“İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” - “Common Space”
Dünən, 16:08
Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi – Bakı İsraili düşməni ilə barışdıra bilər
Dünən, 16:06
Qondarma cinayət işləri, qanunsuz həbslər... - Moskvanın bəhanələri bitmir
Dünən, 15:56
“Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər”
Dünən, 15:31
Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? – “Milli maraqlarımızın pozulmasına imkan verməyəcəyik”
Dünən, 15:25
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 15:16
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Dünən, 15:11
Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib?
Dünən, 13:10
Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU - FOTO
Dünən, 13:03
“Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür
Dünən, 12:58
İrandan Azərbaycana açıq mesaj – “Vəhhabilər təhlükəsinə qarşı...”
Dünən, 12:56
5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar - Makronun mühafizəçisinin Bakıdakı məhkəməsi
Dünən, 12:29
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:23
“Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:22
Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... - "Başqa yolu qalmayıb..."
Dünən, 12:07
Xalq artistindən sərt İRAD: - “Baxıram, əsəbiləşirəm”
Dünən, 12:00
Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək
Dünən, 11:58
"Problem hələ də həllini tapmayıb..." - MÜRACİƏT
Dünən, 11:55
ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir - “The Wall Street Journal”
Dünən, 11:49
Elnur Məmmədli AFFA-dan niyə ayrıldı?
Dünən, 11:45
Bakıda olan senator sülh müqaviləsindən yazdı: - “Geosiyasət kursunu elə dəyişəcək ki…”
Dünən, 11:42
TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto
Dünən, 11:29
Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır - NƏ BAŞ VERİR?
Dünən, 11:24
Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı - MƏQALƏ
Dünən, 11:20
Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB - İlham Əliyevdən KÖMƏK İSTƏYİR...
Dünən, 11:07
Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi - ADLARI
Dünən, 11:04
XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... - TƏFƏRRÜAT
Dünən, 11:02
418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi - LƏĞV OLUNDU
Dünən, 10:59
"5 il ağır depressiya yaşadım"
Dünən, 10:53
Şuşaya hansı ölkələrdən turistlər səfər edib? - SİYAHI
Dünən, 10:49
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb
Dünən, 10:42
“Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb – Yeganə Hacıyeva spiker siyahısına icazəsiz salındığını açıqladı
Dünən, 10:40
Tanınmış alimə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:26
Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 10:18
Turizm Agentliyində 18,5 milyonluq yeyinti - bu dəfə sədr dəqiq gedir
Dünən, 10:08
Elşad Həsənovun KOLXOZVARİ HESABATI... - BARITI ÇOX ELƏDİ...
Dünən, 10:02
İŞÇİ SƏBRİ SON HƏDDƏ: 3 aydır əmək haqqı almırıq... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 09:49
Yayda sular da tətilə gedirmiş.. - ETİRAZ VAR!
Dünən, 09:45
“Bərəkət” ASC-nin rəhbərliyi seçilir - YIĞINCAQ
Dünən, 09:40
Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib... - ETİRAZ
Dünən, 09:37
“Bakı ofset kombinatı” АSC-də yığıncaq keçiriləcək
Dünən, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru