Azərbaycanda xırda kreditlərlə portfel formalaşdıran bank olmayan kredit təşkilatı “AZPUL” MMC-nin (AZPULMAT) rəhbəri dəyişdirilib.
Banker.az-ın əldə etdiyi xəbərə əsasən, bundan sonra Mustafayev Məhəbbət Məhəmməd oğlu şirkətin direktoru təyin edilib.
O bu vəzifədə Ağayev Emin Aydın oğlunu əvəz edib.
AZPUL keçən ildən etibarən icra orqanında dəyişiklər edib. 2024-cü ilin son rübündən etibarən İdarə Heyəti təkbaşına icra orqanı ilə əvəzlənib. M.Mustafayev buna qədər mövcud olmuş İdarə Heyətində üzv kimi təmsil olunurdu.
AZPUL 2018-ci ildə təsis edilib. BOKT keçən il 77.4 milyon manatlıq aktivlərdən 59 milyon manatlıq xalis mənfəət əldə etməklə sektorun birincisi olub. BOKT-nin aktivlərinin 52.08 milyon manatını əsas fəaliyyət hissəsi olan müştəri kreditləri formalaşdırıb. AZPUL Banker.az-ın hesablamalarına görə aktivlərindən ən yüksək əmsalla istifadə edən BOKT-dir. BOKT-nin RoA əmsalı keçən il 76 faiz təşkil edir ki, bu da maliyyə institutları üçün kosmik göstəricidir.
Xatırladaq ki, BOKT “Azpul” MMC 2020-ci ildə təsis edilib və Mərkəzi Bankdan kredit bazarına çıxış üçün lisenziya əldə edib. BOKT-nin 300 min manat nizamnamə kapitalı var ki, bunun da 100 faizi Vladimir Radostovets Nikalayoviçə məxsusdur.