Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                 

Ağcabədi icra hakimiyyəti iki şəhid ailəsini üz-üzə qoyub: - torpaq mübahisəsi, baş memarın müdaxiləsi...
Tarix: 13-06-2022, 12:27 | Çap et
Ağcabədi icra hakimiyyəti iki şəhid ailəsini üz-üzə qoyub:
Ağcabədidə şəhid ailəsi ilə Milli Qəhrəmanın ailəsi arasında torpaq mübahisəsi yaşanır. Narazı tərəflərin sözlərindən belə çıxır ki, problemin yaranması və bu həddə gəlməsinə səbəbkar rayonun icra hakimiyyətidir.

Ağcabədi rayon sakini, şəhid atası Elşən Abbasov Musavat.com-a müraciət edərək bildirib ki, rayonun Aşağı Avşar kəndinin inzibati ərazisində icarəyə götürdüyü 2 hektar torpaq sahəsində əkdiyi nar ağacları məhv olmaq təhlükəsi ilə üz-üzədir. Onun sözlərinə görə, sahibkar İqbal Abdullayev (Milli qəhrəman Namiq Abdullayevin qardaşı) torpağa bitişik ərazidən keçən drenaj kanalının bir hissəsini zəbt edərək doldurub və hazırda orada qanunsuz tikinti işləri aparmağa başlayıb:

“Belə olduğu təqdirdə isə həmin drenaj kanalının gələcəkdə təmizlənməsi qeyri-mümkün olacaq və mənim əkdiyim ağacların yerini qrunt suları basacaq. Bu isə təsərrüfatımın məhv olması deməkdir. Deyim ki, tikinti ilə bağlı heç bir qanuni sənəd yoxdur. Ancaq mənim icarəyə götürdüyüm torpağın bütün sənədləri qaydasındadır. İqbal Abdullayev öz qeyri-qanuni hərəkətlərini belə əsaslandırır ki, rayon icra hakimiyyətindən şifahi razılıq alıb və bu işdə əsasən baş memar Səfər Səfərovun adını hallandırır. Məsələ ilə bağlı narazılığımı bildirmək üçün Səfər Səfərovla görüşdüm. Lakin o bildirdi ki, bu yer Milli Qəhrəmanın ailəsinə məxsusdur və orada tikinti aparacaq. Ancaq dediyim kimi, tikinti icazəsini təsdiqləyən heç bir sənəd yoxdur. Bu, tamamilə qanunsuzdur. Faktiki olaraq rayon icra hakimiyyətinin birtərəfli mövqeyindən sonra qarşı tərəfin əsassız iddiaları daha da artdı və qanunsuz əməllərin icrasına başlanıldı. Bəzi insanlar bunu torpaq mübahisəsi kimi təqdim etsə də, bildirirəm ki, heç kəsə qarşı torpaq iddiam yoxdur, bu iddialarla bizə qarşı çıxış edirlər, yaranmış vəziyyətdə isə özümüzün və ictimai mənafeləri qorumaq məcburiyyətində qalmışıq. İqbal Abdullayev əməllərinə qanuni don geyindirmək üçün daha sonra bildirməyə başlayıb ki, kanal balansdan çıxarılaraq bələdiyyə tərəfindən ona verilib. Eyni zamanda qeyd edir ki, guya ərazini hasarlayır ki, ona aid obyektə heyvanlar girməsin. Bunun hamısı öncədən düşünülmüş ssenaridir və müəyyən insanların öz əməllərini “qanuniləşdirmək2 məqsədi daşıyır. Onun özü də etiraf edir ki, bir neçə il öncə kanala boru ataraq onun üstünü torpaqlayıb və faktiki olaraq qanun pozuntusu edib. Əgər söhbət heyvanlardan qorunmaq üçün divarın çəkilməsindən gedirsə, onda bu hasarı kanalın İqbal Abdullayevə aid olan hissəsində çəkmək mümkündür, daha mənim istifadəmdə olan torpağın sərhədlərində yox”.

Şikayətçi bildirib ki, göstərilən kanalın istifadəçiləri sırasında mən də varam və İqbal Abdullayev həyata keçirdiyi əməllərlə mənim hüquqlarımı və qanuni mənafelərimi məhdudlaşdırır:

“Çünki faktiki olaraq drenaj kanalı istifadəmdə olan torpaq sahəsinə bitişikdir və onun əsas təyinatı torpağı şoranlaşmaqdan, qrunt sularından qorumaqdır. Mən bir istifadəçi kimi Azərbaycan Respublikası Torpaq məcəlləsinin 34-cu maddəsi ilə torpağın mühafizəsi sahəsində üzərimə qoyulmuş öhdəlikləri yerinə yetirirəm (torpaqların su eroziyasından, şoranlaşmadan və digər dağıdıcı proseslərdən qorumaq -red.). Eyni zamanda, bildiyim qədər torpaq istifadəçiləri olan digər şəxslər öz fəaliyyətlərini həyata keçirərkən başqa şəxslərin mənafelərinə zərər vurmamalıdır. Torpaqların mühafizəsinin birbaşa dövlətin üzərində olduğunu nəzərə alaraq, müvafiq dövlət strukturlarından xahiş edirəm ki, məsələni nəzarətə götürsünlər və qeyri-qanuni qərarların, hərəkətlərin dayandırılmasına yardımçı olsunlar.

Bir məsələni də əlavə edim ki, mənim icarədar olduğum ərazidə 30 ildən artıqdır ki, Xocavənddən olan məcburi köçkün ailəsi yaşayır, 1 ildən artıqdır ki, mən özüm burada əkinçilik fəaliyyəti ilə məşğulam. Ötən müddət ərzində RİH nümayəndələrinin bizə hər hansı məsələdə dəstək üçün əraziyə gəlişinin şahidi olmamışam, lakin drenaj kanalının üzərində tikinti aparılması məsələsi ortaya çıxan kimi icra hakimiyyətindən olan bir qrup şəxs 4-5 dəfə burada olub və kanalın kənarı ilə hasarın çəkilməsi üçün İqbal Abdullayevə şərait yaradılmasını təkidlə tələb ediblər.

Mayın 19-da (2022-ci il) İqbal Abdullayevin adamları ərazidə bünövrə qazmağa başladılar. Məcbur qalıb Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə, eləcə də Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat və Ekologiya nazirliklərinin “qaynar xətt”inə müraciət etdik. Göstərilən qurumlardan nümayəndələr gəldilər və tikilinin qanunsuz olduğunu bildirib, işləri dayandırdılar. Hazırda işlə bağlı araşdırma gedir. Lakin buna baxmayaraq iyunun 12-də əraziyə bir qrup şəxs gələrək yenidən tikinti işləri aparmağa başladı”.

Məsələ ilə bağlı mövqeyini almaq üçün adı hallanan İqbal Abdullayevlə də əlaqə saxladıq. İqbal Abdullayev isə Musavat.com-a bildirdi ki, iddialar tamamilə əsassızdır. O söylədi ki, yeri ona Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynovun göstərişi ilə veriblər:

“Əgər biz Elşən Abbasova məxsus olan torpağın ərazisinə keçiriksə, məhkəməyə versin. Burada şor kanalı var. Kanalı Meliorasiya idarəsi ləğv edib. Yəni bu, kanal kimi ləğv edilib və iddia edən tərəfin torpağına heç bir qarışacağı yoxdur. Onlar nəyin davasını edirlər, bilmirəm. Kanala mən bir neçə il öncə minlik boru salmışam. Ona görə də ağacların yanma ehtimalı yoxdur. Biz elə adam deyilik ki, kiminsə yerində gözümüz olsun. Torpağın onlara heç bir aidiyyəti yoxdur. Orada mən heç bir obyekt tikmirəm. Sadəcə olaraq əraziyə yaxın yerdə çayxanam var. Həmin yerə küçə itləri dolurdu. İt-pişik gəlməməsi üçün hasar çəkirəm. Bunlar da onu obyekt kimi qələmə vermək istəyirlər. Həmin yeri də icra başçısı mənə verib. Sənədlərdə həmin yer onların adına deyil. Kanaldır və kanala da sənəd almaq mümkün deyil. Kanalın funksiyası itməsin deyə də orada işlər görmüşəm, boru salmışam. Yəni heç bir problem yoxdur”.

Problemlə əlaqədar rayonun Baş memarı, Elşən Abbasovun adını çəkdiyi Səfər Səfərovla da əlaqə saxladıq. Səfər Səfərov Musavat.com-a bildirdi ki, bu məsələdə adının hallanması doğru deyil. Söylədi ki, o, məsələyə qarışmayıb və heç kimin də tərəfini tutmayıb:

“İcra hakimiyyəti kanalı doldurmur. Onu doldurmaq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin işidir və bizə heç bir aidiyyəti yoxdur. Bu iki ailənin də problemi nədirsə, gedib məhkəməyə müraciət etsinlər, problem həllini tapsın. Mənlik heç bir məsələ yoxdur. İcra hakimiyyətində 15 il qabaq torpaq şöbəsi olub. İndi belə bir şöbə yoxdur. Torpağın mənə nə aidiyyəti var? Biz də istəyərik ki, tərəflər öz aralarında razılığa gəlsinlər. Mən heç bir qanun pozuntusuna yol verməmişəm. Əgər hansı tərəf iddia edirsə ki, mülkünə müdaxilə var, o zaman məhkəməyə müraciət etsin. Məhkəmə də bu işə baxsın, müvafiq qərar çıxarsın”.
Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru