Azərbaycanın Qarabağ bölgəsindən könüllü Ermənistana gedən ermənilər kütləvi şəkildə Rusiyaya üz tuturlar.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Son aylar qarabağlı ermənilər kütləvi şəkildə Rusiyaya gedir. Onlar Rusiya-Ukrayna müharibəsində iştirak etmək üçün yaradılmış könüllü dəstələrə, xüsusən də müqaviləli əsgərlərə kifayət qədər yüksək maaş verilən “ArBat”a könüllü qoşulurlar. Müharibə iştirakçılarına və onların ailə üzvlərinə də sürətləndirilmiş qaydada Rusiya vətəndaşlığı verilir”, - nəşr bildirib.