Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib .....                     Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb .....                     Minaaxtaran itlərə BELƏ QULLUQ EDİRİK: daraq... əlcək... corab... .....                     Bir şərəfsiz sürü ilə üz-üzəyik... .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib .....                     `BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... .....                     “Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklər .....                     Rektor özünə köməkçi və müşavirlər təyin etdi .....                     Tanınmış idmançının direktor bacısı işdən çıxarılıbmış .....                     `Azercell` bizi heyrətləndirir... .....                     Rusiya Türk dünyasından asılı vəziyyətə düşür .....                     10 manatlıq şirkətlər milyonluq tenderləri əldə edirlər... .....                     Pekində ortadan bölünən DÜNYA... .....                     Bağlı qapılar arxasında Zəngəzur danışıqları .....                     Müəllimlər “gözləmə zalı"nda: Maaş niyə artmır? .....                     Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək .....                     İrəvan Rusiya almazlarını sanksiyalardan yayındırır .....                     Rusiya sərt ritorikadan, qanunsuz həbslərdən əl çəkmir .....                     Alen Simonyan Qırğızıstan Baş naziri ilə görüşdü .....                     Azərbaycan hansı ərzaq məhsulları ilə özünü təmin edə bilmir? .....                     Zaxarova Azərbaycana SƏSLƏNDİ: "Həbsdə olan rus vətəndaşları..." .....                     Adəm Məmmədov həbsdən çıxdı .....                     Azərbaycanda gəlinini döyən qayınana .....                     Azərbaycan Tibb Universitetinə yeni prorektor təyin olunub .....                     Lavrovun Özbəkistandakı çıxışı Moskvanın “dil rasizmi”ni bir daha üzə çıxardı .....                     VURULAN TƏYYARƏMİZƏ GÖRƏ SIĞORTA, YOXSA KOMPENSASİYA? .....                     Ofisində köməkçisinin sevgilisini döyən vəzifəli şəxsin cəzası azaldıldı .....                     Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib .....                     “Rusiya Cənubi Qafqazda ilişib qalıb, çıxış yolu Azərbaycanla dialoqdadır” .....                     Naxçıvanda təcili tibbi yardım maşınları DƏRMANSIZ QALIB... .....                     ABŞ şirkətləri Ermənistana axışır .....                     Çin Zəngəzurla bağlı hərəkətə keçdi: İlham Əliyevə tam dəstək .....                     Müşavir-müşavir oyunbazlığı... .....                     “Cənubi Qafqazda sülh Çinin iqtisadi maraqlarına cavab verir” .....                     Azərbaycanın cəmi 8 rayonunda 35 baş qatır qalıb .....                     Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib .....                     Sabiq prokuror vəfat etdi .....                     İrəvan Bakı əleyhinə müttəfiqləri ilə pıçıldaşır .....                     Bakı "Səmaaltı İmperiya"nın mühüm strateji tərəfdaşı oldu .....                     Nizami rayonunda NƏ NİZAM VAR... NƏ DƏ İNTİZAM... .....                 

“Makronun ordusu” Azərbaycan sərhədində qalır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: Bu gün, 09:07 | Çap et

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti, ABŞ Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə iki ölkənin xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini parafladılar. 17 bənddən ibarət olan mətndə mühüm məqamlar yer alıb, onlardan biri də ümumi sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsini istisna edən 7-ci maddədir.

Qeyd olunub ki, tərəflər ümumi sərhəd boyunca üçüncü tərəflərin silahlı qüvvələrini yerləşdirməyəcəklər: “Tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər”.

Bu o deməkdir ki, regiondakı Avropa İttifaqı (Aİ) müşahidəçiləri artıq Ermənistanın sərhədyanı rayonlarını tərk etməli olacaqlar.

Aİ mandatına uyğun olaraq Ermənistanda müşahidə missiyasını davam etdirəcək, hazırda heç bir dəyişikliyə ehtiyac yoxdur. Bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos bildirib.

O, İrəvanla Bakının sülh sazişini paraflamasından sonra sərhəddə üçüncü qüvvələrin geri çəkilməsinə dair sualı belə cavablandırıb: “Missiya fəaliyyətini davam etdirir. Hər hansı dəyişikliyə ehtiyac yaranarsa, bunu üzv dövlətlərimizlə və əlbəttə, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Ancaq indiki mərhələdə erməni ictimaiyyətini əmin etmək istəyirəm ki, Avropa İttifaqının missiyası mandatına uyğun fəaliyyətini davam etdirəcək”.

Saziş Vaşinqtonda paraflanandan sonra hər hansı müzakirə aparılıbmı? Bu sualı cavablandıran Maraqos deyib ki, Aİ missiyası Ermənistan hakimiyyətinin dəvəti ilə ölkədədir və gərəkdiyi müddətdə burada qalacaq: “Bu, sülh və tənzimləmə vasitəsidir. Onu tam dəstəkləyirik”.

Məlumat üçün qeyd edək ki, Aİ missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib. Bu ilin yanvarında missiyanın Ermənistanın sərhəd bölgələrində daha iki il - 2027-ci il fevralın 19-dək qalmasına qərar verilib.

Aydındır ki, bu, Fransa Prezidenti Emmanuel Makronun layihəsidir. Onun əsas məqsədi isə Ermənistanda Aİ-nin, Qərbin hərbi mövcudluğunu təşkil etməklə regionda gərginlik yaratmaq, tərəfləri yeni müharibəyə təhrik etmək, sülhü yubatmaq idi. Makron düşünürdü ki, öz pozucu, təxribatçı siyasəti nəticəsində Cənubi Qafqazda möhkəmlənə, söz sahibi ola biləcək, prosesləri idarə edəcək. Amma nəinki möhkəmlənmək, heç regiona yaxınlaşa bilmədi. Müşahidə missiyasının heyətində sabiq zabitlər, hərbçilər, kəşfiyyatçılar üstünlük təşkil etməyə başladılar ki, onların arasında fransızlar daha çox idi. Missiyanın sayı 138 nəfərdən 209 nəfərə çatdırıldı, mandatı isə daha iki il, 2027-ci ilin fevralınadək uzadıldı. Rəsmi Bakı qurumun bu qərarını tənqid edib və bu addımı mandatın sayının “özbaşına genişləndirilməsi” adlandırıb. Eyni zamanda Azərbaycan XİN dəfələrlə bəyan edib ki, bu missiyanın fəaliyyəti regionun təhlükəsizliyinə təhdid yaradır və Azərbaycanın maraqlarına uyğun deyil.

Ermənistan qarşısında Aİ müşahidə missiyasının çəxarılması məsələsini qaldırmalıdırmı? Necə ki, Minsk Qrupu sülh sazişinin imzalanmasına maneələrdən biri idi və Azərbaycanın şərtlərindən biri də onun buraxılması idi, eləcə də Aİ müşahidə missiyası əngəl deyilmi?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin bütün bəndləri razılaşdırıldıqdan sonra Azərbaycan sülh sazişinin imzalanması üçün iki vacib şərt irəli sürdü. Birincisi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ləğv etmək, ikincisi, ATƏT-in Minsk Qrupunun ləğv olunması üçün gərəkən addımın atılması. Minsk Qrupunun buraxılması məsələsi Vaşinqtonda sülh sazişinin mətni paraflandıqdan sonra mümkün oldu: “Çünki ortada qarant kimi ABŞ var idi və hər iki tərəf bu qərara gəldi ki, artıq Minsk Qrupunun qalmasına ehtiyac yoxdur. Ona görə ki, Minsk Qrupu Qarabağa status vermək məqsədilə yaradılmışdı. Artıq Qarabağ məsələsi yoxdur, Azərbaycanın ərazi bütövlüyü tanınır. Bundan sonra əgər Ermənistan Minsk Qrupunun qalmasında təkid etsəydi, deməli, sülh sazişi imzalamaqda səmimi olmadığını nümayiş etdirmiş olacaqdı. Ona görə də Ermənistan hakimiyyəti Vaşinqtonda Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi müraciət göndərməyə razılıq verdi. Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası adlanan missiyası bir qədər başqa məsələdir. Birincisi, bununla bağlı elə bir tələb yoxdur. Sülh sazişinin mətnində tərəflərin ümumi sərhəd boyunca üçüncü tərəflərin silahlı qüvvələrini yerləşdirməyəcəyi qeyd olunur. Ancaq Azərbaycan bu mülki missiyanın sərhəddə olmasının əleyhinə olduğunu dəfələrlə bəyan edib və bu müşahidə missiyasının mənasız olduğunu, münasibətlərimizdə daha çox etimadsızlıq yaradan amil olduğunu da hər dəfə vurğulayıb”.

A.Səmədov xatırlatdı ki, Avropa İttifaqı mülki müşahidə missiyası ilə bağlı qərar 7 oktyabr 2022-ci ildə Praqada keçirilən sammitdə qəbul olunmuşdu. Orada missiyanın məqsədi aydın şəkildə yazılıb: “Tərəflər arasında etimad yaratmaq və sərhəd komissiyalarına öz məruzələri ilə yardımçı olmaq. Sülh sazişinin imzalanması tərəflər arasında etimadın artıq yaranmasının göstəricisi olacaq. Bundan sonra diplomatik münasibətlər də qurulacaq, birgə layihələr icra olunmağa başlayacaq. Bu məqamda etimadsızlıqdan danışmaq təbiidir ki, mümkün deyil. Digər tərəfdən, sərhəd komissiyalarına təqdim olunacaq məruzələr də yəqin ki, artıq bir neçə dəfə edilib. Ona görə də sülh sazişinin paraflanmasından sonra belə bir məruzəyə də ehtiyac qalmayıb. Bu səbəbdən Ermənistanın mülki müşahidə missiyanın öz ərazisində qalmasında təkid etməsi sülhə nail olmaqda qeyri-səmimi olduğunun göstəricisi kimi qiymətləndirləcək və mən güman edirəm ki, saziş imzalandıqdan sonra Avropa İttifaqı mülki müşahidə missiyasının Ermənistanda qalmasına heç bir ehtiyac olmayacaq. Tamamilə mümkündür ki, hətta saziş imzalanmadan da müşahidə missiyasının qalmasına ehtiyac olmadığı qərarı qəbul olunsun”.

Ekspertin qənaətincə, çox güman ki, sərhədin delimitasiya və demarkasiyası məsələləri ilə məşğul olan hökumət komissiyalarının birgə iclaslarında Azərbaycan mülki missiyanın Ermənistandan çıxarılması məsələsini qaldıracaq: “Ermənistana bir daha xatırladılacaq ki, sərhəd komissiyalarına yardım etməli olan missiya artıq heç bir görmür və onun heç bir faydası yoxdur. Əslində ölkələr arasında daha çox etimadsızlıq yaradır. Eyni zamanda ölkələrimiz arasında qarşılıqlı inam da bu gün heç vaxt olmadığı səviyyədədir. Belə bir inam olduğu vaxtda hansısa müşahidə missiyasının burada fəaliyyətinə ehtiyac qalmır. Çox güman ki, Ermənistan da yaxın zamanlarda bu qənaətə gələcək. Ancaq sülh müqaviləsinin imzalanması üçün belə bir şərtin bizim tərəfimizdən irəli sürülməsi hesab edirəm ki, prosesə müsbət təsir göstərməz. Hesab edirəm ki, Azərbaycan bu mülki müşahidə missiyasına artıq ciddi əhəmiyyət də vermir. Mülki missiyanın rolunu şişirtməyə də ehtiyac yoxdur. Çünki hazırda demək olar ki, fəaliyyətsiz bir quruma çevrilib. Yəqin yaxın vaxtlarda Ermənistan da bu reallığı dərk edəcək”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib - DİPLOMATİK MƏNBƏ
Bu gün, 14:08
Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb
Bu gün, 13:35
Minaaxtaran itlərə BELƏ QULLUQ EDİRİK: daraq... əlcək... corab... - DETALLAR
Bu gün, 13:28
Bir şərəfsiz sürü ilə üz-üzəyik... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:16
“Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib
Bu gün, 13:00
`BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... - BU NƏDİ BELƏ?
Bu gün, 12:45
“Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklər - DETALLAR
Bu gün, 12:35
Rektor özünə köməkçi və müşavirlər təyin etdi - ADLARI
Bu gün, 12:33
Tanınmış idmançının direktor bacısı işdən çıxarılıbmış - FOTO
Bu gün, 12:32
`Azercell` bizi heyrətləndirir... - GİLEY
Bu gün, 12:27
Rusiya Türk dünyasından asılı vəziyyətə düşür - GƏLİŞMƏ
Bu gün, 12:20
10 manatlıq şirkətlər milyonluq tenderləri əldə edirlər... - Nizamnamə kapitalını artırmamaqda məqsəd nədir?
Bu gün, 12:16
Pekində ortadan bölünən DÜNYA... - NƏ BAŞ VERİR?
Bu gün, 12:13
Bağlı qapılar arxasında Zəngəzur danışıqları - "Fars News"
Bu gün, 12:08
Müəllimlər “gözləmə zalı"nda: Maaş niyə artmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:07
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək
Bu gün, 12:04
İrəvan Rusiya almazlarını sanksiyalardan yayındırır - KİV
Bu gün, 11:54
Rusiya sərt ritorikadan, qanunsuz həbslərdən əl çəkmir - ŞƏRH
Bu gün, 11:50
Alen Simonyan Qırğızıstan Baş naziri ilə görüşdü
Bu gün, 11:48
Azərbaycan hansı ərzaq məhsulları ilə özünü təmin edə bilmir? - SİYAHI
Bu gün, 11:44
Zaxarova Azərbaycana SƏSLƏNDİ: "Həbsdə olan rus vətəndaşları..." - Bakı BU TƏLƏBİ QƏBUL ETMƏDİ...
Bu gün, 11:42
Adəm Məmmədov həbsdən çıxdı
Bu gün, 11:40
Azərbaycanda gəlinini döyən qayınana CƏRİMƏLƏNDİ
Bu gün, 11:32
Azərbaycan Tibb Universitetinə yeni prorektor təyin olunub - ƏMR
Bu gün, 11:26
Lavrovun Özbəkistandakı çıxışı Moskvanın “dil rasizmi”ni bir daha üzə çıxardı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:24
VURULAN TƏYYARƏMİZƏ GÖRƏ SIĞORTA, YOXSA KOMPENSASİYA? – Kremldən növbəti çirkin təbliğat “tryuku”
Bu gün, 11:18
Ofisində köməkçisinin sevgilisini döyən vəzifəli şəxsin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 11:08
Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
Bu gün, 11:00
“Rusiya Cənubi Qafqazda ilişib qalıb, çıxış yolu Azərbaycanla dialoqdadır” - ŞƏRH
Bu gün, 10:57
Naxçıvanda təcili tibbi yardım maşınları DƏRMANSIZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 10:42
ABŞ şirkətləri Ermənistana axışır - Görünəni odur ki...
Bu gün, 10:35
Çin Zəngəzurla bağlı hərəkətə keçdi: İlham Əliyevə tam dəstək – Rusiya və İran…
Bu gün, 10:34
Müşavir-müşavir oyunbazlığı... - YENİ DƏB, YOXSA...
Bu gün, 10:32
“Cənubi Qafqazda sülh Çinin iqtisadi maraqlarına cavab verir” - GƏLİŞMƏ
Bu gün, 10:29
Azərbaycanın cəmi 8 rayonunda 35 baş qatır qalıb - SİYAHI
Bu gün, 10:26
Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib
Bu gün, 10:22
Sabiq prokuror vəfat etdi - Foto
Bu gün, 10:13
İrəvan Bakı əleyhinə müttəfiqləri ilə pıçıldaşır - NƏ BAŞ VERİR?
Bu gün, 10:11
Bakı "Səmaaltı İmperiya"nın mühüm strateji tərəfdaşı oldu - İNCƏLƏMƏ
Bu gün, 09:58
Nizami rayonunda NƏ NİZAM VAR... NƏ DƏ İNTİZAM... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:56
Ronaldo İrəvana gəldi: Yeniyetmə qız polis səddini aşaraq onun qaldığı otelə girdi və... - VİDEO
Bu gün, 09:46
Məmur arvadını və ustanı öldürən ömürlük məhkum qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 09:43
Rusiyadakı azərbaycanlıların nəzərinə! - 5 gün qalıb, deportasiya oluna bilərsiniz
Bu gün, 09:40
Çin dünyaya meydan oxuyur - Hərbi ekspert
Bu gün, 09:38
“Sərdar Cəlaloğlu bizdən intiqam almaq istəyirdi” – Mütəllim Rəhimli
Bu gün, 09:33
"Belə bir hal qətiyyən ola bilməz"
Bu gün, 09:27
Rusiyadan Qarabağ ermənilərinə təklif: Bunun müqabilində Ukraynaya qarşı döyüşürlər - “Hraparak”
Bu gün, 09:23
12 partiya “boş hesabat”a görə kənarda qalıb - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Lahıc”da vətəndaşa məxsus yaşayış evi söküləcək
Bu gün, 09:15
“Makronun ordusu” Azərbaycan sərhədində qalır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru