Rusiya bizə NƏ EDƏ BİLƏR? .....                     Müəllimlərdən Emin Əmrullayevə şikayət .....                     Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB .....                     Mingəçevirdə MİSTİK TENDER .....                     Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər .....                     Bu iki qurumun taleyi sual altında .....                     Şəmkirdə qayınata kürəkənini bıçaqladı .....                     "Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram" .....                     "Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" .....                     ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir .....                     Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb .....                     Hindistan Azərbaycanla bağlı geri addım atdı .....                     Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın .....                     İrəvan Ermənistana necə verildi? .....                     Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü .....                     “İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” .....                     Hüquqşünasdan sensasion açıqlama: .....                     Sakinlərlə "Pilot Residence” arasında qalmaqal .....                     “Uğur-2”də yarım milyonluq borc qalmaqalı .....                     Qızıl bazarında kimlər hökmranlıq edir? .....                     Fərid Əhmədov bu vəzifəni Bəxtiyar Məmmədova tapşırdı .....                     “Alimlərdən soruşdum ki, İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli...” .....                     “Mehri dəhlizinin açılmasını hələ 2021-ci ildə təklif etmişdik” .....                     Ersin Tatarın Azərbaycana səfəri .....                     Azərbaycana bu xoş xəbəri Tramp yox, İlham Əliyev verəcək! .....                     Rusiyanın Azərbaycandan üzr istəməməsinin .....                     Ermənistanda sorğu: Sülh istəmirlər .....                     “Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir .....                     Qarabağ ermənilərinin həyatı Kreml üçün heç bir dəyər daşımır .....                     Universitetlərin yataqxana problemi: bəzilərinin yoxdur, digəri oğlanlar üçün qapalıdır .....                     Brüssel Azərbaycana yanaşmasında korrektələr etməkdə maraqlı görsənir... .....                     Xankəndidə 95 nəfərin çalışdığı 10 müəssisədə 1 286 kompüter var .....                     Sumqayıtda bu vəzifəli şəxs işdən çıxarıldı .....                     Qısqanclıq cinayəti: Qonşu kişi ilə intim fotoları olan qadın ölkədən getdi, əri isə... .....                     58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib .....                     Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı .....                     Xocavənddə 197 ədəd fərdi yaşayış evinin təmirinə 11.5 milyon xərclənəcək .....                     Salyan İcra Hakimiyyəti 8 ayda 3.5 milyonu nəyə xərcləyib? .....                     Azərbaycanda ət niyə bahalaşır? .....                     “Dəmirçi ailəsi” niyə susur? .....                 

Müəllimlər “gözləmə zalı"nda: Maaş niyə artmır? - HƏQİQƏTƏN DƏ...
Tarix: Dünən, 12:07 | Çap et

Ölkədə 2022–2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib.

İbtidai sinif üzrə 31 min 859 nəfər, Azərbaycan dili və ədəbiyyat üzrə 9892 nəfər, riyaziyyat üzrə 8807 nəfər, xarici dil üzrə 13 957 nəfər sertifikasiya prosesinə qatılıb. Eyni zamanda, biologiya – 3 544 nəfər, kimya – 3 629 nəfər, fizika – 3 487 nəfər, coğrafiya – 3 432 nəfər sertifikasiyadan keçib. Müəllimlərin qiymətləndirilməsi mərhələli şəkildə həyata keçirilir və 2026-cı ilə qədər bütün fənlər üzrə yekunlaşdırılması planlaşdırılır.

“10 il bundan sonrakı vəziyyəti təsəvvür etsək, növbəti sertifikasiya imtahanlardan sonra məktəblərimizdə sertifikasiya balları yüksək olan müəllimlər işləyəcək”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu qeyd edib.

Onun sözlərinə görə, gələn il üçün isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə üzrə müəllimlər üçün imtahan planlaşdırılır:

“Bununla da 2027-ci ildə artıq bütün fənn müəllimləri sertifikasiyadan keçmiş olacaq”.

2026-cı ilin sonunadək bütün fənlər üzrə 40 min təhsilverən sertifikatlaşdırma prosesinə cəlb olunacaq. Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin maaşı 35 faiz, qənaətbəxş nəticə göstərənlərin isə maaşı 10 faiz artıb.

Qeyd edək ki, ölkədə sertifikasiyadan keçən müəllimlərin əmək haqqında artım olsa da, sertifikasiyada iştirak etməyən müəllimlərin maaşında artım yoxdur. Bu barədə sosial şəbəkələrdə bəzi müəllimlər öz iradlarını bildirirlər. Qeyd edirlər ki, niyə onlar maaş artımı üçün bir neçə il sonra sertifikasiyanın keçiriləcəyini gözləməlidirlə. Məhz maaşların eyni vaxtda artımı ilə bağlı bütün fənlər üzrə eyni vaxtda sertifikasiyanın təşkili mümkündürmü?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, ölkədə müəllimlərin sertifikasiyadan keçirilməsi prosesi təhsil sistemində keyfiyyətin artırılması üçün nəzərdə tutulsa da, tətbiq olunan mexanizmlərin sosial-iqtisadi nəticələri çox zaman müəllimlərin narazılığına səbəb olur:

“Əmək Məcəlləsinin 155-ci maddəsində “bərabər əməyə görə bərabər haqq” prinsipi təsbit olunsa da, hazırkı reallıqda eyni iş şəraitində, eyni dərs yükündə olan müəllimlərin maaşları arasında ciddi fərq yaranır. Bu fərq yalnız sertifikasiya imtahanını vermiş müəllimlərə əlavələrin tətbiqi ilə izah olunur. Halbuki Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatına görə, ölkədə 147 mindən çox müəllim fəaliyyət göstərir və onların təxminən 35-40 faizi hələ sertifikasiyadan keçməyib.

Belə olan halda, yüzlərlə müəllim özünü sanki “gözləmə zalında” hiss edir, maaş artımını yalnız növbəti illərdə keçiriləcək mərhələlərdən sonra ala biləcəyini düşünürlər. Bu prosesin müsbət tərəfi ondadır ki, müəllimlərə peşəkar inkişaf üçün stimul verilir və zəif nəticə göstərənlərin sistemdən kənarlaşdırılması nəzərdə tutulur. Ancaq praktiki nəticələr göstərir ki, müəllimlərin çoxu məhz maaş amili naminə imtahana girir, yəni məqsəd keyfiyyət deyil, yalnız sosial təminatdır.

Bu isə sertifikasiyanın ideoloji mahiyyətini kölgədə qoyur. Elm və Təhsil Nazirliyi bu məsələni təkcə imtahanla məhdudlaşdırıb, nə əlavə hazırlıq proqramı, nə də marifləndirici tədbirləri sistemli şəkildə təşkil edib. Bu səbəbdən də imtahanda uğursuz nəticə göstərən müəllimlərin əksəriyyəti peşəkar çatışmazlıq yox, psixoloji hazırlıqsızlıq və dəstək mexanizmlərinin yoxluğu üzündən kəsilir”.

Ekspertin sözlərinə görə, dünya təcrübəsinə nəzər saldıqda, Finlandiyada müəllimlərin əməkhaqqı artımı yalnız imtahan nəticəsinə bağlanmır:

“Orada bütün müəllimlər üçün vahid minimum baza maaşı mövcuddur, üzərinə isə staj, elmi dərəcə və ixtisasartırma kursları ilə bağlı diferensial əlavələr gəlir. Braziliyada isə “beşpilləli müəllim inkişaf modeli” tətbiq edilir:

müəllimlər təcrübə, metodik bacarıq və pedaqoji nəticələrinə görə mərhələli şəkildə yüksəlir və hər mərhələ maaş artımı ilə müşayiət olunur. Azərbaycanda isə yalnız imtahandan keçənlərə artım tətbiqi həm sosial ədalətsizlik, həm də peşə nüfuzuna zərbə vurur.

Sertifikasiyanın bütün fənlər üzrə eyni vaxtda keçirilməsi texniki və təşkilati baxımdan real deyil. 147 min müəllimin eyni ildə imtahana cəlb olunması nə imtahan mərkəzlərinin, nə də qiymətləndirmə mexanizmlərinin gücü çatar. Üstəlik, bu, məktəblərdə dərs prosesinin dayanmasına gətirib çıxarar. Buna görə mərhələli yanaşma obyektiv zərurətdir.

Amma mərhələlilik o demək deyil ki, imtahandan keçməyən müəllimlər maaş artımından məhrum qalmalıdır. Daha düzgün yanaşma hər kəs üçün baza əməkhaqqının artırılması, sertifikasiyadan keçənlər üçün isə əlavə diferensial əlavələrin tətbiqi olardı. Bu, həm sosial ədalət balansını qoruyar, həm də keyfiyyət stimullarını gücləndirərdi.

Mövcud vəziyyətdə Elm və Təhsil Nazirliyi məsuliyyətdən yayınır. Nazirlik bu prosesin izahını və maarifləndirici işlərini geniş ictimaiyyətə təqdim etmir. Sertifikasiya ilə bağlı gələcək illərin proqnozları, planlaşdırma və yol xəritəsi müəllimlərə açıqlanmır. Bu isə müəllimləri qeyri-müəyyənlik içində saxlayır.

Nazirliyin planı olsaydı, hansı ildə neçə müəllimin imtahana cəlb olunacağı, baza əməkhaqqının ümumi artım templəri və əlavə stimullar barədə ictimaiyyətə dəqiq məlumat verilərdi. Əksinə, hazırda yalnız “imtahan keçirilsin və maaş artsın” yanaşması mövcuddur ki, bu da həm pedaqoji korpusu bölür, həm də təhsil sistemində uzunmüddətli dayanıqlılığı təmin etmir.

Əgər bu yanaşma dəyişməzsə, müəllimlərin bir hissəsi motivasiyasını itirəcək, digər hissəsi isə yalnız maaş artımı naminə imtahana hazırlaşacaq. Keyfiyyətin yüksəlməsi əvəzinə formal imtahan nəticələri ön plana çıxacaq. Dəyişməli olan budur ki, müəllim maaşları təməl olaraq artırılmalı, sertifikasiyadan keçənlər isə əlavə diferensial üstünlüklərlə mükafatlandırılmalıdır.

Elm və Təhsil Nazirliyi bu sahədə ciddi marifləndirmə aparmalı, beynəlxalq təcrübəyə əsaslanan inkişaf modeli ortaya qoymalı, uzunmüddətli proqnozlar elan etməlidir. Təəssüf ki, hazırda bunların heç biri yoxdur və nəticədə həm müəllim, həm də təhsil sistemi itirir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya bizə NƏ EDƏ BİLƏR? - İNCƏLƏMƏ
Bu gün, 07:05
Müəllimlərdən Emin Əmrullayevə şikayət - Bakı məktəbində qalmaqal
Bu gün, 07:02
Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB – “Borcu ödəyin, oğlunuz rahat yatsın”
Bu gün, 06:59
Mingəçevirdə MİSTİK TENDER - FOTO
Bu gün, 06:54
Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər - Partiya sədri Qərb liderlərini "qorxaq" adlandırdı
Bu gün, 06:50
Bu iki qurumun taleyi sual altında - AKTUAL
Bu gün, 06:46
Şəmkirdə qayınata kürəkənini bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 06:34
"Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram"
Bu gün, 06:30
"Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" - deputat
Bu gün, 06:27
ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir - "Politico":
Bu gün, 06:23
Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Dünən, 21:21
Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Dünən, 18:12
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:10
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Dünən, 17:56
Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Dünən, 17:55
“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Dünən, 17:47
Hüquqşünasdan sensasion açıqlama: - “İndiki gəncləri tərbiyələndirmək...”
Dünən, 17:44
Sakinlərlə "Pilot Residence” arasında qalmaqal - NARAZILIQ VAR...
Dünən, 17:41
“Uğur-2”də yarım milyonluq borc qalmaqalı - sakinlər müqavimət göstərir
Dünən, 17:33
Qızıl bazarında kimlər hökmranlıq edir? - ARAŞDIRMA
Dünən, 17:25
Fərid Əhmədov bu vəzifəni Bəxtiyar Məmmədova tapşırdı - ƏMR
Dünən, 17:21
“Alimlərdən soruşdum ki, İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli...” - Tahir Kərimli
Dünən, 17:13
“Mehri dəhlizinin açılmasını hələ 2021-ci ildə təklif etmişdik” - Separatçıdan ilginc açıqlama
Dünən, 17:04
Ersin Tatarın Azərbaycana səfəri GÖZLƏNİLİR
Dünən, 17:02
Azərbaycana bu xoş xəbəri Tramp yox, İlham Əliyev verəcək! - ŞƏRH
Dünən, 16:28
Rusiyanın Azərbaycandan üzr istəməməsinin arxasındakı SƏBƏB
Dünən, 16:26
Ermənistanda sorğu: Sülh istəmirlər - “Gallup”
Dünən, 16:24
“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - FOTO
Dünən, 16:15
Qarabağ ermənilərinin həyatı Kreml üçün heç bir dəyər daşımır - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:11
Universitetlərin yataqxana problemi: bəzilərinin yoxdur, digəri oğlanlar üçün qapalıdır - ARAŞDIRMA
Dünən, 16:09
Brüssel Azərbaycana yanaşmasında korrektələr etməkdə maraqlı görsənir... - deputat
Dünən, 15:59
Xankəndidə 95 nəfərin çalışdığı 10 müəssisədə 1 286 kompüter var - DETALLAR
Dünən, 15:52
Sumqayıtda bu vəzifəli şəxs işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:46
Qısqanclıq cinayəti: Qonşu kişi ilə intim fotoları olan qadın ölkədən getdi, əri isə... - TƏFƏRRÜAT
Dünən, 15:45
58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib - “Gedib özüm dedim ki, həbs olunmaq istəyirəm”
Dünən, 15:41
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı - Nişan efirdə olacaq
Dünən, 15:37
Xocavənddə 197 ədəd fərdi yaşayış evinin təmirinə 11.5 milyon xərclənəcək
Dünən, 15:33
Salyan İcra Hakimiyyəti 8 ayda 3.5 milyonu nəyə xərcləyib? - İLGİNC
Dünən, 15:30
Azərbaycanda ət niyə bahalaşır? – Xəbərdarlıq edildi
Dünən, 15:07
“Dəmirçi ailəsi” niyə susur? - BANKLA QALMAQALA SƏBƏB MƏZƏNNƏ SÖHBƏTİDİR
Dünən, 15:04
Ermənistan müdafiə nazirinin müavini: - Azərbaycan bizdən çox öndədir
Dünən, 15:02
Mollayevin köhnə halı: YENƏ DƏ MAAŞLAR YUBANIR, İŞÇİ DARDA... - ETİRAZ VAR!
Dünən, 14:27
Nabranda qiymətlər FONTAN VURUR... - "Bunun adı soyğunçuluqdur!"
Dünən, 14:20
Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək - Atanesyan
Dünən, 14:15
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib - DİPLOMATİK MƏNBƏ
Dünən, 14:08
Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb
Dünən, 13:35
Minaaxtaran itlərə BELƏ QULLUQ EDİRİK: daraq... əlcək... corab... - DETALLAR
Dünən, 13:28
Bir şərəfsiz sürü ilə üz-üzəyik... - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:16
“Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib
Dünən, 13:00
`BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... - BU NƏDİ BELƏ?
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru