Bakı Mühəndislik Universiteti elan etdiyi tenderin nəticələrini açıqlayıb.
FED.azxəbər verir ki, tender İkili Diplom Proqramı ilə əlaqədar həyata keçirilən səyahət sığortasının satın alınması üçün elan edilmişdi. Tenderinin qalibi “Meqa Sığorta” ASC (VÖEN: 1400143091) olub.
Tenderə əsasən, 18-25 yaş aralığında olan 115 nəfər tələbənin Bakıdan İnçona (Cənubi Koreya) səyahətini əhatə edən sığorta xidmətləri təqdim ediləcək. Standart paket əsasında şərtsiz azadolma ilə 40 ABŞ dolları dəyərində sığorta təminatı nəzərdə tutulur və ümumi sığorta məbləği 30 000 ABŞ dolları təşkil edir. Sığorta müddəti isə 17 avqust – 17 sentyabr 2025-ci ili əhatə edir.
Qalib şirkətə 2 324,1 manat ödəniş ediləcək.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 23 000 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Uğur İbrahimli Azad oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 19 ünvanında yerləşir.