Azərbaycanın bir-çox əsas növ ərzaq məhsullarına olan tələbatı daxili istehsal hesabına təmin olunmur.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ərzaq məhsullarına olan tələbatı təmin etmək üçün xaricdən məhsul idxalı edilir.
Daxili tələbatı təmin etmək üçün idxaldan ən yüksək asılılıq səviyyəsi donuz ətində, düyüdə, yarmada, bitki yağlarında, makaronda, kərə yağında və buğdada müşahidə olunub. Donuz ətinə olan tələbatın ancaq 4,6%-i daxili istehsal hesabına təmin olunur. Düyüyə olan tələbatın isə cəmi 22,3%-ni yerli istehsal hesabına təmin edirik. Düyüyə olan tələbatın 77,7%-i xaricdən qarşılanır. İdxaldan ən aşağı asılılıq səviyyəsi isə marqarində, qoyun və keçi ətində, həmçinin unda qeydə alınıb.
Əsas növ ərzaq məhsulları ilə təminatda idxaldan asılılıq səviyyəsi aşağıdakı kimi olub:
Donuz əti və ət məhsulları – 95,4%
Təmizlənmiş düyü – 77,7%
Yarmalar (bütün növləri) – 70,7%
Kakao, şokolad və şəkərli qənnadı məmulatları – 64,4%
Şəkər istehsalı üçün xammal – 53,8%
Sair dənlilər – 52,1%
Suxarı və peçenye, uzun müddət saxlanan qənnadı məmulatları – 52,1%
Bitki yağları – 44,4%
Buğda – 43,9%
Kərə yağı – 30,2%
Makaron məmulatları – 28,9%
Tortlar və şirniyyat məmulatları, şirinləşdirici maddələr qatılmış sair çörək-bulka məmulatları – 27,6%
Balıq və balıq məhsulları – 22,7%
Qarğıdalı – 22,6%
Vələmır – 22,5%
Quş əti və ət məhsulları – 23,4%
Yağlılığı 6 faizdən çox olan süd və qaymaq – 21,1%
Dənlilərin cəmi – 31,6%
Paxlalılar – 34,9%
Bütün növ ət və ət məhsulları – 16,6%
Süd və süd məhsulları – 16,1%
Bütün növ pendirlər – 15%
Meyvə və tərəvəz konservləri – 13,3%
Çay – 12,9%
Kartof – 11,2%
Mal əti və ət məhsulları – 11,5%
Üzüm – 10,6%
Şəkər – 7%
Qatıq, qaymaq, yoqurt və s. məhsullar – 6,6%
Un (bütün növləri) – 6,3%
Arpa – 5,4%
Şirinləşdirilməmiş mineral və qazlı sular – 2,8%
Marqarin – 2,3%
Qoyun və keçi əti və ət məhsulları – 3,5%
Yağlılığı 1–6 faiz olan süd və qaymaq – 0,7%
Tərkibində sirop, yumurta, pendir və ya meyvə cemi olmayan təzə çörək – 0,03%