“Bütün ermənilərin katolikosu II Qaregin həbs oluna, kilsədən xaric edilə bilər”.
Teleqraf xəbər verir ki, bunu erməni din adamı Koryun Arakelyan deyib.
Din adamı katolikosu dövlət çevrilişində cəhddə ittiham edib:
“Hesab edirəm ki, xalqın əksəriyyəti onun istefasını tələb etsə, vəzifəsində qala bilməyəcək. Əminəm ki, yepiskop Baqrat (Qalstanyan) adlanan şəxsin başçılıq etdiyi o çevriliş cəhdinin lideri Qaregin olub və bunu birinci tələb edən də o olub. Buna görə də onun artıq vaxtçı çatıb, onu həbs edib çölə ata bilərlər. Cəmiyyətin 70 faizi II Qareginin əleyhinədir ə dövlətçiliyin tərəfindədir”.
Arakelyan katolikosun subaylıq andını pozduğunu bildirib: “Üç arvadı, oğlu və qızı var, bunu hamı bilir. Bu, artıq təsdiqlənib. Eçmiədzin kafedralında bunu hamı bilir”.
Ermənistan Baş naziri Nikol Paşinyanın II Qareginə qarşı davranışlarına və onun istefası tələbinə toxunan din adamı qeyd edib: “Paşinyan nə edirsə, düz edir, vaxtında etməliydi. Təəssüf ki, bunu çox gec edir, məqsədinə nail olacağını bilir, qoy etsin. Bunlar kilsəyə qarşı deyil, kilsəni xilas etmək üçündür”.
Xatırladaq ki, Koryun Arakelyan 2018-ci ildə “kilsəyə zidd davranışlar” ittihamı ilə II Qareginin fərmanı ilə kilsədən xarici edilib. Özü isə katolikosun istefasını tələb etdiyi üçün buna məruz qaldığını bəyan edib.